Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Koronavirus bu ölkələri cənginə aldı – Azərbaycanla bağlı HƏYƏCAN

By Vüsal Rafiqoğlu
03.06.2025 4 Min Read

İnfeksionist: “Hərarət, öskürək, halsızlıq olur, amma bu COVİD deyil, çünki…”

Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib, hakimiyyət orqanları vətəndaşları maska taxmağa çağırıb. “Nikkei Asia” portalının məlumatına görə, mayın 18-dən 24-dək Tailandda COVİD-19 infeksiyasına 53,5 min yoluxma halı qeydə alınıb.

Yanvardan mayın ortalarınadək yoluxan insanların sayı isə 187 min nəfərə çatıb. Yoluxma halları ən çox paytaxt Banqkokda müşahidə olunub. Mayın ortalarından başlayaraq paytaxtdakı məktəblərdə dezinfeksiya işləri aparılır, bəzi təhsil müəssisələri onlayn təhsil sisteminə keçib.

Avstraliyada da hökumət virusla bağlı narahatlığını bildirib. Avstraliya vətəndaşlarına COVİD-ə qarşı gücləndirici (booster) peyvənd vurdurmaq tövsiyə olunur. Bunun səbəbi isə xaricdə artıq yayılan və ölkədə “qış dalğası”nı yaradacağı gözlənilən yeni yoluxucu variantın ortaya çıxmasıdır. Ölkə statistikasına əsasən, son altı ayda Avstraliyada 18 yaşdan yuxarı insanların yalnız 6 faizdən bir qədər çoxu gücləndirici doza alıb və ümumilikdə 1,3 milyon COVİD peyvəndi vurulub. Deakin Universitetinin professoru və Epidemiologiya kafedrasının müdiri Ketrin Bennet “news.com.au” portalına bildirib: “Bu göstəricilərin aşağı olması narahatlıq doğurur, çünki hələ də xəstəxanaya yerləşdirilən insanlar var. Hazırda COVİD səbəbindən ölüm hallarının sayı azalsa da, 2024-cü ildə bu göstərici hələ də qripdən beş dəfə çoxdur. Deməli, COVİD hələ də narahatlıq doğuran məsələdir. Avstraliya Statistika Bürosunun məlumatına görə, ötən il ölkədə COVİD-19-la əlaqəli 4 981 ölüm, qriplə bağlı isə 1 006 ölüm qeydə alınıb. Qış fəslinə doğru irəlilədikcə, NB.1.8.1 adlı yeni variant – “Omicron” JN.1-in törəməsi – ölkədə əsas dominant variant olacağı proqnozlaşdırılır. Hazırda bu variant dünyada geniş yayılıb və yayılma baxımından üstünlüyə malikdir, çünki ona qarşı immunitetimiz o qədər də güclü deyil”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bildirib ki, yoluxma artımı əsasən Şərqi Aralıq dənizi, Cənub-Şərqi Asiya və Qərbi Sakit okean regionlarında müşahidə olunur. ABŞ-da hava limanlarında aparılan yoxlamalar zamanı həmin regionlardan Kaliforniya, Vaşinqton ştatı, Virciniya və Nyu-Yorka gələn sərnişinlər arasında yeni variant aşkarlanıb. Yeni variant NB.1.8.1 adlanır. Bu variantın ortaya çıxması ABŞ-ın COVİD-19 peyvəndləri ilə bağlı rəsmi mövqeyinin dəyişdiyi bir vaxta təsadüf edir. Belə ki, ABŞ-ın səhiyyə naziri Robert F.Kennedi Jr. çərşənbə axşamı açıqlayıb ki, sağlam uşaqlar və hamilə qadınlar üçün COVİD-19 peyvəndi artıq tövsiyə olunmur. Bu qərar dərhal bir neçə ictimai səhiyyə mütəxəssisi tərəfindən sual altına alınıb. Dünyada yayılmaqda olan bu yeni variant may ayının ortalarınadək analiz edilən nümunələrin təxminən 11%-ni təşkil edib. ÜST bu variantı “nəzarət altında olan variant” kimi qeyd edib və hazırkı peyvəndlərin effektivliyinin davam etdiyini bildirərək onun qlobal səviyyədə ictimai sağlamlığa risk yaratmadığını vurğulayıb.

Qeyd etmək yerinə düşər ki, son aylarda Azərbaycanda müxtəlif virus infeksiyalarının yayılması müşahidə olunur. Bu infeksiyalar əsasən yuxarı tənəffüs yollarını və mədə-bağırsaq sistemini zədələyir. Əlamətlər arasında yüksək hərarət, halsızlıq, boğaz ağrısı, öskürək, burun axması və bəzi hallarda ürəkbulanma və qusma qeyd olunur.

Azərbaycanda yayılan hansı virusdur? Pandemiya tam kontrol altındadır, yoxsa qayıdış riski qalır?

Azərbaycan Tibb Universiteti | Nilufər Məmmədova: 32 mutasiyalı “Omikron”  daha təhlükəli ola bilər

Nilufər Məmmədova

İnfeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İnfeksion xəstəliklərin ilkin dövründə simptomlar bir-birinə çox bənzəyir. Bütün virus xəstəlikləri, xüsusilə də uşaqlarda olan virus xəstəliklərinin əlamətləri bir-birinə çox oxşayır. Amma test etmədən, hansı növ törədici olduğunu bilmədən buna COVİD, ya da başqa bir virus olduğunu deyə bilmirik. Amma ümumilikdə götürəndə daimi olan, üstümüzdə dəyişən infeksion xəstəlikləri hər zaman COVİD-dən öncə də olub. Onların da əksəriyyətinə nəzarət edirik, xüsusi bir müalicəsi yoxdur. Həkim nəzarətində qalmalıdır. Özbaşına antibiotik içmək olmaz. Hərarətin 3-5 gün olması normaldır. 5 gündən artıq temperatur davam edirsə, yaxud da 5 gündə hərarətsalıcı dərmanlar kömək etmirsə, təkrar həkimə müraciət etməli, qan analizi verməli, lazım gələrsə antibiotik təyin edilməlidir. Yəni bir növ xəstəlik yayılmayıb ki, deyək bu, COVİD-dir, yoxsa influenzadır. Hər birinə xas olan əlamətlərin olduğu düzdür. Amma hazırda üstünlük təşkil edən xəstəlik yoxdur. Bir neçə xəstəlik yayıldığı üçün konkret bir söz demək olmur. Hər bir xəstəliyə uyğun müayinə və müalicə planı veririk”.

O ki qaldı dünyada yenidən koronavirusun tüğyan etməsinə, infeksionist qeyd edib ki, koronavirus dəyişməyə meylli virusdur: “Haradasa mutasiyaya uğradıqca dünyanın hər yerində yoluxma sayının artması normaldır. Azərbaycandakı vəziyyətlə bağlı məlumatı rəsmi qurumlar statistika versələr daha doğru olar ki, insanlarda narahatlıq yaranmasın. İndi elə bir məlumat yoxdur ki, COVİD-lə bağlı Azərbaycanda vəziyyət necədir. Təbii ki, pandemiyadan öncə də bu virus insanlarda var idi və mutasiyaya uğradığı zaman insanlar arasında yoluxma halları artırdı. Bu baxımdan dünya ölkələri arasında virusun artması halları da tam normaldır”.

Yeri gəlmişkən, Azərbaycan Nazirlər Kabineti ölkədə tətbiq olunan xüsusi karantin rejiminin müddətini uzadıb. Baş nazir Əli Əsədovun 2025-ci il martın 18-də imzaladığı müvafiq qərara əsasən, karantin rejimi 1 iyul 2025-ci il tarixinədək qüvvədə olacaq. Qərarın məqsədi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq və mümkün risklərin qarşısını vaxtında almaqdır. Hazırkı mərhələdə əhaliyə gigiyena və sanitariya qaydalarına riayət etmələri, lazım gəldikdə tibbi maskalardan istifadə etmələri və kütləvi toplaşmalarda ehtiyatlı olmaları tövsiyə olunur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

Next

Rusiyada anti-Azərbaycan isteriyası – daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv