Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Payız gəlməmiş ət bahalaşdı

By Vüsal Rafiqoğlu
29.08.2025 6 Min Read

Azərbaycanda daxili bazarın mal və quzu əti ilə təminatında idxalın payı getdikcə artır

Bakıda mal və quzu ətinin qiymətində yeni artım müşahidə olunur. Müşahidələr göstərir ki, hər iki ət növündə 1 kiloqramda 1 manat artım baş verib. Hazırda mal əti qiyməti 16-20 (sümüklü və sümüksüz fərqi ilə), quzu əti isə 20-23 manat arasında dəyişir. Ət satışı ilə məşğul olan sahibkarlar qiymət artımını iribuynuzlu heyvanların sayının azalması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, əvvəllər 16,50 manata satdıqları mal ətini indi eyni qiymətə – 16,50 manata özləri almalı olurlar. Sahibkarlar bildiriblər ki, mal-qara saxlayanların sayının azalması bazarda təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb olub. 

Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 220 231 baş inək və camış olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalma deməkdir. Qoyun-keçi sayı qeyd olunan dövrdə illik müqayisədə 3,4 faiz azalaraq 6 milyon 886 535 başa düşüb.

Nə qədər paradoksal olsa da, baş sayının azalması ət-süd istehsalında artımla müşayiət olunub. Belə ki, rəsmi statistikaya əsasən 2025-ci ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə 335,3 min ton ət, 1315,5 min ton süd  istehsalı qeydə alınıb, bu, əvvəlki ilin eyni dövründəkindən müvafiq olaraq 1,2 faiz  və 0,3 faiz çoxdur.

Qeyd edək ki, son bir ildə bütün dünyada mal və qoyun əti qiymətlərində artım müşahidə olunur. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən iyulda qlobal Ət Qiymətləri İndeksi orta hesabla 127,3 bənd təşkil edərək yeni rekord həddə çatıb. Bu göstərici iyun ayı ilə müqayisədə 1,5 bənd (1,2 faiz) və 2024-cü ilin iyul ayındaki dəyərindən 7,3 bənd (6,0 faiz) yuxarıdır. FAO-nun izahına görə, bahalaşma əsasən iribuynuzlu heyvanların və qoyun ətinin bahalaşması, eləcə də quş əti ətinin qiymətlərində cüzi artımla bağlı olub. Bu mənada Azərbaycanda qiymət artımının qlobal bazardan qaynaqlanan psixoloji səbəbi istisna olunmamalıdır.

Bir qayda olaraq bazara çıxarılan məhsulların qiymətinə onların istehsalına çəkilən xərclər birbaşa təsir göstərir. Söhbət istehsalçı qiymət indeksindən gedir ki, Azərbaycanda bu sahədə analoqu olmayan proses qeydə alınmaqdadır. Məlumdur ki, istehsalçı qiymət indeksləri bir qayda olaraq 1-2 aydan sonra hazır məhsulda öz əksini tapır. Azərbaycanda rəsmi statistika kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin may ayından bəri aylıq ifadədə azaldığını əks etdirir: məsələn, may ayında aprel ayı ilə müqayisədə bu göstərici 0,2 faiz, iyulda iyuna nəzərən 0,9 faiz. Lakin maraqlıdır ki, aylıq ifadədə qeydə alınan bu azalmanı biz heyvandarlıq məhsullarında, o cümlədən ət qiymətlərində tamamilə əks formada müşahidə edirik: demək olar ki, hər ay 0,5-1 manat qiymət artımı baş verir.

İllik ifadədə iyulda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin 10,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 10,3 faiz artdığı bildirilir. Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının hesablamalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin  artımı ölkə üzrə ümumi inflyasiya səviyyəsinə təsir göstərən ikinci əsas amildir. Bu göstərici bu ilin sonunadək ölkə üzrə inflyasiyaya 3,20 faizə qədər artırıcı təsir göstərəcək.

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin artmasına isə yanacaq, enerji və qaz qiymətlərindəki artım, heyvandarlıq sahəsində həm də yem bazasının bahalaşması gətirib çıxarır.

Azərbaycanda daxili bazarın mal və quzu əti ilə təminatında idxalın payı getdikcə artır: ölkə üzrə fərdi təsərrüfatlarda heyvan sayının sürətlə azalması fonunda cins ətlik heyvandarlığı ilə məşğul olan böyük təsərrüfatların yaradılması prosesi çox ləng gedir. Nəticədə kiçik yaşlı mal və quzular xaricdən – əsasən Rusiya və Gürcüstandan gətirilərək, qısa müddətdə kökəldilir və kəsimə yönəldilir. Hesablama Palatasının apardığı araşdırmaya görə, 2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4 faiz artıb, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməyib, ölkə əhalisinin sayının 200 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7  faiz azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3  faiz artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir: “Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verə bilməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanları tamamilə məhdudlaşdırılıb ki, bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməyib”.

Palatanın araşdırmasına əlavə olaraq qeyd edək ki, quru sərhədlərin bağlı olması şəraitində xırda sahibkarların Gürcüstan və Rusiyadan mal-quzu idxalı tamamən dayanıb, bu proses də iri inhisarçıların əlində cəmləşib. Nəticədə diri heyvanların qiyməti də həmin inhisarçı qrupların maraqlarına uyğun müəyyənləşdirilir ki, bu da son satışa gedən ətin qiymətində özünü büruzə verir.

Müşahidələr göstərir ki, Azərbaycana diri heyvan idxalı azalanda əti idxalı artır, heyvan idxalı artanda isə azalır. Məsələn, Gömrük Komitəsinin məlumatına əsasən 2024-cü ildə Azərbaycana 129 milyon 556 min dollar dəyərində 58 689 ton ət idxal olunub. Ət idxalı dəyər ifadəsilə 49.4 faiz, miqdar ifadəsilə 41 faiz artıb. 2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində 41 708 ton ət idxal olunmuşdu. Bunun əksinə olaraq, diri heyvan idxalında ötən il ciddi azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabrında Azərbaycana ətlik iribuynuzlu heyvan idxalı 38 milyon 19,8 min dollar dəyərlə 42 902 baş, diri qoyun idxalı isə 16 milyon 594,59 min dollar dəyərlə 169 579 baş təşkil edib.  2023-cü ilin eyni dövründə idxal müvafiq olaraq 49 milyon 201,87 min dollar dəyərlə 77 655 baş və 24 milyon 387,89 min dollar dəyərlə 314 553 baş olmuşdu. Bu isə hər iki heyvan idxalında 1,8 dəfə azalma olması deməkdir.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 55 milyon 116 min dollar dəyərində 25 min 180 ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 18 faiz (5 min 542 ton), dəyər baxımından isə 19,5 faiz (13 milyon 427 min dollar) azalma deməkdir. Diri heyvan idxalı isə bu ilin ötən dövründə kəskin artıb. İlin  ilk yarısında xaricdən 40 milyon 305,98 min dollar dəyərində 50 086 baş diri iribuynuzlu heyvan, 8 milyon 517,8 min dollar dəyərində 72 285 baş diri qoyun idxal edilib. Ötən ilin eyni dövründə diri iribuynuzlu heyvan idxalı 16 milyon 974,44 min dollar dəyərlə 21 360 baş, diri qoyun idxalı isə 2 milyon 959,19 min dollar dəyərlə 37 139 başa bərabər olub. Bu isə o deməkdir ki, diri iribuynuzlu heyvan idxalı 2,3 dəfə, diri qoyun idxalı isə 1,9 dəfə artıb.

Uzun illərdir Azərbaycanda kənd təsərrüfatı, o cümlədən heyvandarlıq dövlət tərəfindən subsidiyalaşdırılır. Hər il ümumilikdə ərzaq təhlükəsizliyinin təminatı məqsədilə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Cari ildə dövlət büdcəsindən kənd təsərrüfatı sahəsi üçün 1 milyard 203 milyon 805 min 845 manat ayrılması nəzərdə tutulur. Bu vəsaitlərin mühüm bir hissəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilir. Belə ki, büdcə sənədinə əsasən 2025-ci ildə dövlət büdcəsindən Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 527.5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə 24,6 milyon manat və ya 4,9 faiz çoxdur.

Ət bahalaşdı Pravda.az

Bu subsidiyadan əlavə, dövlət aqrar istehsalçılara sığorta mexanizmi ilə də dəstək verməyə çalışır. Aqrar Sığorta Fondunun hesabatlarından aydın olur ki, bitkiçilik sahəsində sığortalanma prosesi sürətlə artır. Heyvandarlıq sahəsi üçün bunu demək mümkün deyil. Fondun rəhbəri Fuad Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda olan heyvan sayı milyonlarla, sıortalanan heyvan sayı isə on minlərlə ölçülür. Hazırda sığortalanan heyvan sayı ölkə üzrə heyvanların 1 faizinə belə çatmır. Fond rəhbəri bildirir ki, heyvandarlıqda sığortalanmanın ləng getməsinin səbəbi qeydiyyat prosesi ilə bağlıdır: “Bildiyiniz kimi, bütün ölkə boyu heyvanların birkalanması – yəni qeydə alınaraq hər biri haqqında elektron informasiya sisteminə məlumat yerləşdirilməsi prosesi gedir. Biz yalnız rəsmi uçota alınmış heyvanları sığortalaya bilirik. Qeydiyyat prosesi başa çatana qədər biz daha çox hadisələrin sığortalanması üçün təkliflər hazırlayırıq ki, heyvandarlıqda da sığorta mexanizmindən bəhrələnənlərin sayı çoxalsın”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanla Azərbaycan eyni təşkilatda?

Next

Şəbnəm Tovuzlu ilə Çinarənin əri də Rusiyaya buraxılmadı – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv