Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Çimərlik xəstəlikləri – Dənizdə üzmək həvəskarları oxusun!

By Vüsal Rafiqoğlu
21.06.2025 3 Min Read

Nazirlik hansı ərazilərdə istirahət etməməyi açıqladı;” Bağırsaqda, nəfəs yollarında bakteriyalar ciddi təhlükə yarada bilər” – həkimdən xəbərdarlıq

Bu gün – iyunun 21-dən etibarən Azərbaycanda rəsmi olaraq yay mövsümü başlayır. Havanın isinməsi, məktəblərin bağlanması və istirahət mövsümünün başlaması ilə çimərliklərə maraq da artmağa başlayır. Amma günəş, qum və dənizlə bərabər, bəzi hallarda görünməyən təhlükələr də bu istirahət məkanlarında mövcud olur. Söhbət ilk növbədə gigiyenik norma və sanitariya qaydalarına cavab verməyən sahillərdən gedir.

Səhiyyə Nazirliyinin yay mövsümünə hazırlıq çərçivəsində yaydığı məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra bölgələrdə yerləşən çimərliklərdə monitorinqlər aparılıb. Bu araşdırmalara Bakı, Sumqayıt, Mingəçevir, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonları aid edilib. Məqsəd çimərlik ərazilərində dəniz suyunun sanitar-gigiyenik vəziyyətini qiymətləndirməkdir.

Nazirliyin məlumatına əsasən, dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib. Tədqiqatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti ilə birgə həyata keçirilib.

May ayından etibarən aparılan bu müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil çimərlikləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.

Monitorinqlərin nəticələrinə görə, bəzi çimərliklərdə suyun bakterioloji göstəriciləri normadan kəskin şəkildə artıq olub. Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdə çirklənmə səviyyəsi yüksək olub. Bu çirklənmə insan sağlamlığı üçün təhlükə yarada biləcək yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Səhiyyə Nazirliyi bu çimərliklərdə istirahət etməməyi tövsiyə edir.

“Yeni Müsavat” bildirir ki, sanitariya tələblərinə cavab verməyən sularda üzdükdə və ya çimərkən bəzi xəstəliklərə yoluxmaq riski artır. Onlardan dəri infeksiyalarını göstərmək olar. Xüsusilə göbələk xəstəlikləri və bakterial dermatitlər yarana bilər.

Özümüzü göz infeksiyalarından da qorumalıyıq.

Gözə infeksiya keçərsə, konjonktivit və konyunktural iltihablar yarana bilər. Qulaq xəstəliklərini diqqətdən qaçırmaq olmaz. Xüsusilə uşaqlarda tez-tez rast gəlinir. Bağırsaq infeksiyalarının( salmonelyoz, dizenteriya, rotavirus) yaranma riski böyükdür. Hepatit A isə – əsasən kanalizasiya sularının qarışdığı ərazilərdə rast gəlinir.

Əksər hallarda bu infeksiyaların müalicəsi mümkündür, lakin gecikdirilmiş halda ağırlaşmalara səbəb ola bilər. Xüsusilə yaşlılar, azyaşlı uşaqlar və xroniki xəstəliyi olanlar üçün risk daha böyükdür.

Zəif immunitetə malik şəxslər, xüsusi ilə şəkərli diabetdən və xərçəngdən əziyyət çəkənlər, immunosupressiv terapiya alanlar, uşaqlar və yaşlılar (onların orqanizmi infeksiyalara qarşı daha həssasdır) və dəri xəstəliklərindən əziyyət çəkənlər, hamilə qadınlar (infeksiya həm ana, həm də döl üçün təhlükəli ola bilər), qaraciyər, böyrək və mədə-bağırsaq problemləri olanlara gigiyenik tələblərə cavab verməyən çimərliklərdə çimmək qəti şəkildə tövsiyə olunmur.

İnfeksionistlər qeyd edirlər ki, çimərlik mövsümündə ən çox rast gəlinən infeksiyalar mədə-bağırsaq pozğunluqları, dəri və qulaq iltihablarıdır. Normativlərə uyğun olmayan çimərliklərdə dəniz suyuna kanalizasiya axıntılarının qarışması halları bu riskləri qat-qat artırır. Belə sularda çimərkən, xüsusilə suyun təsadüfən udulması ilə rota və noro viruslarına, salmonellyoz və hepatit A kimi ciddi xəstəliklərə yoluxma mümkündür.

Dəriyə birbaşa təmas zamanı isə göbələk infeksiyaları, bakterial dəri iltihabları, qurdeşənəyi (allergik reaksiya) halları ortaya çıxa bilər. Su ilə təmasdan sonra gözlərdə qızartı, dəridə səpkilər, ishal, hərarət, ürəkbulanma kimi əlamətlər yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.Yay aylarında istirahət etmək, dənizin və günəşin dadını çıxarmaq istəyi təbiidir. Amma təhlükəsizlik qaydaları da gözardı edilməməlidir.

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

 Adil Qeybulla

Professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirib ki, içməli və çimərlik sularına sanitar-gigiyenik tələblər mövcuddur: “Çimərlik üçün ayrılmış yerlərdə suyun kolititri və kolindeksi yoxlanılır. Bu da həmin ərazilərdə bağırsaq çöplərinin konsentrasiyasının müəyyən edilməsi üçündür. Kolititr və kolindeksin içməli su səviyyəsində olduğu yerlərdə bakterial yoluxma təhlükəsi olmur. Dənizin duzlu olması özü də antibakterial təsir göstərir, bakteriyaları öldürmə xüsusiyyəti var. 1 kubmetr suda 3 bağırsaq çöpü tapılırsa, bu yol verilən həddir. Bundan yuxarı göstərici isə çirkləndirilmiş sayılır. Çimərlik sularındakı çürüntü məhsulları və bakteriyalar dəridə və bağırsaqda problemlər yarada bilər. Belə bakteriyalardan tək xəstə insanlar deyil, sağlam adamlar da qorunmalıdır. Bağırsaqda, nəfəs yollarında bakteriyalar ciddi təhlükə yarada bilər.

Dəfələrlə şahidi oluruq ki, çimərliyə gedən insanların bir qismi hansısa istehlak məsullarını və yaxud qida qalıntılarını dənizə atır. Həmçinin plastik qabları da suya atırlar, halbuki bu cür qabların suda olması insan orqanizmi üçün çox ziyandır”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu

Next

Azərbaycanda ən çox qazanan müğənnilər – SİYAHI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv