Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Maaşda böyük dəyişiklik: saatlıq ödəniş sistemi nələr vəd edir?

By Vüsal Rafiqoğlu
27.06.2025 4 Min Read

Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid hazırda gündəmdə olan aktual məsələlərdən biridir. Görünən odur ki, yeni sistemə keçid nə vaxtsa baş tutacaq. Amma indidən bu mövzu ətrafında müakirələr intensivləşib və bəzi suallar yaranıb: Saat hesabı maaşın miniumum məbləği nə qədər olacaq? Pul dərəcələr üzrə hesablanacaq? İstirahət vaxtı, qeyri-iş günləri və bayram günləri üçün saatlıq əmək haqqı necə tətbiq olunacaq?

Ekspertlər hesab edir ki, bəzi işəgötürənlər saatlıq sistemdən sui-istifadə edərək işçini az saatla çalışdırıb daha az maaş ödəyə bilərlər. Rəsmi qeydiyyatdan yayınmaq üçün bəzi müəssisələr saatlıq əmək sistemindən istifadə edib qeyri-leqal işçi saxlaya bilər. İşçilər üçün sabit gəlir imkanları azalacaq, xüsusilə az saatla işləyənlər üçün aylıq dolanışıq daha çətin olacaq. Saatlıq sistem kollektiv əmək müqavilələrinin tərtibində əlavə çətinliklər yarada bilər, çünki aylıq ödəniş sisteminə əsaslanan hüquqlar dəyişir.

Saatlıq əmək haqqı sisteminə keçid yalnız əmək münasibətlərini deyil, həm də maliyyə və bank sektoruna, o cümlədən kredit almaq, ipoteka, icarə, təhsil haqqı ödənişi kimi sosial məsələlərə də təsir edə bilər.

Banklar və kredit təşkilatları adətən sabit aylıq gəliri olan müştəriləri daha etibarlı hesab edir. Saatlıq sistemdə isə gəlirlər dəyişkən və proqnozlaşdırılması çətin ola bilər. Bu aşağıdakı problemlərə yol aça bilər. Gəlirin sabit olmaması səbəbilə kreditlərin təsdiqlənməsi çətinləşə bilər. Banklar riskləri nəzərə alaraq daha sərt şərtlər tətbiq edəcək.

Gəlirin sübutu da çətinləşə bilər, çünki hər ay fərqli saat və fərqli yerlərdə işləyən şəxsin aylıq ortalama gəliri bank tərəfindən riskli hesab oluna bilər.

İpoteka kreditlərinə çıxış məhdudlaşa bilər, çünki uzunmüddətli kreditlər üçün əsas meyar sabit gəlirlərdir.

Saatlıq maaş alan şəxslərin sosial sığorta ödənişləri qeyri-sabit ola bilər. Bu isə gələcəkdə pensiya kapitalının toplanmasında çətinliklər yarada, vətəndaşların təqaüd imkanlarını zəiflədə bilər. Həmçinin, doğum, xəstəlik və əmək qabiliyyəti itkisindən sığorta kimi hallarda da müavinətlər ödənilməsi aşağı düşə bilər.

Ailə büdcəsinin planlaşdırılması üçün sabit gəlir vacibdir. Saatlıq sistemdə gəlirin dəyişməsi ailələrin bəzi xərclərini – xüsusən məktəb, universitet, baxça və tibbi xidmətlər kimi bəzi xərclərini sual altına ala bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində qeyd olunub ki, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

2025-ci ilin istehsalat təqviminə əsasən, Azərbaycanda orta aylıq iş norması 158,6 saatdır. Minimum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, indiki halda aylıq maaşa işləyən işçinin 1 saatlıq minimum əmək haqqı 2 manat 50 qəpik civarındadır. Saatlıq əmək haqqına keçid zamanı hansı həddin müəyyən olunması hökumətin qərarından asılı olacaq.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, saat hesabı iş yüksək əmək haqqı olan ölkələrdə sərfəli olur: “Saatlıq minimum əməkhaqqı sistemi dünyanın bir çox ölkələrində tətbiq edilir. Burada işçilərin işlədiyi saatın müqabilində maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni iş adamları müqavilə bağlayarkən işçiyə saatlıq minimum əməkhaqqından aşağı maaş ödəyə bilməz.

Xarici ölkələrdə saat hesabı maaş yalnız iş saatına aiddir deyə çox yüksəkdir. Buraya istirahət günləri, işləmədiyin zaman daxil deyil. Lakin saatın özünün haqqı yüksəkdir, təqribən 1 saat üçün 10 avro ödənilir. Azərbaycanda isə hansı metodologiyadan istifadə ediləcəyi ilə bağlı rəsmi qurumlar məlumat verməlidirlər. Hazırda Azərbaycanda minimum saatlıq əməkhaqqı olduqca aşağıdır. Hazırkı minimum əməkhaqqını saat hesabına çevirsək, 6 gün işləyənlər üçün 1,79 manat, 5 gün işləyənlər üçünsə 2, 15 qəpik təşkil edəcək. Bu, çox azdır. Əgər minimum saatlıq əməkhaqqına keçilərsə, bu, ən azı 2 dəfə artıq olmalıdır. Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum saatlıq əməkhaqqı 2 dollar ətrafındadır. Bu da indiki məzənnə ilə 3,4 manat edir”.

Vüqar Bayramov: 100 ən çox vergi ödəyicisinin adı açıqlanıb

Millət vəkili Vüqar Bayramov hesab edir ki, saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşların bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir: “Saatlıq minimum əmək haqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşlarımızın bir neçə yerdə işləmə imkanları üçün vacibdir. Vətəndaşların bir neçə iş yerində çalışması onların yüksək əmək haqqı almasına gətirib çıxara bilər.

Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına, beləliklə də, onların maaşlarının artmasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil”.

Xalid Kərimli: “Büdcə xərcləri artdıqca qiymətlər də qalxır” - FOTO - Oxu.az

İqtsadçı Xalid Kərimli bildirir ki, saatlıq maaş sistemində də insanlar 8 saat işləyəcək: ”Həftədə 5 gün və 40 saatdan az olmayaraq işləyəcəyik. İş saatlarının vaxtında dəyişiklik yoxdur. Hazırda saat hesabı maaşın miniumum məbləği hesablanır. 400 manatı aydakı saatlara böləcəklər və ortalama bir rəqəm deyiləcək. Dəyişən bir şey olmayacaq, miniumum əmək haqqını qaldırmırlar. Sadəcə olaraq onu aylıqdan saat hesabına keçirirlər. Miniumum əmək haqqı saat hesabına keçəndən sonra dərəcələr üzrə hesablanacaq.Bu sistem həftədə 5 gün(40 saat) işləyənlər üçün heç nəyi dəyişdirməyəcək. Lakin ondan artıq saatla işləyənlər və sərbəst işçilər üçün standartları dəyişdirəcək”.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, saatlıq tarifə keçid ciddi dəyişiklik etməyəcək: “ Aylıq miniumum əmək haqqı 400 manatdır. Ay ərzində 167 iş saatı var. Bunu saat hesabına çevirəndə 2 manat 39 qəpik edir. Burada heç nə dəyişməyəcək və insanların iş rejiminə də təsir etməyəcək. Şəxs 1000 manat maaş alırdısa, yenə də maaşı o məbləğdə olacaq.

Almaniyada ixstisassız işə görə bir saat işləyənə 15 avrodan aşağı vermək olmaz. Bizdə isə bu rəqəm 2 manat 39 qəpik olacaq”.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev yeni səfirləri qəbul etdi- Fotolar

Next

Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri arasında görüş keçirilibFOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv