Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Humanizm və mərhəmətin daha bir nümunəsi – Növbəti əfv Sərəncamı

By Vüsal Rafiqoğlu
27.05.2025 3 Min Read

Ölkəmiz üçün mühüm, əlamətdar günlərdə, bayramlar ərəfəsində dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamları çoxsaylı ailələrə sevinc bəxş etməkdə davam edir

Azərbaycan insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu demokratik ölkələrdəndir. Məlum olduğu kimi, demokratik transformasiya strategiyasının yüksək səviyyədə reallaşdırıldığı ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunması siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Belə ki, Ümummilli Liderin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlanıb. 1998-ci il fevralın 10-da isə Ulu Öndərin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası tamamilə ləğv edilib. Bununla bağlı Ümummilli Lider deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”.

Ümummilli Liderin humanizm, insanpərvərlik ruhlu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün də ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə ictimai-siyasi proseslərdə və sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə nəticə etibarilə çoxşaxəli humanizm siyasətin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Sözügedən çoxşaxəli humanizm siyasətin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası təşkil edir. Təsadüfi deyil ki, səhvindən səmimi peşmançılıq duyan, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən cinayətkarların və məhkumların bağışlanması ilə bağlı bu günədək Prezident İlham Əliyev tərəfindən onlarla Əfv Sərəncamı imzalanıb. Bu sərəncamların nəzərdə tutulmuş qaydada reallaşdırılması isə sözügedən humanizm siyasətinin yüksək səviyyədə həyata keçirilməsini göstərən bariz nümunədir…

Yeri gəlmişkən, mayın 26-da Prezident İlham Əliyev tərəfindən məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi barədə Sərəncam imzalanması da bəhs edilən humanizm siyasətinin önəmli mərhələlərindən birini təşkil etməkdədir. Belə ki, sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Hər kəsə məlumdur ki, dövlət başçısının mütərəqqi siyasətinin mərkəzində insan amili dayanır. Millətinə xidməti həyat amalına çevirmiş örnək lider cənab İlham Əliyev xalq qarşısında verdiyi vədləri son 22 ilə yaxın dövrdə əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Ölkə rəhbərinin mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial tələbatına uyğun çevik qərarlar qəbul etməsi, vətəndaşları narahat edən məsələləri qısa zamanda həll etməsi, hər zaman xalqın içində olması, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, üzləşdikləri bütün çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin etməsi, insanların maddi və sosial rifahına xidmət edən, hər hansı şəkildə vəziyyətlərini yaxşılaşdıran qərarlar verməsi, aktlar qəbul etməsi və ya belə xarakterli qərar və aktların qəbul olunması üçün təşəbbüslər göstərməsi, o cümlədən Onun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il noyabrın 5-də “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul etməsi dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin, ölkədə aparılan siyasətin qayəsini insan amilinin təşkil etməsinin təcəssümüdür. Təbii ki, xalqımız bütün bunları görür, dəyərləndirir və öz prezidentini dəstəkləməkdə, ona inanmaqda, etimad göstərməkdə davam edir.

Xatırladaq ki, müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı 2023-cü il may ayının 8-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmışdır. Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mələklərin gülüşündən yarandın…

Next

Bu foto məsum uşaqların harayıdır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv