Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Xamneyinin varisi dəqiqləşir – rejimin taleyi isə…

By Vüsal Rafiqoğlu
24.06.2025 3 Min Read

İran siyasi elitasında narahatlıq artır, gizli müzakirələrdə yeni dövrə hazırlıqlar gedir – ekspertin gözləntisi

“İranın ali dini lideri Ayətullah Əli Xamneyi yeraltı bunkerdə gizlənir və sui-qəsd cəhdindən qorxur”. Bu barədə “The New York Times” (NYT) üç İran mənbəsinə istinadən yazıb.

Nəşrə görə, 86 yaşlı Xamneyi artıq üç mümkün varis də seçib və ali rəhbərin təyin edilməsinə cavabdeh qurum sayılan ekspertlər məclisinə fövqəladə vəziyyətdə onlardan birini tez bir zamanda təsdiq etməyi tapşırıb. NYT həmçinin bildirir ki, Xamneyi birbaşa məhdud əlaqələrə malikdir və komandirlərlə əsasən etibarlı köməkçisi vasitəsilə əlaqə saxlayır. “O, yalnız ən etibarlı bir nəfər vasitəsilə hərbi komandirlərlə əlaqə saxlayır. Çevriliş baş verəcəyi təqdirdə Rusiyaya qaçmaq üçün hazırlıqlara başlayıb”, – məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, Xamneyi yüksək rütbəli komandirlər öldürülərsə, onların yerini tuta biləcək şəxsləri əvvəlcədən təyin edib ki, hərbi komandanlıqda ardıcıllıq pozulmasın.

Maraqlıdır ki, mümkün xələflər siyahısında Xamneyinin oğlu, əvvəllər favoritlərdən hesab edilən Müctəba yoxdur. NYT qeyd edir ki, Müctəbanın SEPAH-a yaxınlığına və ruhani rütbəsinə baxmayaraq, onun namizədliyi ayətullahın özü tərəfindən siyahıdan çıxarılıb.

Vüqar Zifəroğlu

Vüqar Zifəroğlu 

Yaxın Şərq üzrə ekspert, politoloq Vüqar Zifəroğlu “Yeni Müsavat”a açıqlamasında Xamneyinin varisinin kim olacağı, İran-İsrail savaşının bu məsələni tezləşdirmə ehtimalı və digər məsələləri şərh edib.

V.Zifəroğlunun fikrincə, ali dini liderlik məsələsi İranın gələcəyində və regional balansda kritik rol oynayır: “İran-İsrail müharibəsi bu məsələni tezləşdirə bilər, amma hazırda hərbi və siyasi elitanın içində sistem sabitliyini qorumaq naminə daha təcrübəli, SEPAH-a yaxın fiqurların irəli çəkiləcəyi gözlənilir. İranın növbəti ali dini liderinin kim olacağı barədə müxtəlif fikirlər səsləndirilsə də, bu barədə dəqiq ad söyləmək çətindir. Qərar Xobreqan Məclisi (Ekspertlər Şurası) tərəfindən veriləcək. Lakin bəzi adlar kuluar səviyyəsində önə çıxır. Ən çox ehtimal olunan namizədlər sırasında bir neçə ad daha çox müzakirə olunmaqdadır.

Məsələn, Ayətullah Sadeq Amoli Laricani ekspertlər şurasının üzvü və keçmiş ədliyyə rəhbəridir. Ali rəhbərliyə ideoloji yaxınlığı və siyasi təcrübəsi var. Laricanini maraqlı edən məqam onun Nəcəfdə anadan olmasıdır. Xatırlatmaq istərdim ki, Nəcəf və Qum arasında tarixi rəqabət də mövcuddur. Bu isə Nəcəf şiə məktəbinin də İrana daha loyal davranmasına səbəb ola bilər. Eyni zamanda Ayətullah Ali Xatəmi və ya Ayətullah Əlvi Qərəfi namizəd olaraq adları hallandırılanlar sırasındadır. Hər ikisi dini nüfuza sahib, lakin siyasi cəhətdən neytral fiqurlar hesab olunurlar.

İbrahim Rəisinin vertolyot qəzasında həlak olmasından sonra real namizəd olaraq Müctəba Xamneyinin də adı vurğulanırdı. O, Ayətullah Xamneyinin oğlu olmaqla yanaşı, siyasi və dini dairələrdə, əsasən mühafizəkar və hərbi qanadda nüfuzlu şəxs hesab edilsə də, atası tərəfindən siyahıdan çıxarılması onun irs yolu ilə liderlik perspektivini zəiflədib. Nəzərə almaq lazımdır ki, 1979-cu il inqilabından sonra sistemin əsas ideya istiqamətindən biri məhz monarxiya idarəetməsinə qarşı çıxmaq olub. Bu mənada Xamneyinin oğlunu namizəd kimi göstərməsi indiyədək şah rejiminə qarşı aparılan siyasi təbliğata qarşı getmək mənasını ifadə edə bilərdi. Bu isə sistemin özündə də birmənalı qarşılanmayacaq, etirazlara səbəb olacaqdı”.

V.Zifəroğlu hesab edir ki, İran-İsrail qarşıdurmasının dərinləşməsi iki səbəbdən varis məsələsini aktuallaşdıra bilər: “Xamneyinin yaşı, səhhəti və ya fövqəladə vəziyyət bunun üçün ciddi səbəbdir. Müharibə şəraitində ali rəhbərin qəfil vəfatı, hakimiyyət boşluğu yarada bilər. Nəzərə almaq lazımdır ki, İranın mövcud elitası üçün sistemli davamlılıq zərurəti şərtdir. SEPAH və teokratik sistem öncədən ardıcıllıq planını sürətləndirmək məcburiyyətində qala bilər ki, sistem çöküş riskinə düşməsin. Müharibə və böhran şəraitində İran daxilində sabitlik, təhlükəsizlik və SEPAH-a bağlılıq əsas meyarlar olur. Bu mənada, SEPAH-a yaxın və sərt xətt tərəfdarlarının (məsələn, Laricani və ya hərbi-dini kadrlar) şansı artır. Və ya Müctəba Xamneyi hərbi dairələrlə yaxınlığı səbəbi ilə, əgər siyasi qərar dəyişərsə, sürpriz namizəd ola bilər. Amma yuxarıda da qeyd etdiyim kimi, hazırda sistem daxilində bu istiqamətdə ciddi müqavimət var”.

Politoloq dini lider dəyişikliyinin İrana və bölgəyə təsirlərini şərh edərkən bildirdi ki, sözügedən dəyişiklik ehtimalının İrana təsirləri ilə bağlı iki ssenarini nəzərdən keçirmək olar: “Əgər sərt xətçi varis gələrsə, daxildə idarəetmə daha da sərtləşəcək. Eyni zamanda Qərblə dialoqda bu, müəyyən sərt ritorikanın getməsinə təkan verəcək. Təzyiq aləti kimi İran ətrafında formalaşdırdığı, lakin son iki ildə kifayət qədər zəifləmiş “müqavimət oxu” adlandırdığı proksi-qüvvələri yenidən dirçəltməyə, mümkündür ki, hətta genişləndirməyə cəhd göstərsin. Nisbətən islahatçı və ya mülayim lider təyin olunarsa, bu, Qərblə dialoqa öz müsbət təsirini göstərə, İran daxilində isə gərginlik azala bilər, lakin mühafizəkar və hərbi elitanın müqaviməti arta bilər. Dəyişikliyin bölgəyə də təsiri ola bilər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Orta Əsrlərdə Türk Xanədanlarının saray intriqaları və zəhər savaşları

Next

Bu ərazidə qaz olmayacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv