Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

İran və İsrail: Keçmiş müttəfiqlərdən amansız düşmənlərə – 2500 illik münasibətin qopma nöqtəsi

By Vüsal Rafiqoğlu
19.06.2025 4 Min Read

Artıq 7 gündür bir-birini amansız şəkildə bombalayan İran və İsrail bir zamanlar ən yaxın müttəfiq ölkələr olublar. Əlbəttə, bu, İslam İnqilabının baş verdiyi 1979-cu ilə qədər belə idi.

İranlılar və yəhudilərin dostluğu eramızdan əvvəl 538-ci ildə böyük Əhəməni imperatoru Kuruşun Babil dövlətini işğal etməsi ilə başlayır. Kuruş yəhudilərin 50 illik Babil sürgününə son qoyur və onların geri dönməsinə icazə verir. Bununla da kifayətlənməyib Qüdsü bərpa edir. Bu səbəbdən də Bibliyada Kuruşun adı ehtiramla yad edilir.

Yeri gəlmişkən, 1969-cu ildə avstraliyalı fanatik xristian Qüdsdə yerləşən müqəddəs əl-Əqsa məscidini yandıranda İran şahı Rza Pəhləvi elan etmişdi ki, müqəddəs məbədi öz hesabına təmir etməyə hazırdır. O, həm də bununla etiraz edən islamçı iranlıları sakitləşdirməyə çalışırdı. Lakin Kuruşdan fərqli olaraq Rza şahın cəhdi elə də təsirli olmur, devrildikdən sonra isə İran və İsrail düşmən ölkələrə çevrilirlər.

CROSSMEDIA - Xəbərdarlıq:“İran-İsrail hərbi toqquşması daha genişmiqyaslı  müharibəyə çevrilə bilər”

1948-ci ildə İsrail dövləti yaradıldıqda onu tanıyan ikinci müsəlman dövləti İran olub. Sonrakı illərdə İran–İsrail əlaqələri yüksək səviyyədə olub. İki ölkə arasında təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq mövcud olub. Hətta 1960–70-ci illərdə iki ölkə arasında müdafiə və nüvə sahəsində birgə layihələr (Project Flower) həyata keçirilib, İsrail kəşfiyyatının ən böyük regional mərkəzlərindən biri Tehranda yerləşib.

İsrail İrana kənd təsərrüfatı, texnologiya, habelə hərbi təlimatçılar göndərir, əvəzində isə İrandan neft alırdı. Habelə İsraildən kənarda ən böyük yəhudi icması da İranda yaşayırdı.

Lakin İslam İnqilabından sonra hər şey 180 dərəcə dəyişir. İslamçılar üçün İsrail iki səbəbdən arzuolunmaz ölkə idi. Birincisi, İsrail şahın dostu və müttəfiqi idi, başqa sözlə, islamçılar üçün ABŞ kimi düşmən ölkə olaraq qəbul olunurdu.
İkincisi, Fələstin məsələsi. İslam İnqilabı lideri İsraili Qüdsü işğal etməkdə və Fələstin xalqına qarşı soyqırımı törətməkdə ittiham edirdi. Hələ inqilabdan 10 il əvvəl, 1969-cu ildə Nəcəfdə sürgündə yaşayan Ayətullah Ruhullah Xomeyni Fələstin müqavimət qruplarının təmsilçiləri ilə görüşür və bu görüşdən sonra müctəhid kimi ona verilən şəri (dini) vergilərin bir hissəsini Fələstin müqavimətinə ayırdığını elan edir. 1979-cu ildə İslam İnqilabının qələbəsindən sonra bu xətt İran dövlətinin rəsmi ideoloji kursuna çevrilir.

İsrail yenə Beyrutu VURDU | Modern.az

İnqilabdan sonra İran–İsrail əlaqələri getdikcə pisləşib. 1982-ci ildə İsrailin Beyrutu işğal etməsinin ardınca Livanda İsrail işğalına qarşı İranın dəstəklədiyi Hizbullah yaranır. Sonrakı illərdə Hizbullah daha da böyüyüb, İran isə Həmas, İslami Cihad kimi islamçı qruplara dəstək verməyə başlayıb, habelə Livanda Suriya ilə əlaqələr qurub.

1989-cu ildə hazırkı dini lider Ayətullah Əli Xameneinin vəliyyi-fəqih seçilməsindən sonra da İsraillə düşmənçilik kursu davam edib. İran ideoloji təbliğatında İsraili və sionizmi Yaxın Şərqdə imperializmin təmsilçisi və “bölgədəki bəlaların səbəbkarı” olaraq göstərir. İran rəsmi olaraq İsraili qeyri-legitim dövlət hesab edir və tanımır.

Maraqlıdır ki, sonrakı illərdə bir sıra ərəb ölkələri ABŞ-ın vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırsa da, İran bu kursdan imtina etməyib və “müqavimət oxu” adlandırdığı – əsasən İsrailə qarşı fəaliyyət göstərən – silahlı qrupları dəstəkləməyə davam edib.

2001-ci ildə Əfqanıstanın, 2003-cü ildə isə İraqın ABŞ tərəfindən işğalından sonra İranın bu coğrafiyalarda fəaliyyəti genişlənib. Bu ölkələrdə İrana bağlı silahlı hərəkatlar yaranıb. Xüsusən də İraqda bu dəyişiklik özünü aşkar şəkildə göstərib. Başqa sözlə, ötən dövrdə İran Yaxın Şərqdə İsrail və Qərb imperializminə qarşı müqavimət xəttinin əsas himayəçisi rolunda çıxış edib.

bir-sozle-basladi-20-il-davam-etdi

İsrail isə İrana qarşı xüsusən də Qərbdə anti-kampaniya aparıb və İslam Respublikasını özü üçün əsas təhdid olaraq göstərib. Baş nazir Benyamin Netanyahu İran və “altılıq” ölkələri arasında nüvə razılaşmasına qarşı çıxıb və İrana qarşı hərbi müdaxilə çağırışları edib. Məhz Netanyahu və müttəfiqlərinin cəhdləri nəticəsində 2018-ci ildə Prezident Tramp İranla nüvə sazişindən çıxıb və Tehrana qarşı sərt sanksiyalar tətbiq edib.

İsrail də boş dayanmayıb: 2010–2020-ci illər ərzində İsrail kəşfiyyatı İranda 7 nüvə alimini sui-qəsdlə qətlə yetirib. 2009-cu ildə isə İran nüvə obyektlərinə “Stuxnet” virusunu buraxmaqla ciddi zərər vurub. 2020-ci ildə isə İranın Natanz nüvə tədqiqat mərkəzində İsrail xüsusi xidmətlərinin hazırladığı partlayış baş verib.

Ancaq 2025-ci ilə qədər, hər nə qədər iki ölkə arasında qarşılıqlı nifrət çağırışları və sui-qəsd müharibələri olsa da, İranda hətta islamçılar arasında bəzi qruplar İsraillə qatı düşmənçiliyə qarşı olub. İranın Yaxın Şərqdə İsrailə qarşı həddən artıq bahalı və riskli kəşfiyyat və “proxy” müharibələrinə qarşı çıxanlar da olub. Hətta “islahatçılar” qanadı içərisində bu cür qruplara dəstəkdən çəkilmək çağırışları səsləndirilib. Bu, bəzi hallarda ərəb ölkələrinin İsraillə barışması ilə izah olunub.

Ancaq mühafizəkar qanad İsrailə qarşı cəbhəni yalnız Fələstin münaqişəsi ilə deyil, Qərbin İrana qarşı çoxvektorlu hücumuna qarşı da əks-hücum silahı hesab edib. Yəni Tehranın strateqləri düşünür ki, düşmənlə ölkə sərhədlərindən uzaqda savaşmaq daha asandır, nəinki öz ərazisində. Digər tərəfdən, köhnə məktəb islamçıları Qüds və Fələstin məsələsinə həm də islam ümmətinin birliyi – vəhdət mövzusu kimi həssas yanaşıblar. Baxmayaraq ki, artıq bir çox ərəb ölkəsi İsraillə barışıb və İranı Fələstin məsələsində qeyri-rasional mövqe tutmaqda ittiham edir.

İsrailin İrana son hücumu göstərdi ki, əsas mövzu heç də nüvə və ya proxy qruplar deyil, iki ölkənin mövcud siyasi ideologiyalarının bir-birini sıradan çıxarmağa yönəlməsidir. İran nüvə silahından imtina etsə belə, İsrail və onun sağçı hökuməti üçün təhlükə və düşmən olaraq qalacaq. İsrail isə İran üçün əbədi təhdid və Qərb imperializminin yerli təmsilçisi olaraq qəbul olunmaqda davam edəcək.

Belə görünür ki, hər iki ölkə mövcud xətdən imtina etmək və dəyişmək niyyətində deyil.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Astroloqdan xəbərdarlıq: Qarşıdakı 4 gün ərzində…

Next

Ərdoğan: İndiyədək Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə 2 trilyon lirə investisiya qoyulub

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv