Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Rus bölməsi üzrə tarix fənnindən güzəştlər ediləcək? – DİM-dən AÇIQLAMA

By Vüsal Rafiqoğlu
26.08.2025 3 Min Read

Xəbər verildiyi kimi, 2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək. Lakin proses artıq bəzi çətinlikləri üzə çıxarıb. Problem ondadır ki, çox sayda rusdilli məktəblərdə Azərbaycan tarixini ana dilində tədris edə biləcək müəllim kadrları çatışmır. Təhsil ekspertləri hesab edir ki, qərar düzgün olsa da, öncə kadr təminatı məsələsi həll edilməli idi. Maraqlıdır ki, ölkədə işsiz müəllimlərin sayı təxminən 60 min nəfərdir. Bəzi mütəxəssislər bildirir ki, hazırda rus bölmələrində tarix fənnini tədris edən müəllimlərin Azərbaycan dilində dərs keçməsi şagirdlərin həm Azərbaycan, həm də rus dilində fənni mənimsəməsinə çətinlik yarada bilər. Yeni qərarı kadr potensialı və şagird bacarığı nəzərə alınmadan verilmiş “səriştəsiz və yanlış” addım kimi qiymətləndirənlər də var. Digər problem isə tarix fənnindən dərsliklərin mürəkkəb, anlaşılmayan dildə hazırlanmasıdır. Valideynlər də bununla bağlı illərdir narazılıqlarını bildirirlər.

Övladı rus bölməsində təhsil alan valideyn Gülnar Kərimli Musavat.com-a narahatlığını belə çatdırıb:

“Tarix dərslikləri elə mürəkkəb dildədir ki, mən özüm də tam başa düşmürəm. Oğlum 9-cu sinifdə rus bölməsində oxuyur və rus dilində çətinlik çəkir, indi Azərbaycan dilində olacaqsa, onun üçün lap çətin olacaq. Qorxuram ki, qəbul imtahanında heç bir nəticə əldə etməsin. Xahiş edirəm, DİM-dən açıqlama verilsin: tarix fənnindən aşağı bal toplasa, uşaqlarımız üçün hər hansı güzəştlər nəzərdə tutulacaqmı?”

Qeyd edək ki, hazırda ölkədə ümumtəhsil məktəblərinin bir hissəsi rus sektorunda fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü il tədris ilində ölkə üzrə 1.6 milyona yaxın şagird təhsil alıb və onların təxminən 10%-i rus bölməsindədir. Bu, minlərlə şagirdin dil baryeri səbəbindən tədris prosesi ilə bağlı çətinliklər yaşaya biləcəyini göstərir. Rus sektorunda “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədrisi məsələsində əsas müzakirə olunan məqam, rusdilli uşaqların bu materialı tam şəkildə qavramaqda çətinlik çəkə biləcəyidir. Ekspertlərin fikrincə, Azərbaycanın təhsil siyasətində dövlət dilinin qorunması əsas prioritetlərdən biridir, lakin dövlətin təhsil hüququnu təmin etmək öhdəliyi də nəzərə alınmalıdır. Qeyd edilir ki, rus sektorunda təhsil alan şagirdlər üçün Azərbaycan tarixi dərsinin Azərbaycan dilində tədrisi onların bu fənni tam mənimsəməsinə mane olursa, bu, təhsil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Burada əsas məsələ balansın tapılmasıdır. Dövlət dili tədris edilməli və qorunmalıdır, eyni zamanda şagirdlərin tədris materialını tam qavraması üçün onların dillə bağlı ehtiyacları nəzərə alınmalıdır. Bu problemi həll etmək üçün ilk növbədə, “Azərbaycan tarixi” dərsliyi və digər resurslar rus dilində çap edilməlidir. Dərs Azərbaycan dilində tədris olunmağa davam edə bilər, lakin şagirdlər üçün tərcümə edilmiş materialların mövcudluğu onların fənni daha yaxşı mənimsəməsinə imkan verər. Eyni zamanda müəllimlərə ikidilli tədris texnikası üzrə əlavə təlimlər keçirilməlidir ki, onlar rus sektorundakı şagirdlərə materialı daha effektiv şəkildə çatdıra bilsinlər.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə məsələ ilə bağlı fikrini Musavat.com-la bölüşüb:

“Qayda belədir ki, müsabiqədə iştirak etmək üçün qəbul imtahanlarında ümumi 200 bal (hər iki mərhələnin cəminə görə), imtahanın ikinci mərhələsində isə ən az 100 bal toplamaq tələb olunur. Bəzi ixtisaslarda (məhdud sayda) müsabiqə şərti analoji olaraq 150 və 50 baldır. Fənlər üzrə ayrıca bal məhdudiyyəti tətbiq olunmur. Sadəcə olaraq rus bölməsində təhsil alan şagirdlər əlavə olaraq dövlət dili kimi, Azərbaycan dilindən imtahan verirlər. Burada 100 baldan ən az 50 bal toplamaq tələb olunur ki, müsabiqədə iştirak etmək hüququ əldə olunsun. Güzəşt deyil, ümumi qaydadır ki, hər hansı fənn üzrə bal məhdudiyyəti tətbiq olunmur”.

Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İran Avstraliyanı cavab tədbirləri ilə HƏDƏLƏDİ

Next

Sabah metro gücləndirilmiş rejimdə işləyəcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv