Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Daim düşmən axtaran müasir Rusiya təhlükəsi və biz

By Vüsal Rafiqoğlu
21.07.2025 4 Min Read

Kiyevdə olduğum müddətdə söhbət etdiyim, müzakirələr apardığım müxtəlif rütbələrdə olan hərbiçilərdən, keçmiş və bu gün xidmətdə olan xüsusi xidmət orqanlarının əməkdaşlarından, hərbi və siyasi ekspertlərdən, media nümayəndələrindən öyrəndiyim yalnız müharibənin hazırki vəziyyəti haqqında məlumatlar olmadı. Etiraf edim ki, Rusiya siyasəti və rus xarakteri bizə yad olmasa da, ukraynalılar “bir köynək” yaxın olduqları öz provaslav, slavyan “qardaşlarını” bizdən daha yaxşı tanıyır və “velikorus” təfəkkürlərinin dərin qatlarında nə düşündüklərini, nə etdiklərini, nə edəcəklərini reallıqla dərk edirlər. Açığını deyim ki, hər söhbətdən, müzakirədən sonra həmsöhbətlərimə uğurlar arzulayıb, nikbinlik ruhu yaratmağa çalışsam da, daxilimdə yüngülləşmir, əksinə daha bədbin və təhlükəli perspektivlər haqqında fikirləşir və belə bir persektivin hədəfində Azərbaycanın da ola biləcəyini düşünəndə həyəcanlandığımı hiss edirdim. Həmsöhbətlərimin danışığında ana xətt o idi ki, Rusiya üçün müharibə ideal bir rejimdir və bu rejim yalnız dövlətin başında duranlar üçün deyil, Rusiya cəmiyyəti üçün də məqbul hesab edilən iş rejimidir, bir modeldir.

İsrail-İran müharibəsi fonunda Rusiya üçün yeni ekzistensial sınaq – BAXIŞ  BUCAĞI

Ukraynalılar deyir ki, əvvəlki Rusiya dövlət başçıları və indiki halda isə Vladimir Putin üçün müharibə həm iqtisadiyyat, həm də cəmiyyət üzərində total nəzarət vasitəsi olub. İmperiya ambissiyasının təfəkkürlərə hakim kəsildiyi cəmiyyət bu gün müəyyən çətinliklər yaşasa da, imperiya sərhədlərinin genişlənəcəyi nəticəni gözləyir. Putin də bilir ki, başlatdığı müharibənin nəticəsi cəmiyyəti razı salmasa.., suallar və kütləvi narazılıq yaranacaq: ”ərazi qazanmadıqsa, torpaq almadıqsa, qarşımızdakını tam əzmədiksə, bununla da “xaxolları cəzalandırmadıqsa” bu qədər ölümə, bu qədər əziyyətə niyə qatlaşırdıq?”. Görünür, “müharibə təxminən nə vaxta qədər davam edə bilər” sualını verəndə, məhz bu səbəbdən “bu müharibə heç vaxt bitməyəcək” kimi cavablar da alırdım. Ukraynalı ekspertlər deyirdi ki, Rusiya gələcəkdə hərbi əməliyyatların intensivliyini, dağıdıcılığını azaltsa da, yaşayış məntəqələrinin işğalını dayandırsa da, hətta atəkəsə razılıq versə də, Ukrayna-Rusiya sərhədi, təmas xətti daim təxribat yuvası olacaq, itkilər davam edəcək.

Ən həyəcan yaradan, təhlükəli proqnozlar isə Ukrayna müharibəsinin Rusiyanın yaxın gələcəyi üçün sonuncu müharibə olmayacağı, Rusiyanın bu siyasətdən əl çəkməyəcəyi barədə deyilənlər idi. Tramp və Putin arasında paralellər apararaq yarızarafat, yarıciddi deyirdilər ki, ABŞ prezidenti müharibəni bitirməyə biznes təfəkkürü ilə yanaşıb, Ukraynadan nadir mineral torpaqların istismarını tələb edirsə, RF prezidenti üçün də müharibə bir biznesdir və işğal üçün həmişə hədəf ölkə axtaracaq. Yəni, Rusiya daim düşmən axtarışında olacaq. Necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qordona “ ..mənim ukraynalılara məsləhətim heç vaxt işğalla barışmamaqdır” cavabını Rusiyada süngü ilə qarşılayıb, Bakıya “Oreşnik” atmağın vacibliyinə çağırış edənlər Azərbaycanı “geosiyasi rəqib”, “düşmən” hesab edirlər.

İlham Əliyevdən Ukrayna xalqına məsləhət: Heç vaxt işğalla barışmayın

Təsəlli üçün Putinin ölməsi ilə bu aqressiyanın dayanacağını arqument kimi səsləndirsəm də, problemin yalnız Putinlə deyil, bütövlükdə Rusiya siyasəti ilə bağlı olduğunu deyib, İvan Qroznı, Romanovlar sülaləsi, Lenin, Stalin siyasətini sitat gətirir və növbəti Vladimirin və vladimirlərin hakimiyyətə gəlib, eyni siyasəti davam etdirəcəklərinə şübhə etmədiklərini bildirirdilər. Deyilənlərin fonunda Rusiyanın coğrafi qonşularının, o cümlədən Azərbaycanın da Rusiya işğalına məruz qalmaması üçün ciddi hərbi hazırlıqların görülməsini, sərhədlərin möhkəmləndirilməsini tövsiyyə edirdilər. Əlbəttə, mən də istisna etmirəm ki, postimperiya qurumu kimi müasir Rusiya adını “Xüsusi hərbi əməliyyat” qoyub Ukraynaya olduğu kimi qonşularına hücum edə bilər. Təsadüfi deyil ki, “Ukrayna ilə qurtaran kimi qalanları ilə də hesablaşacağıq” fikrini, ideyasını rusiyalı siyasilərin dilindən tez-tez eşidirik. O “qalanların” içərisində konkret olaraq Azərbaycanın da adı hallanır.

Ukraynalı ekspertlər Qarabağın işğalı ilə Ukraynanın işğalında paralelik aparır, erməni işğalçıların da eyni ilə oxşar metodlardan istifadə etdiklərini qeyd edirdilər. Söhbət etdiyim kəşfiyyat mayorunun dediklərindən: “Mən sizin Ağdamın necə dağıdıldığının videolarını, kəndlərinizin, qəsəbələrinizin xarabalıqlara çevirdiklərini görmüşəm. Rusiya da işğal etdikləri əraziləri xarabalığa çevirir. Biz işğal olunmuş ərazilərdə görürük ki, orada Rusiya ordusunun irəliləməsi yandırılmış torpaq prinsipi ilə gedir. Onlar şəhərləri ələ keçirmirlər, şəhərləri dağıdırlar, məskunlaşan əraziləri dağıdırlar, o yerləri qəbuledilməz, dinc əhalinin yaşamasını qeyri-mümkün hala gətirirlər. Amma bu, Ukraynanın apardığı və aparacağı mübarizədir, müstəqil dövlətin mövcudluğu hüququnun müdafiəsidir. Bu, Rusiya tərəfindən Ukraynaya qarşı soyqırım müharibəsidir. Və bizim başqa seçimimiz yoxdur”.

Rusiya-Ukrayna müharibəsi dünya siyasətində mühüm məsələdir

İndiyədək Ukraynada baş verənlər haqqında bildiklərimdən və Kiyevdə qısa müddət olsam da, şahidi olduqlarımdan o qənaətə gəldim ki, Ukrayna siyasiləri, hərbiçiləri, diplomatları, nəhayət bütövlükdə xalq Rusiyanın aqressiv və güclü olduğunu bilsə də, öz azadlıqları üçün, Ukrayna üçün sonadək vuruşacaqlarından, mübarizə aparacaqlarından geri çəkilməyəcəklər. Bunu onun müttəfiqləri olan Avropa ölkələri, gec də olsa nəhayət ki, ABŞ prezidenti də yaxşı anlayır və Putinin Ukraynanı məğlub etdiyi halda növbəti hədəfin ən azı NATO üzvü olan Baltikyanı ölkələrin, eyni zamanda digər postsovet dövlətlərin olacağına şübhə etmirlər. Yuxarıda qeyd olunanlar və mayorun dediyi kimi başqa seçimin olmadığı reallıq olaraq ortadadır.

Prezidentin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü  keçirildi - VİDEO - Globalinfo.az

Elə Azərbaycanın da güclü olmaqdan başqa seçimi yoxdur və bu istiqamətdə aparılan siyasətin incəliklərini III-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti sualları cavablandırarkən yüksək səviyyədə dünyaya çatdırdı. Cənab İlham Əliyev bəzilərinə birbaşa, bəzilərinə də dolayısı ilə çatdırdı ki, Azərbaycan bölgədə və dünyada normal qonşuluq və dinc yanaşı yaşama prinsiplərinə sadiqdir və bu istiqamətdə zəruri siyasi addımlar atır. Əks düşünənlərin isə aqibətinin acnacaqlı sonluqla bitdiyini və hər hansı cəhd olarsa bitəcəyini də xatırlatdı.

İlham İsmayıl, Xüsusi olaraq Musavat.com üçün

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır

Next

İlham Əliyev Belçikalıların Kralını təbrik edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv