Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycana sanksiya tələbinin arxasında kimlər var?

By Vüsal Rafiqoğlu
22.07.2025 4 Min Read

Qərbdən bu çağırışların artması Paşinyanın Brüsselə səfəri ilə eyni vaxta təsadüf edir – sifarişçi kimi üç mərkəz var…

Belçika Nümayəndələr Palatasının ötən həftəsonu qəbul etdiyi birtərəfli və qərəzli qətnamənin Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkdi. “Yeni Müsavat” xatırladır ki, həftənin əvvəlində də Paşinyan Brüsseldə Avropa Şurasının və Avropa Komissiyasının sədri ilə yanaşı Belçikanın baş naziri Bart de Veverlə də görüşüb. Paşinyan İrəvana qayıdan kimi isə Belçika parlamenti ölkəmizə qarşı əsassız ittihamlar irəli sürən qətnamə qəbul edib. 

“Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti  görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar. Qətnamədə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ əslində inkar edilir.

2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Belçika parlamenti üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır”. Milli Məclisin Belçika parlamentinin qətnaməsinə etiraz olaraq qəbul etdiyi bəyanatda belə deyilir.

“Qətnamənin “qanunsuz həbslərlə” bağlı hissəsinə gəlincə, xatırlatmaq yerinə düşər ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil”, – deyə bəyanatda bildirilir.

Nümayəndələr Palatası Belçika hökumətinə qarşı da tələblər irəli sürüb. Belə ki, hökumət hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasını dəstəkləməli, Ermənistanda konsulluq mövcudluğunu artırmalı, rəsmi İrəvanla humanitar və hərbi əməkdaşlığı daha da dərinləşdirməlidir. Həmçinin Aİ insan hüquqlarını pozanlara qarşı hədəfli sanksiyalar tətbiq etməlidir. Aydındır ki, bu tezislər Azərbaycana qarşıdır və ölkəmizə sanksiya tətbiqi çağırışıdır.

Təəccüblü deyil ki, sülhdən dəm vuran Ermənistan parlamentinin sədri Alen Simonyan qərəzli və təxribat xarakterli sənədin müəllifləri El Van Xufa və Mişel de Maeqeyə təşəkkürlərini çatdırıb. Simonyan qondarma sənədin qəbulunda iştirak edən bütün deputatlara minnətdarlığını izhar etməyi də unutmayıb.

O zaman ölkəmizə qarşı sanksiya tələbinin arxasında kimlər durur: erməni lobbisi, Avropadakı anti-Azərbaycan qüvvələr, yoxsa özlərini barışcıl göstərən, əslində isə Bakıya yeni təzyiq rıçaqları yaratmaq istəyən İrəvan hakimiyyəti?

Azər Həsrət: “Mən trol deyiləm” Pravda.az

 Azər Həsrət

Siyasi şərhçi Azər Həsrətin “Yeni Müsavat”a bildirdiyinə görə, Belçikadan bu sənədin qəbul edilməsi heç yerinə düşmür və üstəlik, ona heç bir zərurət yox idi. Onun fikrincə, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri görüşüb və görüşün nəticələri müsbətdir: “Hər iki tərəf nəticələrdən razıdır. Yəni Ermənistanla Azərbaycan arasında anlaşma mərhələsi demək olar ki, bitmək üzrədir, tərəflər razılaşma əldə edirlər. Bütün problemlər həll olunmaq üzrəykən Belçika parlamentinin birdən-birə bu müzakirəni açması heç başa düşülən deyil. Əksinə, onlar sülh prosesinə töhfə verə bilərdilər. Bu müzakirəni açmadan, tərəflərin görüşünü alqışlaya, bu cür təmasların davam etməsinə çağırış edə bilərdilər. Ancaq heç bir dəxli olmadan belə bir addım atmaları şübhə doğurur”.

Onun sözlərinə görə, bu şübhəyə əsas verən də Ermənistandakı revanşistlərdir: “Bunu Paşinyan hakimiyyətinin etdiyini o qədər də ağlabatan saymıram. Çünki Paşinyan mümkün qədər tez sülh müqaviləsinin əldə olunmasına çalışır. Bu hadisəni daha çox ortalığı qarışdırmaq istəyən üçüncü tərəf törətmiş ola bilər. Bu da təbii ki, revanşistlərdir. Onların da bir qolu hamımıza bəllidir ki, birbaşa Rusiyaya bağlıdır. İşi pozmağa cəhd edən, məncə, Rusiyadır. Əlbəttə, Azərbaycanla Ermənistan ortaq səylərlə bunun qarşısını alacaq. Bu mərhələni də keçə biləcəyik. Əsas məsələ odur ki, Belçika parlamentinə və bütövlükdə Belçika dövlətinə Azərbaycanla Ermənistan birgə şəkildə belə davranışın yersiz olduğunu desə, bu, aramızı vurmaq, sülh prosesini əngəlləmək istəyənlərə çox gözəl cavab olar”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova isə Simonyanın riyakar olduğunu vurğulayıb və rəsmi İrəvanın bu əski parçası olan qətnamədən həzz aldığını bildirib. Onun qənaətinə görə, bu sənədin qəbulunda sponsorluq erməni lobbisinin, siyasi təsir Avropa İttifaqının üzərindədir: “Daha doğrusu, Makron Fransası ciddi rol oynayıb. Nəzərə almalıyıq ki, Belçika Fransanın təsirində olan ölkədir. Avropa İttifaqı Şurasının əvvəlki prezidenti Şarl Mişel də fransız idi. Bundan əlavə, Belçikada fransız dili dövlətin dillərindən biridir. Ona görə Fransanın Belçika üzərində ciddi təsirini nəzərə almalıyıq. Təbii ki, sənədin qəbulundan sonra Paşinyan hökuməti bunu dəstəkləyəcəkdi. Burada təəccüblü hal görmürəm. İrəvan qətnaməni fürsət bilir. Lakin sülh danışıqlarına zərər vurduğunu nəzərə almır”.

Təhlilçinin fikrincə, bu məsələdə Fransa, erməni lobbisi, ermənipərəst dairələr xüsusi rol oynayıblar, Ermənistandakı hakimiyyət isə xora qoşulub: “Halbuki absurd ittihamlar, mifik fikirlər səslənib, əsası olmayan tələblər irəli sürülüb. Sadəcə, bu çağırışdır və Azərbaycanı narahat etməməlidir. Cənab Prezident Şuşada keçirilən tədbirdə də qeyd etdi ki, Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır. Avropa Komissiyasının prezidenti Bakıda strateji qaz sənədi imzalayıb. Tramp da Azərbaycana məktubunda ölkəmizin əhəmiyyətini vurğulayıb. Bu baxımdan, Rusiya ilə gərginlik dönəmində, Avropa Birliyinin işğalçı ölkəyə 18-ci sanksiyalar paketini tətbiq etdiyi vaxtda Belçikadan çağırışlara uyub Azərbaycana qarşı bu addımı atmazlar”.

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli

Real Partiyasının sədri Natiq Cəfərli isə öz sosial media hesabında yazıb ki, Nümayəndələr Palatası Azərbaycanı hədəf alan axmaq, absurd, mənasız  sənəd qəbul edib, artıq həll olunmuş “Qarabağ məsələsini” yada salıb, Bakıda məhkəməsi gedən separatçı, cani və Rusiyanın birbaşa təsiri və idarəsində olan adamları müdafiə edib: “Ermənistan belə Qarabağ məsələsinin həll olunduğunu deyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini 10 dəfə bəyanat verərək tanıyıb, amma rəsmi Brüsselin bəzi siyasətçiləri bu məsələdə də qərəz nümayiş etdirir. Belçika üzdə və ritorikada Rusiyaya qarşı olsa da, Kremlin casuslarını müdafiə etməsi də bir ayrı tragikomediyadır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz

Next

Kreml xəsislik edir, yoxsa qabalıq?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv