Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ölkəmizdəki arıları oliqarxların tamahı öldürür – təfərrüat

By Vüsal Rafiqoğlu
11.06.2025 4 Min Read

Arıçı deyir ki, bu işə qeyri-peşəkar şəkildə yanaşırlar, həm xəstəliyi yayırlar, həm də arıları qırırlar; “Rusiya adı ilə Çin istehsalı olan dərmanlar gətirilir, bu da…”

Bu il havaların qeyri-sabit keçməsi və aramsız yağan yağışların ən ciddi təsiri arıçılığa olub. Bildirilir ki, ölkədə arıçılığın inkişaf etdiyi rayonların demək olar ki,  hamısında vəziyyət eynidir, arıların “çölə çıxa bilməməsi” bal istehsalında məhsuldarlığa aşağı salıb. Ekspertlərə görə,  iyun başlayandan da havaların yağışlı olması arıçılara təsir edib, indi əsas ümid bundan sonra havaların stabilləşməsinədir.

O da bildirilir ki, zatən son illər ölkə üzrə bal istehsalında 30-40%-dən çox azalma vardı, arı ailələrinin də sayı azalıb. Arıçılar bunu arıların azalmasını  iqlim dəyişikliyi ilə izah edirlər. Arıların azalmasının kənd təsərrüfatına da mənfi təsiri çoxdur. Bitkilərin təxminən 70%-i arıların köməyi ilə tozlanır. Məsələn, alma, armud, çiyələk və digər çiçəkli bitkilər arıların tozlanması nəticəsində yetişir. Tozlanma prosesi azalarsa, məhsul istehsalı da azalır. Yəni arıların azalması təkcə bal istehsalına deyil,  kənd təsərrüfatı məhsullarının qıtlaşmasına da səbəb ola bilər.

Maraqlıdır ki, arı ailələrinin sayının azalmasını  arıçıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə əlaqələndirənlər də var. Arıçılar hər mövsümdə xəstəliklərlə mübarizə aparmalıdırlar. Əgər arıçı peşəkar deyilsə və kifayət qədər biliklərə sahib deyilsə, arı ailələrinin saxlanılması və xəstəliklərlə mübarizə səmərəsiz olur. Arılara vaxtında gigiyenik tədbirlər aparılmasa, arılarda xəstəliklər artır. Həmçinin vaxtında köçürmə prosesi aparılmasa, nektar tapmaq çətinləşir. Bəzi imkanlı şəxslər pul qazanmaq məqsədilə bu sahəyə girişiblər, amma  peşəkar arıçılar tapmaq çətin olduğu üçün arı ailələri bu sahədə zəif bilgiləri olanların ucbatından qırılırlar. Ona görə də hətta belə təkliflər var ki, arıçılar üçün xüsusi kurslar təşkil edilməli və burada iştirakçılar müasir texnologiyaların tətbiqini öyrənərək sertifikat almalıdırlar.

Məlumat üçün bildirək ki, ötən il 30 min 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kiloqram arı südü əldə olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun – 16,5 manat, vərəmumun – 109,7 manat, güləmin – 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub. 2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,4 faiz azalsa da, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.

Sabir Mustafayev: Arıların bol məhsul verə bilməsi üçün zəngin yem bazası  olmalıdır - AZƏRTAC

Sabir Mustafayev

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Sabir Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Kimlərin bu işə əl qoyduğunu dəqiq deyə bilməyəcəm. Amma yaxşı arıçı özünə arı saxlayır. Onlar isə bu işə qeyri-peşəkar şəkildə yanaşırlar, həm xəstəliyi yayırlar, həm də arıları qırırlar.

Ölkəmizə keyfiyyətsiz dərmanlar gətirilir. Rusiya adı ilə Çin istehsalı olan dərmanlar gətirilir. Keyfiyyətsiz dərmanlar bu gün də problem olaraq qalır. Əsas xəstəliyi isə Varroa gənələri yayır. Dərmanlar ölkəmizə nizamsız qaydada daxil olur. Onların keyfiyyətinə cavabdeh olan bir qurum olmalıdır. Yaxud da qaçaqmalçılıqla gətirilən dərmanlar müsadirə edilməlidir. Biz dəfələrlə Rusiya istehsalı dərmanlar almışıq, həmin şirkətin nümayəndəsinə göstərmişik, onlar isə bu seriyadan dərmanın olmadığını bildiriblər. Dərmanların tərkibi düzgün deyil. Əsasən də Çin istehsalı olan dərmanlara həddən artıq zəhər vurulur – gənəni öldürmək üçün. Gənə daha güclü zəhəri gördükdən sonra artıq az dozalı dərmanlar ona təsir etmir. Həm də o dərmanların zəhəri çox olduğuna görə həm balı, həm də arının üstündəki mumu çirkləndirir. Yəni bu dərmanların hesabına ölkəmizdə keyfiyyətsiz ballar istehsal olunur”.

Mütəxəssis qeyd edir ki, bu sahəyə mütləq ciddi nəzarət olunmalıdır: “Bizim öz aramızda qohumlar var ki, dörd il dalbadal arı alır, amma o biri il qırılır. Arı peşəkarların əlində olmalıdır. Qeyri-peşəkarlar həm xəstəliyi yayır, həm də mənfəət əldə edə bilmirlər. Mənim yanımdan bəlkə də ondan çox arıçı ayrılıb, işi öyrəniblər, indi isə özləri arı saxlayırlar. Yəni yaxşı arıçı özü arı saxlayır. Bu, mal-qara deyil ki, alıb saxlayasan. Arıçılıqda çox bilgili olmaq lazımdır. Təkcə Varroa gənəsi 30-35-dən çox virus yayır. Bu xəstəlikləri idarə etmək üçün daha çox bilik gərəkdir. Mən 40 ildən çoxdur ki, arıçılıqla məşğulam, amma hələ də bilmədiyim çox şey var. On il əvvəl arı saxlamaqla bu gün arı saxlamaq arasında çox fərq var. Qlobal istiləşmə arıçılığa yeni yanaşma tələb edir. Təcrübələrdən faydalanmaq lazımdır. Hazırda biz İsmayıllı zonasındayıq, bütün ana arıları izolyasiya edirik. Arıda toxum qoymanı dayandırmaq üçün bunu edirik. Bu xəstəliklər arının qoyduğu sürfələrlə yayılır.

Bütün ana s bir aylıq təcrid etmişik ki, toxum qoymasınlar. Bal süzümündən sonra dərmanlama aparacağıq. Çünki bal vaxtı dərmanlama aparsaq və içəridə sürfə olsa, onun nə xeyri olacaq, nə də bal keyfiyyətli olacaq. Əfsus ki, bəzi arıçılar buna yol verir. Məsələn, içəridə bal ola-ola dərmanlama aparılır.

Kəlbəcərdə də belə edəcəyik. Fikrimiz var ki, arıları daha soyuq yerdə qışladaq ki, sürfə qoyma dayansın. Çünki qlobal istiləşmənin təsirindədir – arılar qış yuxusuna getmir, yatmır. Qışda sürfə qoyur, bu zaman həm zəifləyir, həm də parazitlər çoxalır. Yəni tamam fərqli yanaşma lazımdır. Arıçılar təbii dərmanlardan istifadə etməlidirlər. Bu ildən istifadə etdiyimiz dərmanlar quzuqulağı və qarışqa turşusudur. Bu maddələr balı çirkləndirmir”.

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diplomla işsizlik: ali təhsil sistemi iflas edir?

Next

Bakıda “moyka”da kişini elektrik cərəyanı VURDU

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv