Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Cadunun gücü – falçılara ehtiyac niyə azalmır?

By Vüsal Rafiqoğlu
30.07.2025 4 Min Read

Bu günlərdə “ASK Arena” adlanan köhnə “Şəfa” stadionunun qazonu təmir edilərkən orada bəzi şəxslərə cadu-piti edildiyinin izləri aşkarlanıb. Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, həmin cadu keçmiş “Keşlə”, indiki “Şamaxı” klubunun sabiq baş məşqçiləri Yunis Hüseynov və Sənan Qurbanova qarşı edilib.

Məhz onların şəkilləri və adları yazılmış cadu süni qazonun altından tapılıb. Cadu materialında “Keşlə”nin əməkdaşı Eldəniz Yusifovun da adı olub. Ehtimal olunur ki, bunu həmin vaxt “Keşlə”nin uğursuzluğunu istəyən, kluba baş məşqçi gəlmək arzusunda olan azərbaycanlı məşqçilərdən biri edib.

Maraqlıdır, elm tərəqqinin indiki vaxtında da yüz minlərlə insan caduya, onun fövqəladə gücünə inanır, öz problemlərini onunla həll etmək istəyir, bu zaman fırıldaqçı falçılara, maqlara, cürbəcür dələduzlara ətək-ətək pul verir.

Bəs insan oğlu bu, açıq dələduzluq aktı olan əməllərə görə pul ödəməkdən niyə əl çəkmir? Falçılara ehtiyac niyə azalmır? Nəhayət, İslam cadu haqda nə deyir?

RƏSUL MİRHƏŞİMLİ- 55 – Müstəqil Az

Rəsul Mirhəşimli 

Dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı deyir ki, insanların həyatının bilik, zəhmət və düşüncə ilə dəyişəcəyinə inanmasını bir kənara atıb, caduya, tilsimə, fala inanması narahatedici mənzərədir: “Bütün dövrlərdə cahillik və xurafata inanmaq meyli olub, elmi inkişafın səviyyəsindən asılı olmayaraq bu zərərli vərdiş bu gün də var. Bu cür inanclar təkcə fərdi aldanış deyil, həm də cəmiyyətin mənəvi və əqli geriləməsinə səbəb olan təhlükəli bir haldır. İslam dini isə bu cür əməlləri birmənalı şəkildə rədd edir və insanı ağıl, iman və təvəkkül yoluna çağırır.

Caduya inanan insan zamanla öz məsuliyyət hissini itirir. O, uğursuzluqlarının səbəbini ya kiminsə “cadu etməsi” ilə əlaqələndirir, ya da falçıdan “əlac” gözləyərək passiv hala düşür. Bu isə insanı həyatını idarə etmək gücündən uzaqlaşdırır, öz zəhmətinə deyil, uydurma vasitələrə arxayınlaşdırır. Caduya inanmaq insanlarda psixoloji asılılıq yaradır və qərarvermə qabiliyyətini zəiflədir”.

Rəsul Mirhəşimli təəssüflə qeyd edir ki, müasir dövrdə insanlar öz problemlərini hansısa fırıldaqçının bəd əməlləri sayəsində həll etmək istəyir, cahillik göstərərək, həmin adamların əməllərinin doğruluğuna inanırlar: “Bu isə onun inkişafını əngəlləyir. Bir çox hallarda cəmiyyətdə caduya inamın yayılması insanların bir-birinə olan və ailə münasibətlərini zədələyir, insanlar bir-birindən şübhələnməyə başlayır, “bu adam mənə cadu edib” düşüncəsi ilə nifrət toxumu səpilir. İnsanların zəhmət çəkməyin doğru davranış olduğu inancını bir kənara atıb, cadugərlərə inanması fırıldaqçılığın yayılmasına zəmin yaradır. Bu əməllərlə məşğul olanlar heç bir elmi və dini əsas olmadan insanları aldadaraq maddi qazanc əldə edirlər. Cəmiyyətin bir qismi bu fırıldaqçılığa boyun əyir və nəticədə bu “sektor” genişlənir”.

Mütəxəssisə görə, sosial şəbəkələrin bu “cadugərləri” tanıdıb populyarlaşdırması da problemin yayılmasında böyük rol oynayır: “Bu platformada problemlərin həlli üçün məntiq və elmi yanaşma əvəzinə, falçıların yanına getmək təbliğ olunur. Bu cür davranışlar bir millətin ümumi düşüncə səviyyəsini aşağı salır və gələcək nəsillərə zərər verir. İslam inancına görə insan yalnız Allaha güvənməli, Onun izni və iradəsi xaricində heç bir varlığın insan taleyini dəyişə bilməyəcəyini bilməlidir. Qurani-Kərimin bir çox ayələrində cadu ilə məşğul olanların, sehr edənlərin şərindən qorunmaq üçün Allaha sığınmaq tövsiyə olunur. Əgər bir insan cadunun gücünə, falçının dediklərinə inanaraq bu yolla həyatına yön verir və Allahdan başqasından yardım umursa, bu iman zəifliyinin bariz nümunəsidir. Caduya inanmaq fərdi zəifləmə, ictimai çaşqınlıq və dini sapma ilə nəticələnir. Halbuki İslam dini insanı düşünməyə, təhlil etməyə və çətinliklər qarşısında səbir, çaba və dua ilə hərəkət etməyə təşviq edir. Cadu və bu kimi əməllər nə problemin həlli, nə də uğurun açarıdır. Əksinə, bu yolla insan həm dünyasını, həm də axirətini ziyana uğrada bilər”.

Sözümüz Sözdür: Cəmiyyətdə fəqli fikir və düşüncələr / Orxan Əli - Fərid  Abdullah

Fərid Abdulla

İlahiyyatçı Fərid Abdullanın da mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Əksər videolarımda Quran açmaq, cadu, ruh çağırmaq, Qaraçuxa, yuxu yozmaq kimi mövzuları tənqid etsəm də, insanlar israrla məndən belə xidmətlər gözləyirlər. Yazırlar: “Quran açırsınız?”, “Cadu tapırsınız?” və s. İnsanlar buna inanmaq istəyir. İstəyirlər ki, uğursuzluqları cadudan olsun, talelərini Quran açmaqla öyrənsinlər. Çünki illərlə din onlara bu cür təqdim olunub: cin, mələk, möcüzə, qeybi hadisələr, yuxular… Elə bil din yalnız bundan ibarətdir. Halbuki gündəlik həyatın özündə də dini çalarlar tapmaq mümkündür”.

İlahiyyatçıya görə, bəziləri sadə hadisələrə belə bədii, dini və fəlsəfi yozumlar verir və bunu “həqiqət” kimi təqdim edir: “Amma bu, sadəcə, şəxsi baxışdır. Ən böyük fəsad isə bu baxışların din adı ilə təbliğ olunmasıdır. Bəziləri israrla istəyir ki, zikr deyim, möcüzə baş versin, Allah adından zəmanət verim. Halbuki mən, sadəcə, öz fikrimi deyirəm, Allah isə Allahdır. Ən çox qarşılaşdığım müraciətlər cadu, dua, istixarə ilə bağlıdır. Halbuki mənim inancım budur: problemə düşmüsənsə, diz çök, dua et. İstədiyin dildə, istədiyin sözlə. Elə bir dua yoxdur ki, Allah desin – bunu oxusan qəbul edərəm, bunu yox”.

İlahiyyatçı vurğulayır ki, həyat imtahandır, heç kim bu dünyada sığortalanmayıb: “İmam Hüseynin başına gələnlərə baxın – ona cadumu olunmuşdu? O da, qarşısındakılar da bir-biri üçün imtahan idi. İstixarə isə qərarsızlıq zamanı edilən vasitədir, Allahın hökmü deyil. Sabah nə baş verərsə versin, məsuliyyət səndə qalır”.

Cadu məsələsinə gəlincə, Fərid Abdullah onu belə izah edir: “Cadu xəstəlik kimidir, Allahla əlaqəsi (oxu: mənəvi immuniteti) güclü olan adama təsir etməz. Zəif olana isə hər şey təsir edir. Peyğəmbərlər də xəstələniblər, işləri düz getməyib. Həyat belədir. İnsanlar dini real həyatdan çox, qeyri-adi, əfsanəvi hadisələrlə bağlamağa meyllidirlər. Amma bu, bizim məsuliyyətimiz deyil. Bizim vəzifəmiz düzgün yaşamaqdır”.

Fərid Abdullah fikirlərini Qurandan gətirdiyi bir ayə ilə tamamlayır: “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kim aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, Onun mərhəmətinə heç kəs mane ola bilməz. O, bunu istədiyi qullarına nəsib edər. O, bağışlayandır, rəhimlidir” (Yunus, 107).

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyə və Azərbaycanın bunker bombası – Şuşa Bəyannaməsi işə düşsə…

Next

Ehtiram və İntiqam qardaşları küsülüdür?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv