Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan çörək ehtiyatını artırır – nəyə hazırlıq?

By Vüsal Rafiqoğlu
20.08.2025 5 Min Read

Rusiyadan asılılıq kəskin azalıb, əvəzində Qazaxıstandan idxal artıb; iqtisadçı deyir ki, dövlət əkin sahələrinin azaldığını gördükdən sonra daha çox ehtiyat yaratmaq qərarına gəlib

Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını 56% artırıb. Ekspertlər deyir ki, idxalın artması daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər idxalın artmasının daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıdığını göstərir.

Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 56% artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə ölkəyə 602 255 ton buğda idxal edilib. Buğdanın dəyəri 130,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 216 min ton və 45 milyon dollar çoxdur. Dünyanın bir çox ölkəsində buğda əsas ərzaq məhsulu hesab olunur və ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Əhalisi çörək və un məmulatlarını sevən və bu qidalardan daha çox istifadə edən ölkəmiz üçün isə ərzaqlıq buğdanın sabit təchizatı xüsusilə vacibdir.

2024-cü ilin statistikasına əsasən, Azərbaycanın buğda idxalının əsas hissəsi Rusiya və Qazaxıstanın payına düşür. Regionda baş verən gərginliklər fonunda buğda ticarətində hər hansı risklərin olmasının un və çörək məhsullarının qiymətinə təsiri narahatlıq doğurur.

Hazırda ərzaqlıq buğda ilə ölkənin özünü təmin etməsi istiqamətində bir sıra tədbirlər görülür. Lakin hələ də daxili istehsal ümumi tələbatı tam qarşılamaq gücündə deyil: “Faktiki olaraq Azərbaycanın bu sahədəki tələbatının yalnız 40 faizi yerli istehsal hesabına ödənilir, 60 faizi isə idxalla təmin olunur. Bu ilin ilk altı ayında buğda idxalında ciddi artım müşahidə olunur. Bu artım əsasən Rusiya və qismən də Ukrayna bazarları hesabına baş verir. İdxalın ilin əvvəlində artması isə istehsalda azalma siqnalı deyil, daha çox daxili ehtiyatların tənzimlənməsi və planlı tədarük siyasəti ilə bağlıdır. Əvvəllər idxal əsasən payız və qış aylarında baş tuturdusa, bu il tədarük prosesi daha erkən mərhələyə çəkilib.

Bəs idxalın artmasının səbəbləri nədir? Rusiya Azərbaycana buğda ixracını məhdudlaşdıra bilərmi?

Məlumat üçün bildirək ki, buğda bitkisinin əkini adətən payız fəslində həyata keçirilir. Payızlıq buğdanın səpin prosesi dağlıq ərazilərdə dəniz səviyyəsindən 1000-1400 metr yüksəkliklərdə sentyabrın ayının sonlarına təsadüf edir. Müvafiq səviyyədən aşağı olan ərazilərdə səpin oktyabr ayında həyata keçirilir. Hündürlüyün azalması ilə əlaqədar olaraq səpin prosesi oktyabrın birinci və ikinci ongünlüyünə qədər uzana bilir. Ölkəmizdə payızlıq buğdanın səpini əksərən oktyabr ayının sonuna qədər yekunlaşır. Ümumilikdə buğda səpini orta dağlıq zonalarda sentyabrın 1-dən 20-dək, dağətəyi zonalarda sentyabrın 25-dən oktyabrın 10-dək, aran zonalarında isə oktyabrın 20-dən noyabrın 10-dək davam edir. Ümumilikdə, buğda çeşidindən asılı olmayaraq, əkin işlərinin payızın sonu və qışın əvvəlində aparılması tövsiyə olunur.

Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Mərkəzi Qərargahın iyul ayına olan məlumatına görə,  ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başa çatıb. Ümumilikdə 707 197 hektar sahədən 2 milyon 386 min 294 ton məhsul yığılıb. Bu mövsüm taxıl üzrə orta məhsuldarlıq 33,7 sentner/hektar təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sentner/hektar daha yüksəkdir.

Biçinin gedişinə nəzər salsaq indiyədək 311 171 hektar buğda və 396 026 hektar arpa sahəsi biçilib. Bu sahələrdən müvafiq olaraq 1 milyon 131 min 941 ton buğda və 1 milyon 254 min 352 ton arpa əldə edilib. Buğda sahələrinin 62,8 faizində, arpa sahələrinin isə 91,2 faizində biçin artıq yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sentner/hektar, arpa üzrə isə 31,7 sentner/hektar qeydə alınıb. Qeyd etmək lazımdır ki, Abşeron, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar və Yevlax rayonlarında biçin tam başa çatıb.

Son illər ölkədə buğda istehsalında müəyyən narahatedici məqamlar yaranıb. Buğdanın əkin sahəsi 2019-cu ilə nisbətən 18,5 faiz azalaraq 546,3 min hektar olub, istehsal həcmi isə 2023-cü ilə nisbətən 8,1 faiz  azalaraq 1 milyon 685 min 700 tona düşüb.

Buğda istehsalının əsas yükü ölkənin 10 rayonunun üzərinə düşür ki, bu rayonlar ümumi istehsalın 44,5 faizdən çoxunu təmin edir. Ən çox buğda istehsal edən rayonlar Cəlilabad (10,9%), Ağcabədi (5,6%), Füzuli (5,2%), İsmayıllı (3,9%), Şəki (3,8%), Hacıqabul (3,7%), Sabirabad (3,2%), Saatlı (3,2%), Beyləqan (2,8%) və Ağsu (2,7%) olub.

xalid.jpg (27 KB)

 Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Təkcə buğda deyil, ümumiyyətlə, payızdan sonra kənd təsərrüfatı məhsullarının yığım statistikaları müqayisə olunur. Əsasən də dənli bitkilərin yığımı payızda baş verir. Dənli və paxlalı bitkilərin əkin sahələri barədə fikir bildirmək olar. Bu sahələr keçən illə müqayisədə 5 faizə qədər azalıb. Ümumilikdə isə buğdanın əkin sahəsi keçən illə müqayisədə 12,3 faiz daha az olub. Bu il buğda 479 min hektarda əkilib, halbuki əvvəlki il bu rəqəm 546 min hektar idi. Yəni əkin sahələrində 12,3 faiz azalma müşahidə olunur.

Qeyd edilir ki, bu, sırf yerli istehsalın azalması ilə bağlı deyil. Lakin əkin sahələrinin azalması, təbii ki, yerli istehsalda da azalma olacağına işarə edir. Statistik göstəricilər ilin ilk yarısı üçün tamamilə doğrudur: idxal 56 faiz artıb. İdxalın strukturunda da kəskin dəyişiklik müşahidə olunur. Əvvəlki illərdə, xüsusilə pandemiyadan sonra və müharibə dövründə Ukraynanın payı azalmışdı. Qazaxıstandan isə çox az miqdarda buğda idxal olunurdu. Amma bu ilin statistikasında görürük ki, idxal strukturunda Qazaxıstanın payı artıb, Rusiyanın payı isə azalıb. Yəni idxalın 56 faiz artması ilə paralel olaraq struktur dəyişikliyi də baş verib. Beləliklə, Rusiyadan asılılıq kəskin azalıb, əvəzində Qazaxıstandan idxal artıb.

Bunun səbəbləri təkcə siyasi deyil, həm də iqtisadidir. Belə ki, bu ilin yanvarından Qazaxıstan buğda ixracı üçün marşrutlardan asılı olaraq subsidiya verməyə başlayıb. Təqribən hər ton üçün 20-30 min tengelik subsidiya verilir. Bu proses ilin yanvarından tətbiq olunmağa başlanıb. Təbii ki, bu da bizim idxalçıların alış trayektoriyasına təsir göstərir. Verilən subsidiyalar alış qiymətini ucuzlaşdırır. Bu amil nəqliyyat xərclərini də aşağı salır və nəticədə Qazaxıstandan almaq daha sərfəli olur.

Amma onu da qeyd etmək lazımdır ki, əsas səbəblərdən biri də budur ki, biz buğda idxalını sırf siyasi məsələlərə görə Rusiyadan azaltmamışıq, daha çox iqtisadi səmərəliliyə görə bu dəyişiklik baş verib”.

İqtisadçı əlavə edib ki, struktur dəyişikliyində əsas rol Qazaxıstandan alışların artması, Rusiyadan isə nisbətən azalmasıdır: “Təbii ki, burada siyasi məqamlar da var. Çünki deyildiyi kimi, buğda strateji ərzaq məhsulu hesab olunur. Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi yaradılıb və qurumun ən çox ehtiyat etdiyi məhsul buğdadır. Həmçinin əkin sahələrinin azaldığını gördükdən sonra daha çox ehtiyat yaratmaq qərarına gəliblər. Təbii ki, burada siyasi amillər də əsas rol oynayıb. Amma digər tərəfdən bunu buğda istehlakının kəskin artması ilə əlaqələndirmək olmaz. Çünki Azərbaycanda buğdaya tələbat sabit templə artır. Yəni taxıla olan tələbat əhalinin artımı ilə paralel olaraq nisbətən sabit faizlərlə yüksəlir. Əsas ehtiyacların ödənilməsi üçün ehtiyatların yaradılması vacib sayılır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Laçın şəhərinin azad olunması Zəfər tariximizin parlaq səhifəsidir

Next

Antibiotik qəbul edərkən hansı qidaları yemək olmaz? – Həkimdən məsləhətlər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv