Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Putinin köməkçisinin “mübahisəli zona” ritorikası, Moskva hansı mesajı verir?

By Vüsal Rafiqoğlu
10.06.2025 3 Min Read

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.

Təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır.

Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin bəyanatında bildirilir. A.Hacızadə qeyd edib ki, sual doğuran məqam həm də ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir:

“Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.

Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü açıqlamasında bildirib ki, Rusiya rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. O, prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara tamamilə fərqli bir məna verməməyə çağırıb. Zaxarova Rusiyanın rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını söyləyib. Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və sosial mədəni xüsusiyyətlərdən danışıb.

 Fayl:Siyasətçi Elçin Mirzəbəyli.jpg — Vikipediya

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a şərhində İkinci Qarabağ müharibəsinin başa çatmasından beş il keçdiyini xatırladıb. E.Mirzəbəyli diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, separatçılıq meyliləri aradan qaldırılıb və Ermənistanın uzun illər apardığı işğalçılıq siyasətinə son qoyulub. O, vurğulayıb ki, bu müddət ərzində, fasilələrlə, konkret maraqlardan qaynaqlanan situasiyalara uyğun olaraq, Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ritorikasında ardıcıl olmayan bəyanatların şahidi olmuşuq:

“Son olaraq, Rusiya prezidentinin köməkçisinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin ayrılmaz bir parçası olan Qarabağı yenidən “mübahisəli zona” adlandırması ciddi suallar doğurur. Bu bəyanat hansı geosiyasi məqsədlərə xidmət edir? Medinski həqiqətənmi reallıqlardan, tarixi həqiqətlərdən və beynəlxalq hüququn norma və prinsiplərindən məlumatsızdır, yoxsa Rusiya prezidentinin köməkçisinin beyni işğal olunub və onun düşünə bilən hissəsi də mübahisəli zonaya düşüb? Rusiya-Azərbaycan münasibətləri uzun müddət strateji tərəfdaşlıq çərçivəsində inkişaf etsə də, Rusiya-Ukrayna müharibəsindən sonra dəyişən qlobal düzən bu münasibətləri də yenidən formatlamaqdadır. Azərbaycan müstəqil xarici siyasət kursunu gücləndirərək Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və Çin kimi aktorlarla münasibətlərini balanslaşdırır. Bu isə Rusiyanın Azərbaycana təsir imkanlarını zəiflədir. Belə bir şəraitdə “mübahisəli zona” ritorikası, bir növ, təzyiq vasitəsi kimi də dəyərləndirilə bilər”.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan öz suverenliyini tam bərpa edib və bu proses BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə əsaslanıb: “Qarabağ Azərbaycanın tanınmış ərazisidir. Rusiyanın bəzi rəsmilərinin bu reallığı hələ də dilə gətirməməsi, ya da mübahisələndirməsi, ya situativ diplomatik taktika, ya da daxili auditoriyaya hesablanmış ritorika kimi başa düşülə bilər. Lakin bu, artıq real vəziyyəti dəyişmir. Bu tip açıqlamalar regionda siyasi atmosferə mənfi təsir göstərə bilər. Azərbaycan ictimaiyyəti bu ritorikanı əsaslı şəkildə rədd edir və bu ritorikanı doğuran səbəblərə uyğun da Rusiyaya olan münasibətini dəqiqləşdirir. Moskva bu cür qərəzli bəyanatların doğuracağı nəticələri nəzərə almalı və münasibətlərə mənfi təsir edəcəyini hesablamalıdır. Əgər Medinski Azərbaycanın suveren ərazilərini “mübahisəli zona” adlandırmaqla Ermənistandakı revanşçı meylləri stimullaşdırmaq, kilsə-Paşinyan qarşıdurmasında Eçmiədzinin mövqelərini möhkəmləndirmək istəyirsə, bunun üçün Azərbaycanın suveren əraziləri ilə bağlı dövlət əxlaqına, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gəlməyən ritorikanı vasitə hesab edirsə, bunun nəticə verməyəcəyini də öncədən anlamalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentdən Akademik Mustafa Topçubaşovla bağlı SƏRƏNCAM

Next

Ələt-Astara yolunda iki təkər qaldıran “avtoş” həbs olundu

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv