Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Azərbaycan gəncliyi dünyada ən nümunəvi olacaq”

By Vüsal Rafiqoğlu
28.08.2025 3 Min Read

Elçin Mirzəbəyli: “Gələcəyin milli sahibkarlarının yetişdirilməsi haqqında ciddi şəkildə düşünməliyik”

Son onilliklərdə dünya sürətlə dəyişir. Qloballaşma prosesləri, informasiya texnologiyalarının inkişafı, sərhədsiz ünsiyyət imkanları insan həyatını asanlaşdırmaqla yanaşı, yeni çağırışlar da yaradıb. İctimai münasibətlərdən tutmuş ailə dəyərlərinə qədər hər bir sahədə köklü dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin ən çox təsir göstərdiyi təbəqə isə gənclərdir. Çünki cəmiyyətin gələcəyi məhz onların dünyagörüşündən, həyat seçimlərindən və milli kimliklə bağlı mövqelərindən asılıdır. Azərbaycan cəmiyyəti üçün bu məsələ xüsusilə həssasdır.

Biz son yüzilliklərdə həm müstəqillik, həm də itkilər yaşamış, müharibələrin ağrılarını dadmış, eyni zamanda böyük qələbələrin sevincini görmüş bir xalqıq. Belə bir tarixi yaddaşa malik toplumun gələcək nəsillərinin üzərinə düşən məsuliyyət digər xalqlara nisbətən daha ağırdır. Gənclər sadəcə müasir peşə biliklərinə yiyələnməklə kifayətlənməməli, həm də milli kimliyi, dövlətçilik düşüncəsini və mənəvi dəyərləri gələcəyə daşımalı olmalıdırlar.

Müstəqillik illərində Azərbaycan dövləti gənclər siyasətinə xüsusi diqqət ayırıb. Təhsil imkanlarının genişləndirilməsi, beynəlxalq mübadilə proqramları, gənclərin sosial layihələrdə iştirakı bu siyasətin mühüm tərkib hissəsidir. Amma reallıq göstərir ki, təkcə dövlət dəstəyi kifayət deyil. Cəmiyyətin bütün təbəqələri, ailə institutundan başlayaraq özəl sektora qədər hər kəs bu işdə fəal olmalıdır. Çünki gənclərin yetişməsi yalnız siyasi qərarlarla təmin olunmur, onların formalaşmasına gündəlik həyat, ətraf mühit və ictimai münasibətlər də birbaşa təsir göstərir. Azərbaycan gəncliyi bu gün iki mühüm yol ayrıcında dayanır: bir tərəfdə qloballaşmanın gətirdiyi sərhədsiz imkanlar və cazibədar modellər, digər tərəfdə isə milli kimliyi qorumaq və dövlətçiliyin möhkəmlənməsinə xidmət etmək vəzifəsi. 

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli 

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, cəmiyyət, nəsillər arasındakı mənəvi bağlar qırılanda, milli identikliyin genetik kodları sayıla biləcək dəyərlər “keçmişin qalığı” kimi ayaqlar altına atılanda deqradasiyaya uğrayır, özünqoruma instinkti korşalır, milli immun sistemi paramparça olur: “Bütövlükdə, ölkəmizin yeni dövrdə Azərbaycan gəncliyindən gözləntiləri ilə bağlı fikir yürüdə bilmərəm. Belə bir səlahiyyətim, iddiam və istəyim yoxdur. Olduqca mürəkkəb bir zaman kəsiyindən, ictimai-siyasi kataklizmlərdən keçmiş, məğlubiyyətin acısını, Zəfərin qürurunu yaşamış bir azərbaycanlı olaraq, gənclərimizdən yeganə gözləntim Azərbaycan tarixinə, dilinə, mədəniyyətinə əbədiyyətədək sahib çıxmaları, özlərini böyük dövlətçilik ənələrinə, yüksək mədəniyyətə, fitri istedada, sarsılmaz iradəyə, qətiyyətə malik qürurlu bir xalqın nümayəndələri kimi yetişdirmələridir. İnsan da, millət də təkcə gələcəyinə deyil, keçmişinə də sahib çıxanda böyük olur”.

Deputatın sözlərinə görə, siyasətçinin də, həkimin, mühəndisin və digər peşə sahiblərinin də bir Azərbaycan vətəndaşı kimi obrazlarının və fəaliyyətlərinin bütün rəngləri bayrağımızın üzərində yer alıb: “Siyasi proseslərə də, gündəlik həyata da bayrağımızın rənglərinin daşıdığı məna yükündən çıxış edərək yanaşmağa üstünlük verirəm. Hazırda peşəkar siyasətlə və siyasi analitika ilə məşğul olan soydaşlarımızın arasında gənclərimizin sayı az deyil. Amma çox da deyil… Bu da təbii qəbul olunmalıdır. Siyasətçi siyasi proseslərin labirintlərindən keçərək formalaşır, “istixana”larda yetişdirilmir. Hazırda fəal siyasətlə məşğul olan gənclərimizin arasında perspektivlərinə böyük ümidlər bəslədiyim gənclər var. Çox sevinirəm ki, peşəkar siyasətlə, siyasi analitika ilə məşğul olan gənclərimizin arasında qadınlarımızın sayı getdikcə artır. Bu çox vacib faktordur. Həyatın bütün sahələrində olduğu kimi siyasətdə də harmoniyanın qorunub saxlanmasına çox böyük ehtiyac var. Qadınların olduğu yerdə isə mütləq harmoniya olur”.

E.Mirzəbəyli zaman-zaman gənclərlə bağlı xüsusi dövlət proqramının qəbul edilməsi ilə bağlı səslənən təkliflərə də münasibət bildirdi: “Dövlətimiz mütəmadi olaraq, gənclərlə bağlı müxtəlif proqramlar qəbul edir. Amma bütün digər istiqamətlərdə olduğu kimi, gənclərlə bağlı proqramların qəbul edilməsində və həyata keçirilməsində bütün yükün dövlətin üzərinə qoyulmasının da tərəfdarı deyiləm. Özəl sektorun bu prosesdə daha fəal olmasını arzulayardım. Xüsusilə də təhsil proqramlarının hazırlanıb həyata keçirilməsində… Bu gün ölkəmizdə qeyri-enerji sektorunun inkişafına böyük ehtiyac var. Bu baxımdan gənc iş adamlarının arasından ən yaxşılarının seçilərək, onların inkişafına dəstək verilməsini zəruri hesab edirəm. Biz gələcəyin, sözün əsl mənasında milli sahibkarlarının yetişdirilməsi haqqında ciddi şəkildə düşünməliyik”.

Yazını hazırladı: Nigar HƏSƏNLİ

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Next

Beynəlxalq təşəbbüslərdə qarşılıqlı dəstək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv