Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Moskva ilə “soyuq müharibə” – Bakı və İrəvan müttəfiqə çevrilir

By Vüsal Rafiqoğlu
03.07.2025 4 Min Read

Azərbaycan, Türkiyə və Ermənistanın Rusiyasız Zəngəzur dəhlizi ilə bağlı razılığa gəldiyi iddiaları var; belə davam edərsə, Kremlin Cənubi Qafqazda nə müttəfiqi, nə tərəfdaşı qalacaq – kritik gəlişmə

Azərbaycan-Rusiya münasibətlərində “soyuq müharibə” dövrü davam edir. Hələ ki gərginliyi azaldacaq addımlar müşahidə olunmur. Hansını ki, ilk növbədə şimal qonşumuz atmalıdır.

Maraqlıdır ki, Ermənistan-Rusiya münasibətləri də ən gərgin dövrlərindən birini yaşayır. Bunu XİN başçısı Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrova sərt cavabından da görmək olar. Lavrov “hakimiyyətin kilsəyə hücumundan narahat olduğunu” bildirmişdi. Ondan bir gün qabaq isə İrəvan KTMT-nin Qırğızıstan sammitinə Ermənistanın qatılmayacağını söyləmişdi. Öz növbəsində parlamentin spikeri Alen Simonyan Ermənistan ərazisində Rusiya telekanallarının yayımının dayandırılacağını istisna etməyib.

“Bu gün Rusiyada yaşayan qafqazlılar universal ”daxili düşmənlər”dir. Ermənilər vətəndaşlığından, statusundan, loyallığından asılı olmayaraq, xüsusən də Moskva ilə İrəvan arasında gərginliyin artması fonunda repressiya maşınının növbəti hədəfinə çevrilə bilər. Bütün bunların fonunda Ermənistan hakimiyyətinin ölkə daxilində Rusiyanın “5-ci kolonu”nu neytrallaşdırmaq üçün atdığı addımlar xüsusi əhəmiyyət kəsb edir”.

Bu sitat Armenianreport.com saytı öz redaksiya məqaləsindəndir.

Məqalədə həmçinin deyilir: “Rusiya xüsusi xidmət orqanlarına bağlı qüvvələrin hazırladığı dövlət çevrilişinə cəhd faktiki olaraq iflasa uğrayıb. Bu, təkcə Moskvanın Ermənistandakı təsirinə zərbə deyil. Bu, geri dönüşü olmayan nöqtədir. Cənubi Qafqazda Kremlin hələ də müəyyən təsirini saxladığı yeganə ölkə Gürcüstandır. Lakin bu təsir tamamilə Bidzina İvanişvi fiquru ilə bağlıdır. Artıq yeni reallıq yaranıb: Cənubi Qafqaz daha Rusiyanın təsir ərazisi deyil. Azərbaycan sərt reaksiya nümayiş etdirir. Ermənistan Rusiyapərəst agentləri məhv edir. Gürcüstanda anti-Rusiya dalğası yaranır. Qərb isə bu ölkələrə fəal şəkildə alternativ təklif edir. Rusiya regionu kiminsə ”xəyanətinə” görə yox, özünün aqressiv, ksenofob və imperialist siyasətinə görə itirir. Belə davam edərsə, tezliklə Rusiyanın Cənubi Qafqazda nə müttəfiqi, nə tərəfdaşı, nə də neytral müşahidəçiləri qalacaq”.

Rusiyanın Azərbaycana qarşı aqressivləşməsinin səbəbləri barədə daha bir maraqlı və inandırıcı versiyanı “CaucasusWarReport” yazıb. “Rəsmi detalları açıqlanana qədər çox şərh verməyəcəyik, amma Ermənistan, Türkiyə və Azərbaycan baş nazir Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı razılığa gəliblər. Bu razılaşmaya görə, Rusiya dəhliz üzərində heç bir nəzarətə sahib olmayacaq və faktiki olaraq tamamilə kənarda qalacaq. Buna cavab olaraq, Moskva keçən həftə davam edən danışıqları pozmaq məqsədilə dini kanallar vasitəsilə Paşinyana qarşı uğursuz çevriliş cəhdi etdi. İndi isə Azərbaycanı təzyiq altına almağa çalışır, lakin bu səylər də nəticəsiz qalır. Əsas etibarilə, Türkiyə, Ermənistan və Azərbaycan Rusiyanın təsirinə açıq şəkildə meydan oxuyan yeni regional ox formalaşdırırlar”.

Bəs Azərbaycanla Ermənistanın zahirən eyni “qayıq”da yer almasının üstünlüyü varmı? Bu vəziyyət rəsmi Bakı və İrəvan arasında sülh prosesini sürətləndirə bilərmi? Ardınca həmin sənəd Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınmasını (sərhədlərin açılması və s.) mümkün edə, nəticə etibarilə Rusiyanın Güney Qafqaza müdaxilə imkanlarını sıfırlaya bilərmi?

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibətlərin pozulmasına çalışanlara xəbərdarlıq edib. Onun sözlərinə görə, iki xalq arasında dostluq münasibətləri olduqca əhəmiyyətlidir və bu münasibətləri zədələmək istəyənlər atdıqları addımların nəticələri barədə ciddi düşünməlidirlər.

Zaxarova: Rusiya nümayəndələrinin ABŞ danışıqçıları ilə görüşü bu gün  keçiriləcək

“Bu vəziyyətdən istifadə edərək əlini qızdırmaq istəyənlər az deyil. Amma qoy yaddan çıxarmasınlar ki, yandıra da bilərlər. Çünki bizim üçün, düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları pozmaq istəyənlər nə etdiklərini yaxşıca düşünməlidirlər”, – deyə Zaxarova bildirib. O, həmçinin əlavə edib ki, bu cür cəhdlərin qarşısında ehtiyatlı olmaq lazımdır və münasibətlərin qorunması hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.

“Yekaterinburqda baş verənlər cinayət işinin araşdırılması üçün Baş Prokurorluq əlindən gələni edəcək”. Bunu iyulun 2-də Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluq tərəfindən keçirilən brifinqdə deyib. O bildirib ki, Baş Prokurorluq Azərbaycan Konstitusiyasına sadiq qalaraq, ölkə vətəndaşına qarşı törədilmiş cinayətin araşdırılmasını özünə borc bilir: “Buna görə də tərəfimizdən istintaq başlanılıb. Biz bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik. Cinayətkarların məhkəmə qarşısına çıxarılmasına çalışacaq”.

“Ümid edirik ki, qarşılıqlı təmaslar nəticəsində Yekaterinburqda baş verən cinayətin açılmasına nail olacağıq və cinayətkar cəzasını alacaq”, – Nemət Əvəzov deyib. “Biz həmkarlarımıza, Rusiyanın səlahiyyətli orqanlarına cinayət işi üzrə baxışlar keçirilməsini, ekspertizaların, sorğuların aparılmaısnı, sənədlərin tədqiqinin aparılması ilə bağlı çağırış etmişik”, – deyə Nemət Əvəzov bildirib.

Rusiyada öldürülən azərbaycanlılarla vida mərasimi keçirilir – Fotolar

“Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur”. Bu sözləri isə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov söyləyib. O qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb. “Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb”, – Pərviz Cəlilov vurğulayıb.

“Rusiyada yaşayan soydaşlarımızın hüquqları pozulub”. Bu sözləri də Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə brifinqdə deyib. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi həm də beynəlxalq hüququn pozulmasıdır: “Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb”.

Analitik Elxan Şahinoğlunun fikrincə, Azərbaycanın Rusiya ilə bugünkü davranışı Mərkəzi Asiya ölkələrini də Kremllə münasibətlərdə cəsarətli olmağa həvəsləndirməlidir: “Rusiyada Mərkəzi Asiya ölkələrinin vətəndaşları, ən ağır işlərdə çalışan miqrantlar da aşağılanır, restoranlarına və satış mərkəzlərinə polis hücumları təşkil edilir, işgəncələr verilir. Mərkəzi Asiya ölkələrinin bir qismi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olduqlarından Rusiyaya bir söz deyə bilmirlər. Rusiya Prezidenti böyük imperiyanın bərpası vacibliyindən danışırsa, “rus hərbçisinin ayağının dəydiyi hər yer Rusiyadır” deyirsə, bərabərhüquqlu tərəfdaşlıq üçün yer qalmır. Bıçaq sümüyə dirənəndə, Mərkəzi Asiya ölkələri də miqrant vətəndaşlarının döyülməsinə, işgəncə görməsinə göz yummayacaqlar”.

Siyasi təhlilçi Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanla Rusiya arasında siyasi böhran birbaşa Moskvadan qaynaqlanır: “Kreml rəhbərliyi Azərbaycanın müstəqil və Türkiyə ilə koordinasiyalı siyasətini qəbul etmək istəmir. Məhz İkinci Qarabağ müharibəsinin nəticəsi ilə Rusiyanın regionda təsirləri getdikcə zəifləməyə başladı. Rusiya təzyiq və şantajla Azərbaycanı öz siyasi iradəsinə tabe etdirməyə çalışır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Evdə otura-otura diplom alanlar – fırıldaq sxemi hələ də qalırmı?

Next

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv