Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Görünməz soyğunçuların izi ilə – oğurlanan pullar hara gedir?

By Vüsal Rafiqoğlu
16.06.2025 4 Min Read

Azərbaycanda bank kartlarından oğurluqlar artıq nadir hadisə deyil. Demək olar ki, hər gün, hər ay yüzlərlə insan bank kartlarındakı vəsaitin yoxa çıxmasından şikayət edir.

Üstəlik, hüquq-mühafizə orqanlarının əli bu oğrulara çatmır. Səbəb texnologiya və beynəlxalq cinayətkar şəbəkələrin oyun qaydalarıdır.

İyunun 16-da Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırıb və vətəndaşların bank hesablarından iyunun 14-də və 15-də oğurlanan vəsaitlərin miqdarını açıqlayıb.

Məlum olub ki, 2 gün ərzində bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat kiber üsulla oğurlanıb.

DİN bir daha xatırladıb ki, bu cür cinayətlər əsasən naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir.

Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.

Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin.

Bakı sakini Nərmin Məmmədova öz mobil nömrəsindən “Kapital Bank” adından gələn linkə klikləyib. Onun sözlərinə görə, mesajda “hesabınız bloklanıb” yazılıb və təsdiq üçün kart məlumatları tələb olunub. Nərmin Məmmədova PİN kodunu (kartın önündəki 16 rəqəm), CVV kodunu və SMS təsdiq nömrəsini daxil edib. Nəticədə 3 dəqiqə içində kartdan 4200 manat çıxarılıb və Qazaxıstanda yerləşən “Kaspi.kz” elektron cüzdan hesabına köçürülüb.

Hüquq-mühafizə orqanlarına müraciət edilib, lakin cinayət işinə 3 ay sonra xitam verilib:

“Cinayətkarların şəxsiyyəti məlum olmadı”.

2025-ci ilin yanvarında 29 yaşlı İsmayıl Səfərov sosial şəbəkədə tanış olduğu qızın (həqiqətdə isə fırıldaqçıların) tələbinə uyğun olaraq “investment” platformasına yatırım edib. Bu məqsədlə bank kartından 18 min manat çıxarılıb. Pulun izi Çexiya və Latviya bankları üzərindən Estoniyada qeydə alınmış kriptovalyuta birjasına gedib. Zərərçəkən indi də məhkəmə ilə bank arasında qalıb.

2024-cü ilin aprelində Sumqayıt sakini Rauf Əliyevin telefona quraşdırdığı “Bolt Food” tətbiqi “hack” edilib. Nəticədə tətbiqə bağlı olan kartdan 7500 manat “Apple Pay” vasitəsilə Rusiya mənşəli hesablara köçürülüb. Bank əməliyyatı təsdiqləsə də, pulu geri qaytarmayıb.

Bəs bank hesablarından oğurlanan pullar hara gedir? Bu oğurluqların izinə düşmək niyə bu qədər qəlizdir?

NATİQ.jpeg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu cinayətlər “gizlin”də, “darknet”də baş verir:

“”Darknet” xüsusi brauzer (Tor, I2P) istifadə edilməklə daxil olunan, real IP və server ünvanlarını gizlədən anonim şəbəkədir. Burada kart məlumatları (PAN, CVV, OTP) “carding forumları”nda satılır.

Kartla edilən əməliyyatlar kriptovalyuta vasitəsilə ört-basdır edilir. “Mixer/tumbler” vasitəsilə izlər itirilir. Oğurlanmış pullar “mule” şəxslərin hesablarına ötürülür.

Əməliyyatlar sadəcə saniyələr ərzində baş verir. Bu məqam hüquq-mühafizə orqanlarının cinayətkarların izinə düşmək imkanlarını qat-qat aşağı salır, bir çox hallarda mümkünsüz edir”.

N.Ələsgərov bildirib ki, kibercinayətkarlar hüquqi boşluqlardan məharətlə istifadə edirlər:

“Azərbaycan qanunlarında boşluqlar var. Məsələn, “Elektron ödənişlər haqqında” qanunda riskin bölüşdürülməsi yoxdur. Bank müqavilələri müştərini tam məsuliyyət daşıyan tərəf kimi göstərir.

Azərbaycanda Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi zamanı çoxdan çatıb. Banklar fırıldaq nəticəsində vətəndaşın hesabından oğurlanan məbləğin 50 faizdən az olmamaq şərtilə kompensasiya ödəməsi şərti tətbiq etməlidir. Mərkəzi Bank və bank institutları riskli əməliyyatların avtomatik bloklanmasını təmin etməlidir. Beynəlxalq əməkdaşlıq gerçəkləşməli, Interpol, Europol vasitəsilə kredit kartı məlumatlarının yayılması, darknet satışı, mule hesablar barədə sorğular alınmalıdır.

Kriptovalyuta əməliyyatlarını izləmə platformalarının tətbiqi — AML/KYC standartlarına inteqrasiya təmin olunmalıdır. Əks halda kiberoğurluqları illərlə dayandırmaq mümkün olmayacaq, zərərçəkmişlər də 100 faiz itki ilə yola davam edəcəklər. Bu gün
bankların məsuliyyətsizliyi və qanundakı boşluqlar problemi daha da dərinləşdirir.

Ölkədə təhlükəsiz elektron iqtisadiyyat zəifləyir, risk altına düşür”.

Natiq Ələsgərov deyib ki, bank kartı oğurluqları üzrə cinayətlər Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 273-cü (kompüter məlumatlarının qanunsuz əldə edilməsi) maddələri ilə başlanan cinayət işləri üzrə araşdırılır:

“Lakin bu cinayətlərin əsas xüsusiyyəti odur ki, əməl Azərbaycanda başlasa da, izlər Avropa, MDB, Asiya ölkələrinə aparır. Azərbaycan hüquq-mühafizə orqanlarının xarici serverlərə, elektron pulların yönləndirildiyi “darknet” platformalara çıxış imkanı yoxdur. Bu səbəbdən işlər xitam edilir və zərərçəkmişlər faktiki olaraq maddi, mənəvi ziyanla baş-başa qalırlar”.

N.Ələsgərov vurğulayıb ki, digər vacib məsələ bankların məsuliyyətidir:

“Avropanın bir sıra ölkələrində, məsələn, Almaniya, Fransada belə hallarda bank kart sahibinə 100-150 avroya qədər məhdud məsuliyyət tətbiq edilir, qalan risk bank tərəfindən kompensasiya olunur.

Azərbaycanda isə bütün risk kart sahibinin üzərinə yüklənir. Düşünürəm ki, müvafiq qanun dəyişmələri və beynəlxalq hüquqi mexanizmlərin tətbiqi ilə bu boşluq doldurulmalıdır. Əks halda vətəndaşların elektron maliyyə təhlükəsizliyi ciddi risk altında qalacaq”.

Natiq Ələsgərov deyib ki, mövcud qanunvericiliyin beynəlxalq cinayətkarlıqla mübarizəyə uyğunlaşdırılması vacibdir:

“Azərbaycan banklarının əməliyyatlar zamanı şübhəli əməliyyatların avtomatik bloklanması (risk-based approach) tətbiq etməsi vacibdir. İnterpol və Europol ilə əməkdaşlıq çərçivəsinin genişləndirilməsi də bu istiqamətdə cinayətkarlığın qarşısının alınmasına töhfə verə bilər.

İstifadəçilər üçün “Phishing” və “skimming” təhlükələri barədə maarifləndirici tədbirlərin gücləndirilməsi də vacib məsələdir. Bank kartı oğurluqları zamanı dövlət təminat fondu yaradılması və ya banklara məcburi sığorta tətbiq olunmalıdır”.

N.Ələsgərov bildirib ki, Azərbaycanın hüquq sistemi informasiya texnologiyalarının sürətli transformasiyası ilə ayaqlaşmağı bacarmalıdır:

“Banklar, dövlət və vətəndaş eyni dərəcədə məsuliyyət daşımalı, birgə müdafiə mexanizmi yaratmalıdır. Əks halda, səhər balansının sıfırlandığını görən vətəndaşların sayı artacaq”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu BÜRCLƏR üçün iyunda pul, uğur və…

Next

Qəzada həlak olan baba və nəvəsinin FOTOSU

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv