Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
TəhsilTəhsil Millətin Gələcəyidir

Yayda valideyn-uşaq münasibətini gücləndirən 7 sadə fəaliyyət

By Vüsal Rafiqoğlu
24.07.2025 2 Min Read

Yay tətili – məktəb zəngi susduqdan sonra başlayan sadəcə istirahət dövrü deyil. Bu zaman eyni zamanda ailələr üçün, xüsusilə də valideyn-uşaq münasibətlərinin möhkəmləndirilməsi baxımından qızıl fürsət sayılır. Tədris ili boyunca valideynlər işlə, uşaqlar isə dərslə məşğul olur. Bu səbəbdən gündəlik həyatın axarında duyğusal bağlar bəzən zəifləyə, uşağın ehtiyacları arxa plana keçə bilər.
Halbuki, valideynin uşağa münasibəti – onunla nə qədər vaxt keçirdiyi, necə ünsiyyət qurduğu və onu necə dinlədiyi – uşağın özünüqiymətləndirməsi, emosional təhlükəsizliyi, öz gücünə inamı və sosial münasibətlərə hazırlığı baxımından həyati əhəmiyyət daşıyır.
Uşaq üçün “sevilirəm”, “dəyərliyəm”, “məni anlayırlar” hissini yaşadan ən əsas mənbə valideyndir. Bu münasibət nə qədər möhkəm və sabit olsa, uşaq bir o qədər rahat, özünəinamlı və güclü şəxsiyyətə çevrilir. Yay ayları bu münasibəti yenidən qurmaq və daha sağlam bir təməl üzərində formalaşdırmaq üçün ideal zamandır.
Bu yazıda valideyn-uşaq münasibətlərini gücləndirən və yay aylarında rahatlıqla həyata keçirilə bilən 7 sadə, amma təsirli fəaliyyətə diqqət yetirəcəyik.

1. Birlikdə səhər yürüşləri və ya velosiped sürmək

Günün erkən saatlarında təbiət qoynunda yürüş və ya velosiped sürmək uşağın fiziki sağlamlığını dəstəkləməklə yanaşı, münasibətlərin də bərpası üçün gözəl fürsətdir. Bu anlarda valideynlə uşaq arasında səmimi söhbətlər və emosional yaxınlıq baş verir.

2. Hər gün 20 dəqiqəlik “elektronikasız” ailə vaxtı

Telefonları, televizoru bir kənara qoyub gündəlik 20 dəqiqə yalnız ailə üzvlərinə aid vaxt ayırmaq münasibətləri dərindən təsir edir. Masaüstü oyunlar, ortaq oxu və ya sadəcə söhbət – bəzən heç bir şey etməmək belə birlikdə olduqlarını hiss etdirmək üçün kifayətdir.

3. Ailə ilə həftəlik “yaradıcılıq saatı”

Uşaqlar üçün yaratmaq – özünüifadə deməkdir. Rəsm çəkmək, əl işləri düzəltmək, birlikdə hekayə yazmaq və ya səhnəcik qurmaq həm əyləncə, həm öyrənmə, həm də yaxınlıq vasitəsidir.

4. Hər uşaqla “1:1 xüsusi vaxt” keçirmək

Əgər ailədə bir neçə uşaq varsa, hər biri ilə ayrıca vaxt keçirmək çox önəmlidir. “Bu vaxt yalnız sənə aiddir” mesajı uşağın dəyər hissini gücləndirir. Birgə kitab oxumaq, kafedə dondurma yemək və ya sadəcə söhbət belə bu məqsədə xidmət edir.

5. Evdə kulinariya layihələri

Sadə bir resepti birlikdə hazırlamaq – məsələn, salat, kekslər, meyvə şirələri – uşağın bacarıqlarını inkişaf etdirir və ailəyə aidiyyət hissini artırır. Uşaqlar “kömək etdikləri” zaman özlərini vacib hiss edirlər.

6. “Yay xatirələri dəftəri” hazırlamaq

Hər həftə yaşanan maraqlı hadisələri şəkillərlə, yazılarla və ya sadə rəsmlərlə bir dəftərdə toplamaq uşağın emosional ifadə bacarığını artırır. Bu dəftər gələcəkdə ailənin ən qiymətli xatirələrindən birinə çevrilə bilər.

7. Kiçik könüllü fəaliyyətlərdə iştirak

Birlikdə köhnə oyuncaqları və ya kitabları ehtiyacı olanlara bağışlamaq, yaşlı bir qohuma baş çəkmək və ya təbiətdə təmizlik aksiyası təşkil etmək uşaqlara həm yardımlaşma hissini, həm də ictimai məsuliyyəti aşılayır.
Uşaqlar üçün tətil zamanı dəyərli olan şeylər bahalı hədiyyələr deyil, valideynin ayırdığı keyfiyyətli zamandır. Bu gün qurulan münasibət sabahın şəxsiyyətini formalaşdırır. Yay tətili münasibətlərin bərpası və möhkəmləndirilməsi üçün bir başlanğıcdır. Gələcəkdə xoşbəxt, güvənli və sağlam münasibətlər qura bilən övladlar yetişdirmək üçün bu gün birlikdə sadə anlar yaşamaq kifayətdir.

Bakı şəhəri 137 nömrəli tam orta məktəbini btidais inif müəllimi,
İTE təlimçi, MCE (MicrosofS ertifikatlı Pedaqoq),
TKTA Məktəbə qədər təhsil müəssisələri üzrəi nspektor

Azayeva Vahidə

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yevlaxda korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib.

Next

Nazirlik uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv