Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Hələbdəki qərib məzar…

By Vüsal Rafiqoğlu
29.08.2025 3 Min Read

İnsan anadan olduğu torpağın övladıdır, öldüyü yox

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər.

Xəbər verilir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır. Bu, müstəqil ölkəmizin ədəbi ictimaiyyətinin, şair və yazıçılarının, ədəbiyyatşünasların çoxdankı arzusudur.

Belə ki, deyilənlərə görə artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin danışıqlar aparılıb, Suriya hökumətinə məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illər hərbi münaqişənin davam etdiyi bu şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb, ruhu incidilib. Həyatı narahat keçən böyük şairin ruhunun əziyyət çəkməsini qəbul etməyən Azərbaycan ictimaiyyəti nəhayət, onun cənazəsinin qalıqlarının  anadan olduğu dogma Vətəninə gətirilməsini səbirsizliklə gözləyir. Nəsimi Yaxın Şərqin ən böyük şairlərindən biri idi. Dövründə ona bərabər şair yox idi desək, səhv olmaz. Ərəb, fars və türk dillərində gözəl qəzəllər və rübailər yazırdı. Hətta düşmənləri belə onun şeirlərindən feyziyab olurdular.

Xatırladaq ki, Nəsiminin türk divanının 1926-cı il Bakı kütləvi nəşri təkcə şairə münasibətdə yox, bütünlükdə türkdilli hürufi mətnlərinin yenidən elmi dövriyyəyə çıxarılmasında tarixi rol oynadı. Nəsimi divanının görkəmli ədəbiyyatşünas Salman Mümtaz tərəfindən nəşrindən əvvəlki daş basımı 1844-cü ildə İstanbulda buraxılmışdı. Aradan 80 ildən çox vaxt keçmişdi. Ən mühümü o idi ki, Nəsimi irsi onun vətənində zirvə şairlərindən biri kimi bərpa edildi. Məhz Bakıda şairin hürufi əqidəsi onun sevilməsinə və qiymətləndirilməsinə mane olmadı. Hürufilik isə bu gün Azərbaycan alimləri tərəfindən xalqımızın dini-fəlsəfi irsinin qiymətli hissəsi kimi araşdırılır.

Vurğulamaq lazımdır ki, 1973-cü ildə o zaman Azərbaycanın rəhbəri olan Ümummilli Liderimiz Heydər Əliyev Nəsiminin yubileyinin qeyd edilməsi barədə xüsusi qərar verdi və çox sevdiyi şair üçün Azərbaycan tarixində və ədəbiyyatında  görunməmiş bir yubiley təşkil etdi. Ulu Öndər əvvəlcə Suriyaya gedərək görkəmli şairin məzarının abadlaşdırılmasını təşkil etdi və sonra abidəni ziyarət etdi. Həmin il şairin 600 illiyi UNESKO xətti ilə dünyada qeyd edilirdi. Bu yubiley münasibətilə nəsimişünaslığı yeni mərhələyə çıxaran elmi və təbliği işlər görüldü. İlk dəfə olaraq şairin dünya kitabxanalarında saxlanan bütün anadilli şeirləri üç cilddə çap edildi. Şairin dilinin lüğəti buraxıldı, adı rayonda və AMEA-nın Dilçilik İnstitutunda əbədiləşdirildi, nəşrlərinə geniş elmi şərhlər yazıldı, haqqında bədii film çəkildi, paytaxtda heykəli ucaldıldı. İlk dəfə idi ki, yubiley tədbirlərinə xərclənən vəsaitə heç bir məhdudiyyət yox idi. Çünki əhəmiyyətlisi pul deyil, görülən işlər əsas sayılırdı. Bakı yenidən nəsimişünaslığın mərkəzinə çevrildi. Biz Nəsimini milli tarixi və bədii irsimizin misilsiz nailiyyəti kimi yenidən dərk etdik. Nəticədə Türkiyə və İranda da Nəsimi irsinə maraq artdı, yeni elmi kitablar və nəşrlər meydana gəlməyə başladı. Azərbaycanda  Salman Mümtazın davamçıları olan Həmid Araslı, Zümrüd Quluzadə, Cahangir Qəhrəmanov, Rüstəm Əliyev, Məmmədəli Əsgərov, Əliyar Səfərli, Qəzənfər Paşayev və digər nəsimişünaslar yetişdi, ədəbi və elmi fikrimizi zənginləşdirdi.

Ədəbiyyatımızı və dilimizi sevənlər, elmi ictimaiyyət, söz və sənət adamları Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Prezidentin 11 yanvar tarixli sərəncamını razılıqla qarşıladılar. Bu, müstəqil dövlət quruculuğunun ən fundamental istiqamətlərindən biridir. 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib.

2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. Əlamətdar hadisənin layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Bəs şairin Suriyaya getməsinin və orada yaşamasının səbəbi nə ilə bağlı idi? Nəsimi yaşadığı dövrdə sufi şairi olduğuna görə Teymurilərin və mühafizəkar dini hakimiyyətin təqib və təzyiqlərinə məruz qoyulub. Hürufilik təliminə görə Allah insanın surətində təcəlli edir. Bunu yaydığına, ”Ənəlhəqq”, yəni “Allah mənəm” dediyinə görə o, kafir elan olunub və tutulduğu yerdə öldürülməsinə fitva verilib.

Nəsimi mürşüdü şeyx Fəzlullah Nəiminin qızı ilə ailə qurub.  Din şairin haqqında ölüm hökmü çıxardıqdan sonra o, labüd ölümdən yaxa qurtarmaq üçün Suriyaya gedib. Bir müddət Türkiyədə və İraqda dərviş kimi gizli həyat keçirib. Buna baxmayaraq, el arasında yayılan şeirləri sevilərək dillər əzbəri olub. Ölümü barədə müxtəlif versiyalar irəli sürülüb. Lakin bu qətl haqqında əsl həqiqət tarixin dərin qatlarında qalıb.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Moskvanın “arxa bağça” xülyası bitdi – Cənubi Qafqazdan silinir!

Next

Sağlam ürək, güclü gələcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv