Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı

By Vüsal Rafiqoğlu
04.07.2025 4 Min Read

Ermənistanın ədliyyə naziri bildirib ki, yaxın günlərdə konstitusiya islahatları üzrə iclas çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq

ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyanı Ermənistan-Azərbaycan normallaşma prosesindən çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini artırır.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində – Cənubi Qafqaz ölkələrində və qonşu tərəfdaş dövlətlərdə, kənardan destruktiv müdaxilə istisna olmaqla, möhkəmləndirmək vacibdir”, – Rusiya XİN rəhbəri vurğulayıb. Lavrovun sözlərinə görə, Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün hər iki tərəfin tələb edəcəyi formada və həcmdə tərəfdaşlıq yardımı göstərməyə hazırdır. Bu arada “Carnegie Endowment” nəşri də yazıb ki, ABŞ sülh danışıqlarını canlandıra bilər. İki xarici diplomat nəşrə bildirib ki, dünyada münaqişələrin həlli kursu götürən Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını irəli sürüb. (Bu barədə “Yeni Müsavat”da ayrıca məqalədə oxuya bilərsiz – red).

Avropa Birliyi də sülh müqaviləsi ilə yaxından maraqlandığını hər fürsətdə bəyan edir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrəvana son səfərində də bəyan edib ki, Ermənistan və Azərbaycanın davamlı sülh əldə etmək səylərini dəstəkləyirlər. Başı daxili savaşa qarışmış baş nazir Nikol Paşinyan isə sülh sazişini sanki rəfə qaldırmış kimi görünür.

Paşinyan dəfələrlə bildirib ki, o, sülh imzalamağa hazırdır. Eyni zamanda Ermənistan XİN rəhbəri A.Mirzoyan da sülhün imzalanması üçün konkret tarix və yerin müəyyənləşdirilməli olduğunu söyləyib. Amma Azərbaycanın konkret şərtləri var: Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupundan imtina. Həmçinin Zəngəzur dəhlizinin açılması, qərbi azərbaycanlıların ləyaqətli qayıdışının təmin olunması da tələblər sırasındadır. Ehtimal var ki, Paşinyan Türkiyə lideri ilə görüşündə Bakının şərtlərinə əməl edəcəyini vəd edib, sadəcə, ona parlament seçkilərinədək möhlət verilməsini istəyib. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində konstitusiya islahatları üzrə şuranın iclası çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq. Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Nazirin sözlərinə görə, yeni əsas qanunun (konstitusiyanın) mətni hələlik hazır deyil. Bu səbəbdən o, indidən detalları açıqlamaqdan imtina edib. Qalyan bildirib ki, şura ilkin mərhələdə əsas prinsipləri müzakirə edəcək. “Bəzi məsələlər üzrə aydınlıq olsa da, digərləri hələ açıq qalır. İctimai müzakirələrin nəticəsində çox şey dəyişə bilər”, – deyə nazir əlavə edib. Konstitusiya layihəsinin hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş vaxt dəyişməyib – sənəd gələn ilin yazında hazır olacaq. Jurnalistlərin “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın saxlanılıb-saxlanılmayacağı” ilə bağlı sualına cavab verən nazir qeyd edib ki, bu məsələyə konstitusiya islahatları şurası qərar verəcək.

Göründüyü kimi, proses gedir. Bəs ekspertlər situasiyanı necə dəyərləndirir?

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bir sıra maraqlı məqamlara toxundu: “Cənub Qafqazda sülh prosesinə kənar dövlətlərin və güclərin ən yaxşı dəstəyi o ola bilər ki, prosesə müdaxilə etməsinlər. Əgər bu müdaxilələr dayanarsa, sülh prosesi daha sürətlə gedə bilər. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi adı altında Cənub Qafqazda hər kəs öz təsirini artırmağa, digərlərinin isə sıxışdırıb təsirini azaltmağa çalışır. Qərb Rusiya qarşıdurması bu halda, fikrimcə, Cənubi Qafqazda sülhün möhkəmlənməsinə xidmət etmir. Ermənistan baş nazirinin Türkiyə səfəri isə deyəsən, bütün digər tərəfləri çox narahat edib. Əslində Ermənistan daxilindəki qüvvələrin növbəti fəallaşması da bununla bağlıdır. Əlbəttə ABŞ  da, Avropa İttifaqı da, Rusiya da sülhə səmimi töhfə versəydilər, yəqin ki, sülh prosesləri daha sürətlə gedərdi. Amma bütün maraqlı tərəflər Cənubi Qafqazda nüfuz uğrunda mübarizə aparır”. S.Məmmədov qeyd etdi ki, Paşinyan nə daxili müqaviməti qıra bilmir, nə də xarici asılılıqdan qurtula bilmir: “Nəticədə proseslər arzuolunan qədər də sürətlə getmir. Mənim qənaətim budur ki, danışıqlar ikitərəfli formada davam etməlidir. Türkiyə isə danışıqlar və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası istiqamətində danışıqlar üçün yaxşı platforma rolunu oynaya bilər. Bu istiqamətdə pozitiv tendensiyalar da görünməkdədir. Təəssüf ki, Ermənistana kənar müdaxilələr artmadadır və bu da daxili stabilliyin pozulmasına gətirib. Prosesi çətinləşdirən də budur. Paşinyan daxili müqaviməti qıra bilsə, bu zaman onun xarici təsirlərə qarşı immuniteti də arta bilər. Hələlik biz prosesləri izləməkdəyik. Azərbaycan tərəfindən də heç bir problem yoxdur”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Cənubi Qafqazda sülhün əldə edilməsi artıq geosiyasi çağırışlar müstəvisində aktuallaşıb: “Ermənistan hakimiyyəti sülhü gecikdirməklə, prosesləri öz əleyhinə çevirir. ABŞ da sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bir müddət əvvəl Donald Tramp Afrikada Ruanda ilə Konqo arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi oldu. Məhz Ağ Ev Cənubi Qafqazda iki ölkə arasında sülh müqaviləsinin tezliklə bağlanmasının Avrasiya regionunda geopolitik proseslərə ciddi təsir edəcəyinin fərqindədir. Xüsusilə Rusiya və İrana yaxın regionda sülh müqaviləsində vasitəçi olmaq Tramp üçün önəm kəsb edir”. Ekspert bildirdi ki, Rusiya da proseslərin fərqindədir: “Rusiya ABŞ və Avropa İttifaqının sülh müqaviləsi bağlanmasında dəstəyini qəbul etmir. Bunun regionda təhlükəsizliyi təhdid etdiyini vurğulayır. Halbuki Rusiya özü normal vasitəçiliyindən imtina edərək, öz maraqları naminə prosesə daxil olmağa çalışır. Ermənistan rəhbərliyi bu ilin axırına kimi erməni Apostol kilsəsi və müxalifəti tam neytrallaşdirsa, gələn il sülh müqaviləsi bağlana bilər”. M.Əsədullazadə o halda Zəngəzur dəhlizinin açılmasını da istisna etmir: “Düşünürəm ki, ABŞ-ın təhlükəsizlik nəzarəti təmin olunarsa, dəhliz sülh müqaviləsindən əvvəl də açıla bilər. Bu, mümkündür. Rusiya artıq prosesdən kənarlaşdırılıb. Ermənistan da Rusiyanı prosesə daxil olmağa imkan vermir. ABŞ Prezidenti Tramp iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına vasitəçilik etmək istəyir. Azərbaycan və ABŞ arasında konfedensial danışıqların aparılmasını istisna etmirəm. Şübhə etmirəm ki, Azərbaycan və Ermənistan liderlərinin Dubaydakı görüşü zamanı Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin tezliklə bağlanması müzakirə ediləcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

Next

OMON daha bir məşhur soydaşımızı HƏBS ETDİ: YERƏ YIXIB, üstünə çıxaraq BU SUALI VERDİLƏR – ŞOK!

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv