Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Evi sənədsiz olanlara müjdə: PROSES BAŞLADI

By Vüsal Rafiqoğlu
24.07.2025 4 Min Read

Sovet dövründən qalan torpaqlar sənədləşdirilir

Azərbaycanda minlərlə insan illərdir yaşadıqları evlərə və torpaqlara dair çıxarış (kupça) ala bilmədiyi üçün hüquqi qeyri-müəyyənlik içində yaşayır. Xüsusilə sovet dövründə vətəndaşlara ayrılmış torpaq sahələrinin sonrakı taleyi, qanuni statusu illərlə həll olunmamış qalırdı. Nəhayət, bu problemə son qoyacaq addım atılıb: Prezident İlham Əliyevin imzaladığı fərmanla sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələrinin mülkiyyət hüququnun tanınmasına və bu torpaqlar üzərindəki evlərin sənədləşdirilməsinə başlanılıb.

Prezidentin imzaladığı son fərmanla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısına dəyişiklik edilib. Bu dəyişikliklə sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələri üzrə hüquqlar tanınacaq və müvafiq çıxarışlar veriləcək.

Söhbət daha çox Azərbaycan SSR dövründə Xalq Deputatları Sovetləri tərəfindən vətəndaşlara müvəqqəti və ya daimi istifadəyə ayrılmış torpaq sahələrindən gedir. Həmin torpaqlarda son 35-40 ildə evlər tikilib, həyətlər salınıb, ancaq insanlar dövlət reyestrindən çıxarış ala bilməyiblər. İndi isə həmin torpaq sahələrinə dair mövcud sənədləri olan şəxslər müvafiq qurumlara müraciət edərək rəsmi sənədlərini əldə edə biləcəklər.

Fərman yalnız sovet dövründə verilmiş torpaq sahələrinə şamil edilir. Yəni bələdiyyələrdən alınmış və hələ də çıxarışı olmayan torpaqlar bu mərhələdə əhatə olunmur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, artıq proses başlayıb və vətəndaşlar ASAN Xidmət mərkəzlərinə və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər.

Qurumdan qeyd olunub ki, sovet dövründən qalan vətəndaşların istifadəsində olan, ilkin sənədləri mövcud torpaqlar dövlət reyestrinə daxil ediləcək və sahiblərinə çıxarış təqdim olunacaq.

Bu amnistiya yalnız sovet dövründən gələn sənədlərə əsaslanan evlərə şamil olunur. Yəni 1995-ci ildən sonra, xüsusən də bələdiyyələrdən sadəcə kağız əsasında torpaq almış və heç bir arxiv sənədi olmayan şəxslər hələlik bu prosesdən kənarda qalır. Bu da o deməkdir ki, Abşeron yarımadasında olan təqribən 500 min sənədsiz evdən böyük bir hissə hələ də hüquqi qeydiyyatdan kənardadır. Lakin ekspertlərin fikrincə, bu fərman ən azı 150-200 min ailənin problemini həll edə bilər. Bu isə ciddi rəqəmdir.

Ən ucuz torpağı hardan almaq olar? -Ekspertdən AÇIQLAMA

Elnur Azadov

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirib ki, fərman sovet hökuməti dövründə kənd və qəsəbə sovetlərinin sərəncamı ilə verilmiş torpaq sahələrinə şamil olunur. Onun sözlərinə görə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş evlərin leqallaşması üçün yol açır: “Çünki bizim qanunvericiliyə uyğun olaraq, kənd təsərrüaftı təyinatlı torpaqlarda evlərin tikintisi yalnız kənd təsərrüfatı üçün nəzərdə tutulub. Fərdi evlərin tikintisinə qanunla yol verilmir. Dəyişikliyə görə, kənd ərazisində və qəsəbələrdə yaşayan vətəndaşlar həmin kateqoriyaya aiddirlər və öz mülkiyyət sənədlərini əldə edə biləcəklər. Vətəndaş mülkünü rəsmiləşdirəndən sonra rahatlıqla onu sata və ya girov qoya bilər.  Digər kateqoriyaya aid olan torpaqların da leqallaşması istiqamətində hazırda hökumət iş aparır. Çox güman ki, bu ilin sonuna kimi o istiqamətdə də siyahı genişləndiriləcək. Birdən-birə olması mümkün deyil, amma müəyyən qədər leqallaşma işləri aparılacaq. Belə torpaq sahələrinin, mülklərin statistikası haqqında Əmlak Məsələləri Dövlət Xidməti bir neçə il ərzində siyahı apardıqdan sonra dəqiq məlumat söyləmək mümkün olacaq. İşğaldan azad olunmuş əraziləri nəzərə almasaq, Azərbaycanın qalan bütün rayon və kəndlərində belə rəsmiləşdirməyə ehtiyac var. Kolxozlar və sovxozlar, kənd və qəsəbə sovetləri tərəfindən verilmiş xeyli sayda sənədlər var. Onların hamısı leqallaşdırılmalıdır”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, kupçasız evlər probleminin həlli istiqamətində atılan addımlar təqdirəlayiqdir: “Sovet dövründə verilmiş torpaq sahələri, faktiki istifadədə olan və ilkin sənədləri (məsələn, sovet dövrü sərəncamları, şəhadətnamə və s.) olan hər bir torpaq üçün mülkiyyət hüququ tanınacaq. Bu tip sahələr 2001-ci ildən əvvəl vətəndaşların istifadəsində olubsa, ilkin sənədlərə əsasən “kupça” (çıxarış) veriləcək.

Bu yeni hüquq yalnız keçmiş sovet vaxtı sənədləri olan torpaqlara şamil edilir. Bəyan olunan məqsəd 35-40 ildir faktiki məskunlaşılmış, lakin rəsmi qeydiyyata alınmamış torpaqların dövlət qeydiyyatını həyata keçirməkdir.

Bakıda təmtəraqlı ehsan qadağası - nə vaxt, harada?

Natiq Ələsgərov

Əvvəlki qanun və fərmanlarda qeydiyyatsız torpaqların dövlət qeydiyyatı yalnız çox məhdud şərtlərlə mümkündür. Əsasən rəsmi sərəncam əsasında təyinat dəyişdirilməyi və ya uzun illər ərzində istifadə olunması ilə bağlı arayışlara əsaslanırdı. Bu gün sovet vaxtından gəlmiş sənəd varsa, proses başlanıb. Əgər ilkin sənəd yoxdursa, yeni dəyişikliklər sizin mülkünüzə şamil olunmur. Bu dəyişiklik yenidir, əvvəlki qanun və sərəncamlarla eyni deyil. Yəni sovet dövrü sənədlərə əsaslanan genişmiqyaslı amnistiya mahiyyətindədir. Sovet dövrü sənədləri olan vətəndaşlar üçün kupça alma şərti belədir: Müvafiq sənəd + faktiki istifadə + ASAN/Əmlak Xidmətinə müraciət. Əgər siz sovet zamanından istifadə olunan torpaqla bağlı faktiki əsaslara sahibsinizsə, hazırda kupça almaq üçün imkan yaranıb”.

Nigar Alimova: 100 minə yaxın vətəndaşın əmlakları üzərində hüquqları  qeydiyyata alınacaq - AZƏRTAC

Nigar Alimova

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, bu fərman nəticəsində 100 minlərlə vətəndaş öz əmlaklarına mülkiyyət sənədlərini əldə etmək hüququ qazanıb: “Ayrı-ayrı dövrlərdə vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən mülkiyyət sənədləri verilmişdi. Lakin bu sənədlər əsasında mülkiyyət hüququnun alınması mümkün deyildi. Hər il ƏMDX vətəndaşların müraciətləri əsasında təhlillər aparır. Vətəndaşların əlində 439-cu Fərmanla təsbit olunan sənədlərdən fərqli sənədlər də var. Bu dəyişikliyin mahiyyəti müxtəlif orqanlar tərəfindən verilmiş sənədlərə hüquqmüəyyənedici sənəd statusu gətirməkdir”.

N.Alimova əlavə edib ki, əvvəlki dövrlərdə, xüsusilə 2001-ci il yanvar ayının 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri əllərində olan vətəndaşlar – əgər torpaq sahəsinin ölçüsü göstərilibsə, bu sənədlərlə müraciət edərək həm torpaq, həm də tikili üzərində hüquqlar əldə edə biləcək. Artıq həmin tikilinin və ya bağ evinin qeydiyyatdan keçib-keçməməsi şərti aradan götürülür.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yevlaxda DƏHŞƏT: Torpaq üstündə həmkəndlisini öldürdü

Next

Yeni Ay 4 BÜRC üçün yeni qapılar açacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv