Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Şəhadətin Polad zirvəsi…

By Vüsal Rafiqoğlu
14.07.2025 3 Min Read

“Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla bir yerdə polkovnik Mirzəyev İlqar da şəhid olub”…

Beş il öncə bu gün Tovuz döyüşləri zamanı Azərbaycan xalqı məhz həmin sarsıdıcı xəbərlə silkələndi. General və polkovnik şəhid olmuşdu. Bu artıq son demək idi. Uzun illərdir göstərilən səbrin, humanistliyin, sülh yolu ilə həllin sonu idi. Polad Həşimovun və İlqar Mirzəyevin şəhadətləri Bakıda, Sumqayıtda – ölkənin dörd bir yanında əli silah tutan hər kəsi ayaqlandırmışdı. Xalq öz zabitlərini adınalayiq şəkildə qarşılamaq üçün küçələrə axışmışdı. O zamana qədər Polad Həşimovu silahdaşları və əsgərlərindən başqa kimsə tanımırdı. Lakin xalqımız bir şeyi dəqiq bilirdi: ön cəbhədə əsgərləri ilə çiyin-çiyinə döyüşən zabitin, generalın Vətənə olan sevgisi, layiqli xidməti sorğulana bilməzdi. Hər şey gün kimi aydın idi. Polad Həşimov öndə gedən, əsgərlərini öz arxası ilə aparan və son nəfəsinə qədər Vətənə sədaqət andına sadiq qalan bir general idi. Öz generalını və polkovnikini dərin ehtiramla son mənzillərinə yolçu edən minlərlə azərbaycanlının gözlərində həm kədər, həm də elə bir zabitlərə sahib olmağın qüruru var idi.

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olundular.

Məhz bundan sonra Polad Həşimov haqqında onu tanıyanların təəssüratları, xatirələri sürətlə yayılmağa başladı. Silahdaşlarının, əsgərlərinin dilindən bir cümlə düşmürdü: “Heyif, sizdən, cənab general, siz mərd, qeyrətli, vətənpərvər zabit idiniz”. Bəli, general-mayor Polad Həşimov 45 illik həyatının ən gözəl çağlarını Vətənə şərəfli xidmətə həsr etmiş səngər generalı idi. Onun əsilzadəliyi, zəhmi, tələbkarlığı ilə paralel yüksək insani keyfiyyətləri silahdaşları və əsgərlərinin yaddaşında dərin iz buraxmışdı. Fotolarında təbəssüm edən simasındakı nur hər şeydən xəbər verirdi: səmimi, mərhəmətli və xeyirxah bir insan obrazı… Odur ki, Polad Həşimovu tanıyan-tanımayan hər kəs dərin hüzn içərisində idi. Ən çox da onu zamanında tanıyıb xidmətlərinə görə minnətdarlıq ifadə edə bilmədiyi üçün…

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhadəti xalqın oyanışı oldu desək, yanılmarıq. Xalq öz yüksək rütbəli zabitlərinin və onlarla birlikdə savaşda şəhadətə qovuşan hərbi qulluqçularının qisasını səngərdə, döyüş meydanında almaq üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə səslənərək döyüşmək istədiyini və “İrəli” əmrini gözlədiyini bildirdi. Minlərlə gənc hərbi komissarlıqlara axışaraq ön cəbhəyə getmək üçün adlarını siyahıya yazdırdı. Hər şey hazır idi, bircə Ali Baş Komandandan gələn “İrəli” əmri qalmışdı… Həmin əmr çox gecikmədi. Cəmi iki ay sonra, yəni sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına qarşılıq olaraq Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu cəmi 44 günə düşmənin dizini yerə gətirdi. Qələbədə pay sahibi olan hər bir döyüşçü həm qəhrəman zabitlərinin qisasını aldı, həm də onların missiyasını uğurla yerinə yetirdi. Tarixi Zəfəri bayram edən Azərbaycan xalqı müjdəni vermək üçün Şəhidlər xiyabanlarına axışaraq şəhidlərin, xüsusilə də general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət etdi. Polad Həşimovun izi ilə gedən cəsur oğulların onun son tapşırığını layiqincə yerinə yetirdiklərini generalın məzarı başında məruzə etmələri isə ən təsirli səhnələrdən idi…

2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror əməliyyatları zamanı isə cəmi 23 saat 43 dəqiqəyə Konstitusiya quruluşumuz və suverenliyimiz tam bərpa olundu. Beləliklə, general-mayor Polad Həşimov öz şəhadəti ilə bir xalqın taleyində böyük dəyişikliklərə imza atan yüksəkrütbəli zabit kimi tarixə düşdü.

Prezident İlham Əliyev də Azərbaycan Ordusunun ön cəbhədə qəhrəmancasına şəhid olan yüksəkrütbəli zabitlərinin fəaliyyətini layiqincə qiymətləndirdi. Məhz Şanlı Zəfərin ardından Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldülər.

Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin yaşadıqları mənzillərin ziyarətçilərinin ardı-arası kəsilmir. Yaşından asılı olmayaraq, hər kəs şəhid zabitlərin əmanətlərinə baş çəkir, onların ailə üzvləri ilə həmsöhbət olur, qəhrəmanlarını daha yaxından tanımağa çalışır. Qədirbilən Azərbaycan xalqı öz şəhid zabitlərinin məzarını müqəddəs ziyarət məkanına çevirərək, hər an onların əziz xatirəsini yad edir və həm sağ ikən, həm də şəhadətindən sonrakı xidmətlərinə görə minnətdarlığını bildirir.

Şəhadətin mübarək, cənab general! Şəhadətin mübarək, cənab polkovnik!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu il Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 900-dən çox şübhəli saxlanılıb

Next

DTX kibercinayətkarların əməllərini ifşa edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv