Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Postsovet ölkələrinə yeni hədə – “Rus dünyası” təhlükəsi

By Vüsal Rafiqoğlu
14.08.2025 4 Min Read

Duqinin “Çar var – beyin yoxdur” ifadəsi Putinin strategiyasının iflasa uğradığını göstərir; Rusiya “böyük dövlət statusunu” bərpa etmək hazırlığında – təhlil

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdə imzaladığı Birgə Bəyannamədən ən çox Rusiyanın narahat olacağı gözlənilirdi. Elə də oldu. Hərçənd Ukrayna məsələsinə görə rəsmi Moskva öz təlaşını, hələ ki, tam büruzə vermir.

Kremlə yaxın avrasiyaçı politoloq, mifik “Rus dünyası”nın əsas ideoloqlarından və təbliğatçılarından olan Aleksandr Duqin isə artıq özünə xas tərzdə hadisəyə reaksiya bildirib. O, Vaşinqton anlaşmasını “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb.

“Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu bərpa etmək zamanıdır”, – Duqin qəzəbini gizlətməyib.

Onun sözlərinə görə, saziş Rusiyanın gücsüzlüyünün sübutudur: “Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə, məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan şillədir”.

Kimdir Aleksandr Duqin?

Ardınca isə deyib: “Paşinyanı və Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir imperiyayıq, ya da ”müttəfiqlərimizin” bizə xəyanəti ilə barışmalıyıq. Ədalət olmasa, gələcəyimiz də yoxdur”.

Görəsən, hansı ədalətdən danışır Duqin? Nə demək “öz maraqlarını müdafiə eləməyə qadir imperiya” qurmaq, “böyük dövlət statusunu bərpa etmək zamanı”, yaxud “artıq postsovet məkanına da nəzarət etmirik” gileyi? Rusiya necə, hansı yolla “nəzarəti” və “böyük dövlət statusunu” bərpa edəcək? Ukraynadakı kimi?

Duqin həmçinin müasir Rusiyanın siyasi idarəetmə böhranını sərt tənqid edib. O, bugünkü durumu Rusiya imperiyasının son illəri və SSRİ-nin yenidənqurma dövrü ilə müqayisə edərək deyib ki, o zaman da formal hakimiyyət var idi – Çar, Siyasi Büro, KPSS, KQB və ərazilər üzərində (Qazaxıstan, Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Baltikyanı ölkələr) nəzarət mövcud idi, lakin strateji rəhbərlik yox idi. Duqin indi də eyni vəziyyətin yaşandığını bildirib: “Çar var, amma beyin yoxdur. Ölkə başsız toyuq kimi hərəkət edir.”

Bu açıqlama ekspertlər tərəfindən birbaşa Vladimir Putinə yönəlmiş siyasi ismarış kimi qiymətləndirilir. Çünki Putinin son illərdə əsas məqsədi Rus İmperiyasını genişləndirmək, “tarixi sərhədləri” bərpa etmək idi. O, bu iddia ilə Ukraynaya hücum etdi, “Şərqi slavyanların birləşdirilməsi” planını irəli sürdü. Lakin artıq 3 il yarımdır davam edən qanlı müharibə iki slavyan xalqını qarşı-qarşıya qoymaqla yanaşı, Rusiyanı beynəlxalq arenada tam təcrid vəziyyətinə salıb. Qərb dövlətləri sərt sanksiyalar tətbiq edib, Moskva diplomatik və iqtisadi blokada ilə üz-üzə qalıb.

Putinin yanlış siyasəti nəticəsində Rusiya təkcə nüfuz dairəsini genişləndirə bilmədi, əksinə, onu daraltdı. Cənubi Qafqazda əsas forpostu olan Ermənistanı itirdi, Azərbaycanla münasibətlər kəskin gərginləşdi. Bu, Rusiyanın regiondakı təsir imkanlarının xeyli zəifləməsi ilə nəticələndi. Duqinin “Çar var – beyin yoxdur” ifadəsi, əslində Kremlin mövcud strategiyasının iflasa uğradığını və idarəetmədə ideya boşluğunun yarandığını açıq şəkildə göstərir.

Professor Qabil Hüseynlinin 70 ili - yubilyara təbrik mesajı...

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, bu bəyanatlar Rusiyanın isterika içərisində olduğunu göstərir. Onun sözlərinə görə, Kreml strateji məğlubiyyətini etiraf edir və imperiya zehniyyətini gizlədə bilmir: “Danışan Duqin olsa da, əslində Putindir. Rusiya hirsindən dodaqlarını çeynəyir və fiaskoya uğrayan Ukrayna əməliyyatının altını çəkir. Bunun nəticələri onun postsovet məkanında, Cənubi Qafqazda, Suriyada mövqelərini itirməsidir. Duqin də bunu demək istəyir ki, biz keçmiş SSRİ məkanında ağa idik, ”arxa bağçamız” əlimizdən çıxıb. Xüsusən də Cənubi Qafqaz Rusiyanın “ürəyi” idi və Birləşmiş Ştatlar onu ürəyindən “vurdu”. Əgər Duqinin sahibi olan Kreml lideri səmimi şəkildə sülh istəsəydi, saziş Vaşinqtonda deyil, Moskvada paraflana bilərdi. Ancaq Rusiya sülh əleyhdarıdır, bölgəni hər zaman qarışdırmaq, münaqişə vəziyyətində saxlamaqda maraqlı olub. Belə bir qonşudan vaxtilə forpostu olmuş Ermənistan da uzaqlaşar, digər postsovet respublikaları da. Rusiya bu dövlətlər üçün cəlbedici deyil, çünki yaxşı heç nə təklif etmir. Ona görə də Duqin və Kreml sarayında olanlar Rusiyanın regionu nə üçün itirməsinin səbəblərini özlərində axtarmalıdırlar”.

Q.Hüseynli hesab edir ki, Rusiyanın Ukrayna cəbhəsində dişləri çəkilib və əvvəlki gücü qalmayıb: “Duqin də bunu etiraf edir. Bu səbəbdən, Rusiya təhlükəli olduğu qədər də zəifdir. Yəni onun yeni cəbhələr açmaq, postsovet ölkələrinə hücum üçün heyi qalmayıb. Üstəlik, ölkələrin tərəfdaşları, müttəfiqləri var. Artıq Cənubi Qafqaz və Orta Asiya təklənə bilməz. Biz Türkiyənin, ABŞ-nin, Çinin, Avropa Birliyinin hər iki regionda təsirlərinin artdığını bilməliyik. Rusiya əvvəlki ritorika ilə danışa bilməz. Ancaq, təbii ki, bölgə dövlətləri üçün təhlükəsiz də deyil. Rusiya təfəkkürünü, imperiya zehniyyətini, doktrinasını dəyişməyincə, qonşuları ilə normal münasibətlər qura bilməyəcək. Əgər bu ölkələr yaxın qonşunu qoyub uzaq Amerikaya, Avropaya pənah aparırsa, ona inteqrasiya etməyi seçirsə, deməli, səbəbi var. Rusiya isə qaba, təcavüzkar siyasətindən imtina etməlidir. Duqinin çıxışı da bu baxımdan əhəmiyyətlidir ki, Rusiya artıq şizofrenik yanaşmalar ortaya qoyur. Bu da məğlubiyyətin göstəricisidir. Uduzan tərəf həmişə qəzəbli olur. Mən ilk gündən demişdim ki, Rusiya Ukrayna müharibəsindən qalib çıxmayacaq və bu da nəticəsidir. İndi Putin Trampın ayağına gedir ki, sürünən savaşı dayandırsınlar. Çünki resurslar tükənir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğana “Ermənistanla sərhədi aç” tələbi – Bakıdan reaksiya

Next

Bakıda gündüz vaxtı maşına hücum etdilər – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv