Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır

By Vüsal Rafiqoğlu
18.06.2025 4 Min Read

Səbəb təkcə İsrail-İran münaqişəsi deyil…

Bir müddətdir ki, Azərbaycanın “İbrahim sazişi” çərçivəsinə qoşulacağı müzakirə edilir. “İbrahim sazişi” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır.

Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Sənədin adı da ona görə İbrahim seçilib ki, həzrət İbrahim (ə) ərəb və yəhudilərin atası hesab olunur. İslam dininə görə, ərəblər Həzrət İbrahimin oğlu İsmailin, yəhudilər isə İshaqın soyundan gələnlərdir. Yəni “İbrahim sazişi” ərəb və yəhudiləri barışdırmağa hesablanıb.

2020-ci il sentyabrın 15-də bu sazişin ilk uğuru olub, BƏƏ, Bəhreyn və İsrail arasında barışıq və əlaqələrin qurulması sənədi imzalanıb. Bununla da Misir və İordaniyadan sonra daha iki ərəb dövləti, sonrakı dövrdə isə Mərakeş və Sudan da bu sazişə qoşulub. Ancaq 2023-cü ilin oktyabrında İsrail-HƏMAS müharibəsi bu prosesi pozdu.

Azərbaycanın bu sazişə qoşulacağı barədə iddialar təsadüfi deyil. Bakı ilə Tel-Əviv arasında uzun illərdir enerji, hərbi və texnoloji sahələrdə sıx əməkdaşlıq mövcuddur. Ona görə də İsraillə diplomatik münasibətlərin rəsmi şəkildə tam tanınması əslində artıq mövcud reallığın hüquqi çərçivəyə salınması ola bilər. Sazişə qoşulacağı təqdirdə 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən və Birləşmiş Ştatların Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin aradan qaldırılmasının mümkünlüyü haqda da danışılırdı. Lakin bu məsələ təkcə Azərbaycan-İsrail münasibətləri ilə yekunlaşmır. Burada bir sıra regional amillər də var idi ki, İsrail və İran arasında davam edən dramatik hadisələr fonunda “İbrahim sazişləri”nin bəlkə də uzun müddət gündəmdən çıxacağını da söyləmək olar.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Bakı ilə Tel-Əviv arasında “İbrahim sazişləri”ni imzalamaq məsələsinin hələ bir müddət alınmayacağını düşünür. O, bununla əlaqədar “Yeni Müsavat”a bir sıra səbəblər açıqladı: “Azərbaycanla İsrail arasında “İbrahim sazişləri” indiki mərhələdə aktual deyil. Bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycanın qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur. Hazırda Tel-Əvivlə Ankara arasındakı münasibətlər soyuqdur. Hətta iki ölkə arasındakı əlaqələrdə müəyyən kəskin ritorika, söz döyüşü bir-birini əvəzləyir. İsrail-Fələstin savaşı da Türkiyənin İsraillə əlaqələrini laxlatmış oldu. İranla müharibə prosesində Türkiyə-İsrail əlaqələri demək olar ki, donmuş vəziyyətdədir. Hətta iş o yerə gəlib ki, Ankara bölgədəki ən amansız rəqibi Tehrana yəhudilərlə savaşda dəstək verir. Belə bir vəziyyətdə Bakı Ankaraya arxa çevirərək “İbrahim sazişləri”nə “hə” deyə bilməz. Məsələnin ikinci ayağı isə İrandır. İran bizim cənub qonşumuzdur və 4-5 gündür ki, İsraillə amansız hava döyüşü aparır. Belə bir vəziyyətdə Azərbaycan İranı öz qarşısına almaq istəməz. Üçüncü amil Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin açılmasından sonra Azərbaycan dünyanın aparıcı investorlarını bölgəyə gətirməkdə niyyətlidir. Onların arasında ərəb kökənli biznes şəbəkələri var. Üstəlik, Zəngəzur dəhlizinin açılmasına ən böyük maneələrdən biri də məhz İrandır. İsraillə savaş öz həllini tapmadan, tərəflərdən birinin aqibəti bəlli olmadan Bakı hər hansı bir kritik qərar qəbul etməyə tələsmir. Sonuncu nüans kimi, bədnam “907-ci düzəliş”i göstərmək olar. ABŞ-dakı İsrail lobbisi hələ ki, öz nüfuzundan istifadə edərək bu məsələni bizim xeyrimizə həll edə bilməyib. Düşünürəm ki, bütün bu amilləri nəzərə aldıqda Bakı ilə Tel-Əviv arasında “İbrahim sazişləri”ni imzalamaq məsələsi hələ uzun müddət gözləyəcək”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə hesab edir ki, Azərbaycanın “İbrahim sazişi”nə qoşulması milli maraqlarımıza tam şəkildə cavab verərdi: “Bakı ilə Təl-Əviv arasında bütün sahələrdə, xüsusən də təhlükəsizlik, müdafiə, enerji, beynəlxalq plaformalarda əməkdaşlıq mövcuddur və bu əlaqələr də yüksək səviyyədə inkişaf etməkdədir. İsrail İkinci Qarabağ müharibəsində də Azərbaycanın yanında olub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycana qarşı beynəlxalq erməni lobbisinin və diaspora təşkilatlarının təsirinin azaldılmasında da yəhudi lobbisi xeyli işlər görməkdədir. Azərbaycan Təl-Əvivdə öz səfirliyini açmaqla əslində “İbrahim sazişi”nin bəzi şərtlərini faktiki həyata keçirib. HƏMAS-ın İsrailə 2023-cü ilin sonlarına yaxın etdiyi hücumdan sonra böyük bir coğrafiyada müharibə ocağının alovlanması və gərginliyin artması “İbrahim sazişi” ilə bağlı fəaliyyəti tormozladı. Hətta həmin sazişə qoşulan 6 ərəb ölkəsi bu prosesi dayandırmağa, işləksiz hala gətirilməsinə məcbur qaldı. İran-İsrail müharibəsi və qardaş Türkiyənin, həmçinin ən yaxın müttəfiqimiz olan Pakistanın İsrailə qarşı sərt ritorikası Azərbaycanı bu məsələdə bir qədər ehtiyatlı və həssas davranmağa sövq etməkdədir. Fikrimcə, Azərbaycanın “İbrahim sazişi”nə qoşulması ölkənin iqtisadiyyatı, ticari və texnoloji inkişafına da müsbət təsirini göstərə bilər. İsrail texnoloji, müdafiə qabiliyyəti və sənayesinə, innovativ tətbiqlərə görə dünyanın ən irəlidə gedən ölkələrindən biridir. Eyni zamanda Birləşmiş Ştatlar kimi supergücün ən yaxın dostu və müttəfiqidir.  Azərbaycanın suveren haqqıdır ki, öz milli maraqlarının hansı şəkildə və hansı formatda, necə qorumasını özü müəyyənləşdirsin. Müttəfiqlərini özü seçsin. “İbrahim sazişi”ni imzalamaq təkcə Azərbaycan üçün deyil, İsrail və Birləşmiş Ştatlar üçün də yüksək dividentlər gətirir. Cənubi Qafqazda mövqeyi güclənir və bu strateji bölgədə Azərbaycan kimi tərəfdaş qazanırlar. Demək, bundan hər iki tərəf fayda götürür və regionun inkişafı, sabitliyi və təhlükəsizliyi üçün rol oynayar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paşinyan yenə Rusiyadan qorxmağa başlayıb

Next

“Zəngəzurun patron”u Azərbaycan olur – sensasion gəlişmə

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv