Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Diplomla işsizlik: ali təhsil sistemi iflas edir?

By Vüsal Rafiqoğlu
11.06.2025 3 Min Read

Kamran Əsədov: “150 ixtisas var, amma bazarın istədiyi yalnız 10-dur”

“Əmək bazarında ən çox iş tapan məzunların siyahısı bir daha sübut edir ki, Azərbaycan universitetlərində yüzlərlə ixtisasın tədris olunmasına baxmayaraq, real sektor yalnız konkret və məhdud sayda sahəyə tələbat göstərir”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Təhsil ekspertinin bu açıqlaması bir daha hazırkı ali təhsil sistemimizlə əmək bazarının ziddiyyətlərini açıq şəkildə ortaya qoyur.

Kamran Əsədovun açıqladığı statistikaya əsasən, ölkədə iş tapmaq şansı yüksək olan ixtisaslar siyahısında iqtisadi və idarəetmə yönümlü sahələr üstünlük təşkil edir.

Ən çox iş tapan məzunların siyahısı budur: İqtisadiyyat – 2,554 nəfər, maliyyə – 1,806 nəfər, mühasibat uçotu – 1,746 nəfər, menecment – 1,574 nəfər, sənayenin təşkili – 1,515 nəfər, biznesin idarə olunması – 1,331 nəfər, dünya iqtisadiyyatı – 1,315 nəfər, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 1,096 nəfər, bədən tərbiyəsi – 1,044 nəfər, hüquqşünaslıq – 868 nəfər.

Bu siyahı göstərir ki, tələb olunan kadrların əksəriyyəti ya iqtisadiyyata, ya da konkret sahə üzrə idarəetməyə istiqamətlənib. Amma bu rəqəmlər fonunda universitetlərdə 150-dən çox ixtisasın mövcudluğu ciddi suallar doğurur: bu qədər müxtəlif ixtisaslar kimə lazımdır? Onları bitirən gənclərin aqibəti necə olur?

Ekspertlər qeyd edir ki, hazırda əmək bazarı ilə təhsil arasında uçurum mövcuddur. Belə ki, universitetlərdə tədris olunan ixtisasların çoxu əmək bazarının real tələblərinə cavab vermir.

Bir çox ixtisaslar sadəcə formal olaraq saxlanılır, lakin onların məzunları ya iş tapmaqda çətinlik çəkir, ya da tamam fərqli sahədə fəaliyyət göstərməyə məcbur qalırlar.

Sürətlə dəyişən texnoloji tələblərin də öz təsiri var. İKT, süni intellekt, kibertəhlükəsizlik, data analitikası kimi sahələr qlobal miqyasda sürətlə inkişaf edir. Amma Azərbaycanda bu sahələr üzrə proqramlar ya çox azdır, ya da məzmun baxımından müasir tələblərə uyğun deyil.

Bundan başqa, peşəkar texniki kadr çatışmazlığı var.

Bəs nə etməli?

Ekspertlər qeyd edir ki, ilk növbədə əmək bazarı ilə inteqrasiya olunmuş proqramlara ehtiyac var. Hər ixtisasın əmək bazarındakı qarşılığı təhlil olunmalı və bu əsasda kvotalar müəyyənləşdirilməlidir. Dövlət və özəl sektor nümayəndələri ilə tədris proqramlarının ortaq şəkildə hazırlanması vacibdir.

Həmçinin peşə və texniki təhsili genişləndirilməlidir. Ali təhsildən fərqli olaraq, praktik bacarıqlar öyrədən qısamüddətli sertifikat proqramları və peşə kursları təşviq edilməlidir. Sənaye və istehsal müəssisələri ilə əməkdaşlıq çərçivəsində təcrübə proqramları təşkil olunmalıdır.

Rəqəmsal bacarıqların bütün sahələrə inteqrasiyası vacibdir. Hər ixtisasda rəqəmsal savadlılıq, informasiya texnologiyalarından istifadə və analitik düşüncə bacarıqları tədris olunmalıdır.

“Klassik” ixtisaslar belə rəqəmsallaşmağa məcburdur: məsələn, hüquq sahəsində hüquqi texnologiyalar, tərcüməçilikdə süni intellekt alətləri, kənd təsərrüfatında aqrotexnologiyalar.

Kamran Əsədov

Kamran Əsədov 

Kamran Əsədov qeyd edir ki, hazırda universitetlər kütləvi şəkildə yeni ixtisas açsa da, heç biri bu ixtisaslar üzrə bazarın tələbinin olub-olmadığını yoxlamır. Bu isə ciddi dövlət nəzarəti və sistemli islahat tələb edir. Ali təhsil haqqında qanunda ixtisas siyahısı və qəbul planları hər il əmək bazarı ilə uyğunlaşdırılmalı, reallığı əks etdirməyən ixtisaslar ya bağlanmalı, ya da restrukturizasiya olunmalıdır: “Universitetlərin akkreditasiyasında yalnız akademik göstəricilər deyil, məzunların məşğulluq səviyyəsi əsas meyar olmalıdır.

Elm və Təhsil Nazirliyi və Dövlət Məşğulluq Agentliyi bu reytinqi təqdim etməklə çox vacib bir addım atıb. Amma bu, başlanğıcdır. Növbəti addım – nəticəsiz ixtisasların siyahısının hazırlanması, ali təhsil sistemində məzmun islahatlarının aparılması və universitetlərin real bazara yönəldilməsi olmalıdır. Əks halda, hər il minlərlə gənc universitetə daxil olur və dörd il sonra “işsizlər sırasına” çıxış diplomu ilə daxil olur. Bu isə artıq sadəcə təhsil problemi deyil, bu, sosial ədalətsizlikdir”.

Beləliklə, bütün bunlar onu göstərir ki, təhsil sistemində köklü struktur islahatlarına, yeni təhsil proqramlarına ehtiyac var. Sadəcə, yeni fakültələr açmaq və ya diplomlar təqdim etməklə problem həll olunmur. Həll yalnız bazarla sinxron, adaptiv və çevik bir ali təhsil siyasəti ilə mümkündür.

Əks halda, hər yeni tədris ili həm universitetlər, həm valideynlər, həm də gənclər üçün yeni illüziyaların başlanğıcı ola bilər.

Yazını hazırladı: Xalidə GƏRAY

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ölkəmizdə ən çox siqaret çəkən bölgə bilindi – səbəb

Next

Ölkəmizdəki arıları oliqarxların tamahı öldürür – təfərrüat

Xəbər lenti

  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv