Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqlarımızı sosial medianın görünməz idarəçisindən necə xilas edək? – MÜSAHİBƏ

By Vüsal Rafiqoğlu
13.08.2025 4 Min Read

Müasir dövrdə texnologiyanın və rəqəmsal platformaların sürətli inkişafı ilə sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə gənclər bu mühitdə daha çox vaxt keçirir, ünsiyyət qurur, özlərini ifadə edir və informasiya əldə edirlər. Lakin bu intensiv istifadə müəyyən hallarda asılılığa çevrilərək gənclərin psixoloji sağlamlığına mənfi təsir göstərə bilir. Sosial media asılılığı diqqət pozuntusu, özgüvən problemləri, depressiya, sosial təcrid və reallıqdan uzaqlaşma kimi hallarla müşayiət oluna bilər.

Klinik psixoloq Nahidə Axundova İki sahil.TV-yə müsahibəsində cəmiyyətin gələcəyini formalaşdıracaq gənc nəslin emosional və psixoloji rifahı baxımından xüsusi aktuallıq daşıyan bu mövzuya aydınlıq gətirdi.

-Nahidə xanım, sosial media asılılığı nədir və hansı hallarda bu asılılıq sayılır?

-Sosial media asılılığı – insanın sosial şəbəkələrdən istifadəyə nəzarəti itirməsi, bu platformalarda keçirdiyi zamanın gündəlik fəaliyyətlərinə, sosial münasibətlərinə və psixoloji durumuna mənfi təsir göstərməyə başlaması halıdır.  Asılılıq sayılması üçün əsas göstəricilərdən biri sosial medianın insanın həyatında dominant rol almasıdır. Yəni, şəxs sosial şəbəkələrdə olmasa narahatlıq, gərginlik, hətta aqressiya hiss edir, gündəlik işlərə fokuslana bilmir, gecə saatlarına qədər ekran qarşısında qalır, real sosial münasibətlərdən uzaqlaşır.

Sosial media asılılığı gənclərin psixoloji vəziyyətinə birbaşa və çoxşaxəli təsir göstərir. Ən çox rast gəlinən nəticələrdən biri özgüvənin zəifləməsidir. Gənclər tez-tez başqaları ilə müqayisə halında olur, sosial mediada gördükləri “ideal” həyatlarla öz reallıqları arasında fərq onları narahat edir. Bu isə dəyərsizlik hissi, narahatlıq və depressiv əlamətlərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, diqqət pozuntuları, emosional tükənmə, tənhalıq və real sosial münasibətlərdən uzaqlaşma halları da müşahidə olunur. Sosial mediada uzun müddət vaxt keçirmək gəncin real həyatla bağlı motivasiyasını azaldır, tədrisə və gündəlik fəaliyyətlərə marağını zəiflədir. Uzunmüddətli dövrdə bu, psixoloji rifahı ciddi şəkildə poza bilər və kliniki müdaxilə tələb edən vəziyyətlər yarada bilər. Əslində yaradırda. Müraciət edən pasiyentlər arasında belələri az deyil.

-Gənclər niyə sosial mediada “bəyənilmə” və təsdiq axtarışına bu qədər meyillidirlər?

-Sosial media fərqinə varmadan həyatımızın görünməz idarəçisinə çevrilib. Gənclər sosial mediada “bəyənilmə” və təsdiq axtarışına əsasən psixoloji inkişaf dövrləri ilə bağlı səbəblərə görə meyillidirlər. Bu yaş mərhələsində şəxsiyyət formalaşır, özünü ifadə etmə və tanınma ehtiyacı artır. Sosial media isə bu ehtiyacı tez və görünən şəkildə qarşılayan bir mühit təqdim edir. “Bəyənmə”lər, şərhlər və izləyici sayı onların özünüqiymətləndirməsinə birbaşa təsir edir, bu da zamanla emosional asılılıq yaradır. Digər tərəfdən, sosial müqayisə prosesi də bu meyli gücləndirir. Gənclər tez-tez özlərini başqalarının “ideal” həyatları ilə müqayisə edir, bu isə daha çox təsdiq almaq istəyini doğurur. Beyindəki mükafat sistemi sosial mediadan gələn təsdiqlərlə aktivləşir və dopamin ifrazı nəticəsində bu davranış təkrar-təkrar axtarılır. Yəni, bu meyil həm psixoloji ehtiyaclarla, həm də texnoloji platformaların insan davranışını stimullaşdıran dizaynı ilə əlaqəlidir.

-Sosial medianın fərdi inkişafa təsiri daha çox müsbətdir, yoxsa mənfi?

-Sosial medianın fərdi inkişafa təsiri həm müsbət, həm də mənfi ola bilər. Bu, ondan necə və nə qədər istifadə edilməsindən asılıdır. Müsbət tərəfdən baxsaq, sosial media informasiya əldə etmək, dünyagörüşünü genişləndirmək, yeni bilik və bacarıqlar öyrənmək, yaradıcı fəaliyyətlə məşğul olmaq və sosial əlaqələr qurmaq üçün geniş imkanlar yaradır. Lakin nəzarətsiz və məqsədsiz istifadə hallarında bu platformalar gənclərdə vaxt itkisinə, diqqət yayınıqlığına, özünüqiymətləndirmə problemlərinə, psixoloji yüklənməyə və hətta asılılıq səviyyəsində davranışlara gətirib çıxara bilər. Yəni, sosial medianın fərdi inkişafa təsiri onun necə istifadə olunmasından asılıdır. Şüurlu və məqsədli istifadə inkişafetdirici ola bilər, nəzarətsiz və emosional boşluqları doldurmaq məqsədilə istifadə isə psixoloji risk yaradır.

-Sosial media detoksu nədir və praktik olaraq necə tətbiq oluna bilər? 

-Sosial media detoksu fərdin sosial şəbəkələrdən müəyyən müddətlik uzaq duraraq psixoloji və emosional rahatlıq qazanmağa çalışdığı bir prosesdir. Bu, sadəcə texnologiyadan uzaqlaşmaq deyil, eyni zamanda, sosial mediaya qarşı vərdişlərin şüurlu şəkildə yenidən qurulması və idarə olunmasıdır. Detoks müddətində insan öz diqqətini real həyatda baş verənlərə yönəldir, sosial müqayisədən və rəqəmsal yüklənmədən uzaqlaşır. Praktik olaraq bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk növbədə, gündəlik sosial media istifadəsinə limit qoymaq faydalıdır. Məsələn, bir saatdan artıq keçməməyə çalışmaq və ya müəyyən saatlarda tamamilə sosial mediaya girməmək. Digər vacib addım isə telefon və ya digər cihazlardan gələn bildirişlərin söndürülməsidir. Bu, təkrar-təkrar tətbiqlərə baxma ehtiyacını azaldır.

Bəzən sosial media tətbiqlərini müvəqqəti olaraq silmək və ya telefonun əsas ekranından uzaqlaşdırmaq da faydalı olur. Əldə edilən boş vaxt real ünsiyyət, kitab oxumaq, təbiətdə gəzmək və ya hobbilərlə məşğul olmaq kimi fəaliyyətlərlə əvəz oluna bilər. Ən əsası isə bu proses zamanı insan öz psixoloji ehtiyaclarını daha yaxşı tanıyır, sosial medianın həyatındakı yerini dəyərləndirir və daha balanslı bir münasibət formalaşdırır.

-Valideynlər və müəllimlər bu problemə necə müdaxilə edə bilərlər? Gənclərin bu vərdişdən uzaqlaşması üçün psixoloq kimi nə tövsiyə edərdiniz?

-Valideynlər və müəllimlər bu problemin həllində əsas rol oynayan dəstəkçi qüvvələrdir. Onların müdaxiləsi qadağa və təzyiq üzərində deyil, anlayış, maarifləndirmə və alternativ davranış modelləri üzərində qurulmalıdır. Əvvəlcə uşağın və ya gəncin sosial mediadan nə üçün bu qədər istifadə etdiyini anlamaq vacibdir- bu, boşluq hissidirmi, diqqət çəkmə ehtiyacımı, yoxsa sadəcə vərdişdir? Valideynlər evdə açıq və dostyana ünsiyyət mühiti yaratmalı, övladları ilə real həyatdakı maraqlı fəaliyyətlərdə (məsələn, idman, kitab oxumaq, ailəvi oyunlar) birlikdə iştirak etməlidirlər. Həmçinin uşaqlara zaman idarəsi və balanslı istifadə vərdişi öyrədilməlidir. Qadağa əvəzinə seçim təqdim etmək, uşağın da qərar prosesinə cəlb olunması daha sağlam nəticə verir. Müəllimlər isə məktəbdə sosial media ilə bağlı açıq müzakirələr apararaq bu platformaların müsbət və mənfi təsirləri barədə şagirdləri maarifləndirməlidir. Sosial medianın informasiya vasitəsi kimi faydalı istifadəsini təbliğ etmək, dərsdə rəqəmsal bacarıqların düzgün tətbiqi ilə bağlı nümunələr göstərmək faydalıdır. Psixoloq olaraq tövsiyəm odur ki, gənclərə sosial media ilə bağlı şəxsi sərhədlər müəyyənləşdirmək öyrədilsin. Onlara real həyatda özlərinin ifadə edə biləcəkləri mühitlər yaradılmalı, sosial bacarıqlar inkişaf etdirilməlidir. Həmçinin sosial media detoksu və rəqəmsal balans kimi mövzularla bağlı fərdi və qrup şəklində psixoloji maarifləndirmə tədbirləri təşkil etmək də mühüm rol oynaya bilər. Əsas məqsəd sosial medianı tamamilə həyatlarından çıxarmaq deyil, ondan sağlam və nəzarətli şəkildə istifadə vərdişini formalaşdırmaqdır.

Şəmsiyyə Əliqızı,”İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Daha sağlam, yaşıl və insan mərkəzli Bakı…

Next

TƏBİB: İyul ayı ərzində 8 milyona yaxın tibbi xidmət göstərilib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv