Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İran necə oldu ki, uduzmadı?

By Vüsal Rafiqoğlu
24.06.2025 5 Min Read

Konspirasiya nəzəriyyəsi kimi də görünə bilər, məntiq isə onu deyir ki, İran hakimiyyətini də, dövlətini də bu bəladan indilikdə Xamneinin varlığı saxladı- onu zərəsizləşdirmək, bəlkə də görəvindən uzaqlaşdırıb ev dustağı etmək üçün axtarsalar da, tapa bilmədilər…

Azərbaycan İsrailindən min kilometrlərlə uzaqda yerləşir, İran isə “qulağımızın dibindədir”. İsraillə İran arasında da məsafə böyükdür. Ən yaxın nöqtələri gərək ki, 1200-1400 kilometrdir. Tehrandan Tel-Əvivə qədər olan məsafə isə təxminən 2000 kilometrdir. Bizə şükür, bu 12 gündə iki ölkə arasında raketləri sayan üç ölkə də vardı-İraq, İordaniya və Suriya. Raketlər həm də onların başları üzərindən üçub İsrailə və ya əksinə İrana gedirdi…

Bombalar bizim sərhədə yaxın ölkədə partlasa da, bu, bizim savaş deyildi. Ölkəmizdə kimlərsə savaşan tərəflərin birinə dost, kimlərsə isə əksinə düşmən kimi baxırdı. Bəziləri İranın sonunun olacağını, molla rejiminin çökəcəyini, başqa bir tərəf isə “İsrailin əlinin boşda qalacağını” deyirdi. Amma bu futbol deyil ki, Messi və ya Ronaldoya görə komandaya stavka edəsən. Dövlətlərin gücləri bəlli, İsrailin İrandan silah-sursat sarıdan bir boy üstün olduğunu kim bilmir ki? O da bəlli idi ki, İsrail çətinə düşsəydi, ABŞ yanında olacaqdı, necə ki, elə də oldu. Amma müsəlman toplumu da Allahın möcüzəvi gücünə inanır, ona görə günahsız müsəlmanlara etdiyi zülmə görə İsrailin başına göydən daş yağacağına hələ də inananlar var. Buna İlahi ədalət də deyirlər…

esas foto.jpg (135 KB)

Ukrayna savaşı yenicə başlayanda da Azərbaycan cəmiyyətində bu cür mübahisələr vardı. Məsələn, bəndəniz güman edirdi ki, Rusiya tez bir zamanda Kiyevi nəzarətinə götürə bilər. Ukraynanın bu savaşda Krımı azad edəcəyini, hətta Rusiya əsgərini çıxdığı yerə, yəni 1991-ci il sərhəddinə qədər qovacaqlarında israr edənlər də çox idi. Belə görünür ki, Qarabağı azad etdikdən sonra biz də toplum olaraq “başqa müharibələr üzərində mərc etməyə” həvəslənmişik. Pisi odur ki, özgələrin müharibələrə görə özümüzü “ruspərəst”, “irançı”, hətta “banderaçı”, “sionist” kimi adlarla da “bəzəyirik”.

esas-foto.jpg (105 KB)

İndi hələ kövrək də olsa, İsrail-İran arasında atəşkəs elan olunduqdan sonra da “kim qalib gəldi, kim uduzdu” sualı aktuallaşıb. Bunu qısaca aydınlaşdırmağa çalışaq. Bu 12 gündə baş verənlər məhz İran rejimin çökdürülməsinə hesablanmış əməliyyat idi. İçəridə aylarla MOSSAD agentlərinin təlimatlandırılaraq yerləşdirilməsi, strateji postlarda oturan generalların bir saatda öldürülməsinin arxası da gəlməli idi. Zənnimcə, əsas Xamneinin zərəsizləşdirilməsi planı vardı. Son anda nə oldusa, içəridən o plan baş tutmadı. Mühafizəkar və qəddar SEPAH-ın əsas hədəfdə olması, onun başındakıların, kəşfiyyat rəisinin aradan götürülməsi də göstərirdi ki, hakimiyyət daxilində qiyam olmalıydı, bax, o baş tutmadı.

esas-is.jpg (260 KB)

Bunu bu günlərdə də yazmışdım ki, Xamneinin aradan götürülməsinə guya Trampın razılıq verməməsi iddiası inandırıcı deyil, əksinə onun saxlandığı yeri sonadək də tapa bilmədilər. Artıq “daxildə çevriliş əməliyyatı” pozulduqdan sonra Tramp da, Netanyahu da bu dəfə İranın ruhani liderini öldürümək üçün axtarırdılar. Son iki gündə Tramp da, Netanyahu da bir ağızdan deyirdi: “Biz İranda hakimiyyəti dəyişmək istəyirik”. İndi isə Tramp deyir ki, hakimiyyət dəyişsəydi, fəlakət olacaqdı. Netanyahu da “bizim belə niyyətimiz yox idi” dedi.

Screenshot_2.png (322 KB)

Konspirasiya nəzəriyyəsi kimi də görünə bilər, məntiq isə onu deyir ki, İran hakimiyyətini də, dövlətini də bu bəladan indilikdə qoca Xamneinin varlığı saxladı. Bu baxımdan xalları hesablasaq, ABŞ da, İsrail də əsas məqsədlərinə çata bilmədilər. Yəni İranda rejim dəyişikliyinin baş tutmaması İsrailin “xallarından birini apardı”.

AA1ufUB6.png (512 KB)

İranın da əsas “qələbə arqumenti” də budur. Etriraf edirlər ki, ölkənin zərəri çoxdur, amma qələbəni onlar qazanıblar. Onlar da rejimin saxlanmasına görə bu cür düşünməkdə aktivlərinə xal yazmaqda haqsız deyillər. İranın atom silahından əvvəlki təhlükəli bombası molla rejimidir.
İsrail bundan əvvəlki raket atışmlarında İranın hava hücumundan müdafiə qabiliyyətinə yönəlik xeyli suallar yaratmışdı. Bu dəfə suallar daha da artdı. İran İsrailin hava zərbələri qarşısında acız qaldı. İsrailin də dəmir qübbəsinin boşluqlar verdiyi haqda deyilənlər yeni deyil. İsrail balaca hava sərhədini çoxdandır ki, ənənəvi “Dəmir günbəz”lə qorumur. Onu xaricə satırlar. Özləri isə həm ABŞ-ın “Patriot”unu, həm də Amerika ilə birgə istehsal etdikləri daha effektli(adını internetdə axtarmağa həvəs olmadı) müdafiə sistemindən istifadə edirlər. Rinqdə zərbələrin Mayk Taysondan cəld qarşısını alan boksçu olmayıb, amma o da arada başına dəyən zərbələr buraxırd. İndi İsrail hava zərbəsindən nə imkandırsa qorundu, itkiləri var, dağıntılar çoxdur. Amma havadan zərbələrdə İsrail İranı “bir neçə xal qabaqladı”.

scale_1200 (2).jpg (263 KB)

Nəhayət dəstək. Bu artıq bizim bildiyimiz azarkeşlik deyil. Avropa Birliyi birmənalı İsraili dəstəklədi. “7-lik ölkələri” də yığışıb ayrıca bəyanat da verdilər. Amerika İsrailə dəstək olsun deyə, İranın başına bir neçə tonluq bomba da atdı. İranın lehinə isə deyəsən, Yəmənin başıpozuq husiləri qalxdı, İsrail tərəfə nə isə atdılar. İki il əvvələdək İsrail nəinki 12 gün 12 saat belə İranın başına raket ata bilməzdi. Tehranın bölgədəki proksi gücləri “Hizbillah” və HƏMAS orduları İsrailə güc göstərəcəkdilər. İsrail onların nəfəsini kəsib, bir güllə də ata bilmədilər İsrailə. Bu da İsrailin aktivinə yazılan daha bir xalqdır.

…Biz uşaq idik, ərəblərlə israillilər daşlaşırdılar, on illər keçib, özümüzün başımıza çox daşlar dəyib, iki Vətən müharibəsi görmüşük. Fələstin torpaqlarında İsrail adlı dövlətin yaradılmasının 77 ili tamam oldu. Fələstinlilərə isə bu haqq tanınmayıb, halbuki onlar da o torpağın əzəli sakinləridir. İsrail 77 il ərzində yerində saymayıb, elmi, tibb, müdafiə sənayesi sahəsində ağlagəlməz səviyyədə inkişaf edib, üstəlik, “ərəblərin əhatəsindəyəm” deyib, qeyri-rəsmi atom silahına da sahibdirlər. İsrailinə qonşu ərəblər isə fövqəladə heç nə edə bilməyiblər, nə sərhədində olan dövlətlər, nə içindəki Fələstin… Bu təkcə İsrail işğalı ilə bağlı olmaz, burda əlbəttə ki, səbəblər çoxdur. Bu toplumun gerililiyi də regionda İsrailin aktivinə daima yazılacaq bir xaldır.

16259936.jpg (143 KB)

Müsəlmanlar üçün Qüds- Əl-Əqsa məscidininn yerləşdiyi ilk qibləmiz, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, çarmıxa çəkildiyi və zühur etdiyi məkan, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmək istədiyi yerdir. Məkkə, Mədinə, Qüdsdən sonra ən çox ehtiram göstərilən yerlər İrandakı Nəcəf və Kərbəladır…

Yaxın Şərqdə dava illərdir danışıqlarla, masa söhbətləri ilə alınmır, alınası iş də deyil, amma səngiyə, bir müddət dinc fazaya keçə bilər. İndi yəqin ki, o fasilə başlayacaq. Biz də bir az dincələk…

Nazim Sabiroğlu
Musavat.com

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Son qəpiyinə kimi başqasına verən 3 ən səxavətli BÜRC

Next

Qalib Ordu – qalib xalq: Azərbaycan hərb tarixində yeni dövrün başlanğıcı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv