Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Təhsil sektorunda “böyük savaş”

By Vüsal Rafiqoğlu
27.05.2025 3 Min Read

Eks-nazir, təhsil ekspertləri və Məleykə Abbaszadə ətrafında nə baş verir? – təfərrüat

Azərbaycanda təhsil sektorunda illərin yığılıb qalmış narazılıqları nəhayət alovlanıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son mətbuat konfransında səsləndirdiyi sərt fikirlər bütün sektoru silkələyib.

Məleykə Abbaszadə təhsil ekspertlərini yerdən-yerə vuraraq deyib: “Mən bilmirəm, kim bunlara ekspert adı verib? Hansı universiteti bitirib, neçə balla qəbul olub, bilirikmi? Sadəcə sosial şəbəkədə nəsə yazan ekspertdirmi?!”

Qeyd edək ki, son dövrlərdə DİM-in keçirdiyi imtahanlar və bu imtahanlardakı suallar sərt tənqid olunur. Keçmiş təhsil naziri Misir Mərdanov isə “uşaqları niyə “şikəst” edirsiniz deyə çağırış edib: “Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz… Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da “bunker müəllimləri” var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var”.

Həddini aşmış bu adam... – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

DİM sədrinin tənqidinə təhsil ekspertlərinin cavabı gecikməyib. Kamran Əsədov açıq meydan oxuyaraq öz CV-sini yayımlayıb və Abbaszadəni səriştəsizlikdə ittiham edib: “Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 göstərmişdi. Apelyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı. Yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı. Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi?

DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir? Maraqlıdır, DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?

Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür, bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir. Təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır”.

İmtahanlar rüşvət almaq üçün keçirilir" - Elşən Qafarov

Elşən Qafarov 

Təhsil eksperti Elşən Qafarov isə deyib: “DİM desin, dünyada ikinci bir ölkə var ki, bu cür imtahan keçirir? Azərbaycan gəncləri peşə seçimini belə dilinə gətirə bilmir!

Tədris ilinin başa çatmasına 12-14 həftə qalmış imtahanlar keçirilir. İmtahan keçirildikdən 6 həftə sonra imtahanın nəticələri elan olunur. Bəlkə bundan danışsınlar?! DİM kimi dəvət edibsə, onlar gəlməyiblər. Şəxsən məni heç kim dəvət etməyib. İllərdir ki, DİM-lə bağlı təkliflər verirəm. Bir dəfə də olsun dəyirmi masa keçirib dəvət eləməyiblər ki, bu barədə fikirlər söyləyirsiz. Bunun əsaslandırmasını verin”.

Ən sərt cavab isə tanınmış jurnalist Taleh Şahsuvarlıdan gəlib. O, artıq hüquq-mühafizə orqanlarını DİM-in fəaliyyətini araşdırmağa çağırıb.

Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki, orta məktəbi bitirmək kifayət etmir, repetitor kurslarına qatılmaq, bahalı hazırlıqlardan keçmək zərurətə çevrilir. Şahsuvarlının fikrincə, ölkədə təhsilin bu şəkildə zədələnməsi milli təhlükəyə çevrilib və məsuliyyət daşıyan orqanlar bu məsələyə dərhal müdaxilə etməlidirlər: “DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə “testoloq” deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır… Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Next

Putini ölkə daxilindəki qüvvələr ÖLDÜRMƏYƏ CƏHD EDİBLƏR – ŞOK KƏŞFİYYAT məlumatları ÜZƏ ÇIXDI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv