Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Tağıyev” serialının çəkilişləri pula görə dayandırıldı

By Vüsal Rafiqoğlu
02.08.2025 4 Min Read

Ekspert deyir ki, bu tipli tarixi serialların səkkiz bölüm olaraq çəkilməsi çox böyük maliyyə vəsaiti tələb edir

“Çoxseriyalı ”Tağıyev” filminin maliyyə problemlərinə görə 8 bölümdən yalnız 4 bölümü çəkilib”. Bunu “Tağıyev” filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı “Gilavar” “YouTube” verilişində səsləndirib. Onun sözlərinə görə, maliyyə imkanlarının məhdudluğu səbəbindən hazırda yalnız ilk 4 bölüm ekranlaşdırılıb: “Əgər maliyyə dəstəyi olsa, qalan 4 bölüm də ikinci sezon çəkilərək tamaşaçılara təqdim ediləcək”.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” filminin ilk iki bölümü – “Tağıyev: Neft” və “Tağıyev: Çar” artıq kinoteatrlarda nümayiş olunub.

Azərbaycanda niyə filmlərə, seriallara pul tapılmır? Çəkilən serialların da keyfiyyəti olduqca aşağıdır. Bunun yeganə səbəbi maliyyədirmi? Yəni böyük pullar olsa, ortaya fərqli serial və ya film qoymaq üçün yaxşı rejissorlarımız, aktyorlarımız varmı?

Yeri gəlmişkən, Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yeni ekran əsərləri ilə bağlı bir sıra kinostudiya şirkətləri ilə yeni müqavilələr bağlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ARKA ilə ümumilikdə 5 studiya arasında 6 filmlə bağlı müqavilələr imzalanıb. Agentlik “Molla Nəsrəddin” və “Əbədi xatirə (Qu sədaqəti)” qısametrajlı animasiya filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı “Birlik Kinostudiyası” ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 21 630 manat müəyyənləşib. Məlumat üçün bildirək ki, bu studiyanın rəhbəri tanınmış kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.

Bundan əlavə, Agentlik “Ad günü şamları” tammetrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı “Buta film” şirkəti ilə 17 325 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri quruluşçu operator Tural Əhmədsoydur.

Eyni zamanda ARKA ilə “Chinar Film” studiyası arasında isə 14 753 manatlıq müqavilə imzalanıb. Bu müqavilədə “Açıq məktub” qısametrajlı bədii filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması nəzərdə tutulur. Bu studiyanın rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və prodüsser Türkan Hüseynovadır.

Agentlik “Nəsil yaddaşı” qısametrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması işlərini isə “Kinobiz” stduiyasına həvalə edib və onunla 14 721 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri isə rejissor, ssenarist Ramil Ələkbərovdur.

ARKA “Xatirələr sahilində” qısametrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı isə “Azernyumedia” şirkəti ilə müqavilə bağlayıb. Bu müqavilənin dəyəri isə 9 000 manat təşkil edir. Bu şirkətin rəhbəri isə rejissor, ssenarist və telejurnalist Kamran Qasımovdur.

Rejissor Elxan Cəfərova VƏZİFƏ VERİLDİ

 Elxan Cəfərov 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyinin müşaviri Elxan Cəfərov “Yeni Müsavat”a danışıb. O, ilk olaraq 2 Avqust – Milli Kino Günü münasibətilə həm kino işçilərini, həm də kinosevərləri təbrik edib: “Kino yalnız kino işçilərinin maraq dairəsi deyil, ümumilikdə cəmiyyət üçün kütləvi maraq oyadan bir sənətdir.

“Tağıyev” filminin dörd seriyası çəkilib. Bildiyim qədərilə iki seriya artıq təqdim olunub, digər ikisi isə montaj mərhələsindədir. Hesab edirəm ki, dörd bölümlük serial kifayət edərdi. Çünki bu tipli tarixi serialların səkkiz bölüm olaraq çəkilməsi çox böyük maliyyə vəsaiti tələb edir. Tarixi kostyumlar, dekorasiyalar, dövrə uyğun mühitin yaradılması, bütün bunlar ciddi xərc tələb edir. Belə layihəyə adi film kimi yanaşmaq olmaz.

Ümumiyyətlə, audiovizual sənət maliyyə baxımından çox çətin sahədir. Serial sahəsində vəziyyət daha da çətindir. Filmlərdə müəyyən qədər maliyyə ayrılır, amma bu da dünya standartları ilə müqayisədə aşağıdır. Bu da bir sıra obyektiv səbəblərlə bağlıdır  –  bazarımızın kiçik olması, filmin öz maya dəyərini qaytara bilməməsi və s. Bütün bunlar reallıqdır”.

Elxan Cəfərov deyib ki, yeni mədəniyyət nazirinin təyin olunması ilə kino sahəsində yenilənmə mərhələsi başlayıb. O, prosesin mərhələli şəkildə davam etdiyini və bunun pozitiv nəticələr doğurduğunu vurğulayıb: “Yeni bir nəfəs, yeni yanaşma formalaşır, inkişaf mərhələsi başlayıb. Mən bir yaradıcı şəxs və kino xadimi olaraq bu prosesə dəstək göstərməyə çalışıram. Çünki heç bir şey birdən-birə olmur, hər şey pillə-pillə inşa olunmalıdır. 2015-ci ilə qədər kinoda müəyyən canlanma oldu, ard-arda filmlər çəkildi. Amma inkişafı davam etdirmək üçün film istehsalı fasiləsiz olmalıdır. Bu, həm rejissorların, həm aktyorların, həm də digər mütəxəssislərin püxtələşməsi baxımından vacibdir. Son iki ildə bu istiqamətdə müəyyən işlər görülür”.

Kino xadimi qeyd edib ki, hazırkı “Kino haqqında” qanun bəzi məqamlarla kino ictimaiyyətini qane etmir: “Həm maliyyə, həm də təşkilati məsələlərlə bağlı bəzi məhdudiyyətlər mövcuddur. Amma, bir daha deyirəm, bu proses mərhələli şəkildə gedir. Məsələn, ”cashback” məsələsi prezidentin sərəncamı ilə gündəmə gəldi. Ümid edirik ki, növbəti mərhələdə kino istehsalının müəyyən vergi güzəştləri ilə, xüsusilə ƏDV-dən azad olunması ilə bağlı irəliləyişlər olacaq. Eyni zamanda sponsor və investorların stimullaşdırılması istiqamətində də addımlar gözlənilir”.

Elxan Cəfərov Azərbaycan kinoteatr auditoriyasının məhdudluğunu da mühüm problem kimi qeyd edib: “Mən daim vurğulayıram ki, kino bilavasitə maliyyə ilə bağlı sahədir. Yalnız maliyyənin miqdarı deyil, onun logistikasının düzgün qurulması da vacibdir. Təəssüf ki, dünya kinematoqrafiyasının işlədiyi model bizdə tam şəkildə tətbiq oluna bilmir, çünki bizim bazar kifayət qədər böyük deyil. Məsələn, əhali sayı 10 milyon olsa da, bir milyon insanı kinoteatra cəlb edə bilmirik. Halbuki əgər bir milyon insan kinoya getsəydi, bu, çox böyük nəticə olardı. Hazırda isə kinoteatr auditoriyamız təxminən 100-150 min nəfər civarındadır. Bütün bunlar isə vaxt tələb edir”.

Elxan Cəfərov sonda Azərbaycan kinosunun gələcək inkişafını mərhələli proses kimi qiymətləndirib və real yanaşmanın vacibliyini vurğulayıb: “Gənc yaradıcılarımızla bağlı isə ümidverici məqamlar var. Mən çox sevinirəm ki, bütün bu çətinliklərə baxmayaraq, yeni istedadlar yetişir. Bu gün mən ARKA-nın Bədii Şurasında iştirak etdiyimə görə bu proseslərlə daha yaxından tanış oluram. Görürəm ki, gənclər arasında axın var, bu isə onu göstərir ki, artıq Azərbaycan kinosunun maliyyələşdirilməsi və idarəolunma logistikası müəyyən qədər düzəlməyə doğru gedir.

Ümumilikdə bu gün Azərbaycan kinosunun inkişafını mərhələli şəkildə məqbul hesab edirəm. Birdən-birə on pilləkən yuxarı qalxmaq mümkün deyil. Hər şey tədricən və planlı şəkildə olmalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı-Astara yolu pullu olacaq

Next

Mc Donalds-da çəkilən görüntülər şoka salır – Burqerlər belə hazırlanırmış – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv