Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qarabağ və Şərqi Zəngəzurun bərpası milli birlik və dayanıqlı inkişaf üçün möhkəm təməl yaradır

By Vüsal Rafiqoğlu
26.08.2025 4 Min Read

Otuz ildən sonra azad edilən Qarabağ və Şərqi Zəngəzur bu gün yeni həyatın, quruculuğun və davamlı inkişafın mərkəzinə çevrilib. Tarixi Zəfərimizin yaratdığı imkanlar sayəsində Böyük Qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir, doğma torpaqlara qayıdan hər bir vətəndaş üçün müasir və layiqli yaşayış şəraiti yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu bölgələri sürətlə canlandırır, onları Azərbaycanın sosial, iqtisadi və mədəni həyatının fəal tərkib hissəsinə çevirir.

Bu gün dövlət siyasətinin əsas hədəflərindən biri kimi Qarabağ və Şərqi Zəngəzurun bərpası strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin hüquqi və praktiki bazasını isə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Böyük Qayıdışa dair I Dövlət Proqramı” təşkil edir. Sözügedən proqram Azərbaycanın 2030-cu ilə qədər olan inkişaf strategiyasında müəyyən edilmiş beş milli prioritetdən biri kimi Böyük Qayıdış prosesinə əsaslı və planlı yanaşmanı təmin edir. Artıq bu sənədin icrası nəticəsində nəzərdə tutulan tədbirlər ardıcıl və sürətli şəkildə reallaşdırılır. Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” modeli əsasında yenidən qurulması və köçürülən əhalinin orada müasir şəraitdə yaşaması bu prosesin ilk real nəticələrindəndir. Azərbaycan, Böyük Qayıdış prosesini tamamilə öz daxili resursları və maliyyə imkanları hesabına həyata keçirərək bir nümunəvi model ortaya qoyur. Dövlət siyasətində prioritet kimi müəyyən olunan işğaldan azad edilmiş ərazilərin bərpası, bölgənin yenidən dirçəldilməsi və sabit əhali həyatının təmin edilməsi məqsədi ilə böyük maliyyə və intellektual resurslar səfərbər olunub. Nəticə etibarilə, bu gün Qarabağ və Şərqi Zəngəzurda şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, enerji xətləri, su təchizatı sistemləri sıfırdan inşa olunur. Ölkəmizin heç bir xarici dəstəyə ehtiyac duymadan bu qədər genişmiqyaslı layihələri gerçəkləşdirməsi həm iqtisadi müstəqilliyin, həm də siyasi iradənin göstəricisidir. Ermənistanın dağıtdığı mədəni, dini və tarixi irs bərpa olunur, yeni təhsil, səhiyyə, mədəniyyət və sosial obyektlər tikilir. Bütün bunlar onu deməyə əsas verir ki, qısa zamanda həyata keçirilən bu layihələr Azərbaycanın milli gücünü, dövlət başçısının siyasi qətiyyətini və xalqın iradəsini əks etdirir.

İşğaldan azad olunmuş ərazilərdə enerji və sənaye infrastrukturunun bərpası Azərbaycanın bu bölgələrdə iqtisadi canlanmanı hədəfləyən sistemli siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses çərçivəsində bölgələrin yaşıl enerji zonasına çevrilməsi prioritet istiqamət kimi müəyyən edilib. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası artıq yaşıl enerji strategiyasının əsas icra məkanına çevrilməkdədir. Bu yanaşma yalnız ekoloji deyil, həm də iqtisadi dayanıqlılığın təmin edilməsində əsas rol oynayır.

Böyük Qayıdış proqramı təkcə köç prosesindən ibarət deyil, əhatəli bərpa, quruculuq və inkişaf mərhələlərini özündə birləşdirən strateji bir yol xəritəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, müasir infrastrukturun qurulması, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin reallaşdırılması, yeni istehsal və iqtisadi obyektlərin yaradılması bu bölgələri yenidən dirçəldir. Ərazilərin minalardan təmizlənməsi və yaşıllıqların salınması da daxil olmaqla həyata keçirilən bütün tədbirlər keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə doğma torpaqlarına qayıdışını təmin etməyə yönəlib.

Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq real nəticələrini verməkdədir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin uğurla icrası bu bölgələrin sürətlə canlanmasına şərait yaradıb. Zəngilanın Ağalı kəndindən başlanan köç prosesi artıq digər azad edilmiş əraziləri də əhatə edir. Məcburi köçkünlər illər sonra doğma torpaqlarına sevinc və fərəh hissi ilə qayıdır, burada həyat yenidən qurulur. Qayıdan əhalidən əlavə, bölgələrdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, mütəxəssislər və müxtəlif sahələr üzrə işçilər də burada məskunlaşıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır ki, bu da Böyük Qayıdışın artıq praktiki mərhələyə keçdiyini göstərir.

Prezident İlham Əliyevin “Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək” fikri bu gün gerçəkliyə çevrilməkdədir. Azad olunmuş ərazilərdə aparılan quruculuqla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni və dini abidələrin bərpası sahəsində mühüm işlər görülür. Bu ərazilərə təkcə keçmiş məcburi köçkünlər deyil, beynəlxalq diqqət də yönəlməkdədir. Şuşa və Xankəndidə keçirilən nüfuzlu tədbirlər bölgənin qlobal mədəni və siyasi mərkəzə çevrildiyini göstərir. Bütün bu uğurlar ölkəmiz üçün qürurvericidir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri ilə yanaşı, iqtisadi reinteqrasiyanın sürətləndirilməsi də dövlətin prioritet hədəflərindən biridir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları bu istiqamətdə atılan mühüm addımlardandır. Burada sahibkarlar üçün yaradılan vergi və gömrük güzəştləri, sosial sığorta subsidiyaları, həmçinin kommunal xərclərə maliyyə dəstəyi bölgədə sahibkarlığın inkişafını stimullaşdırır və investisiya mühitini daha da cəlbedici edir. Bu tədbirlər azad olunmuş ərazilərin iqtisadi canlanmasına ciddi təkan verir.

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin əsas istiqamətlərindən biri də sahibkarlığın və turizmin inkişafıdır. Bu məqsədlə sahibkarlar üçün maliyyə əlçatanlığı artırılır, güzəştli kreditlər təqdim olunur. Regionun zəngin turizm potensialını nəzərə alaraq, infrastrukturun yenidən qurulması və müasir xidmət sahələrinin yaradılması diqqət mərkəzindədir. Hazırda bölgədə müxtəlif turizm növlərinin inkişafı üçün əlverişli şərait mövcuddur. Şuşa, Xankəndi, Zəngilan və Ağdamda artıq bir neçə hotel və konqres mərkəzi istifadəyə verilib. Paralel olaraq, rayonlarda İşğal və Zəfər muzeyləri komplekslərinin layihələndirilməsi aparılır ki, bu da həm turizmin, həm də milli yaddaşın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan xalqının necə böyük qurucu xalq olduğunu açıq şəkildə göstərir. Bu gün biz Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəlməsi, insanların doğma yurdlarına geri dönüşü və keçmiş məcburi köçkünlər üçün daha yaxşı həyat şəraitinin təmin olunması dövrünü yaşayırıq. Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə regional inkişafın deyil, həm də milli birliyin və dövlətimizin gələcək uğurlarının təməlidir. Bu proses ölkəmizin dayanıqlı inkişaf strategiyasını gücləndirir, regionun sülh və sabitlik məkanına çevrilməsinə şərait yaradır. Gələcəkdə bu ərazilərin iqtisadi potensialı və mədəni zənginliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq, ölkəmizi daha möhkəm və birləşdirici gücə çevirəcəkdir.

Şəmsiyyə Əliqızı, “İki sahıl”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib – VİDEO

Next

«Türk əsri» ifadəsi sözdə deyil, əməldə də özünü doğruldur

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv