Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Şagirddən telefonu alıb, planşet vermək təklifi

By Vüsal Rafiqoğlu
29.08.2025 3 Min Read

“Samsung”u yaradan ölkə məktəbdə telefonu yasaqladı, Azərbaycanda isə…

“Samsung” brendi altında bütün dünyaya telefonlar satan  Cənubi Koreyanın parlamenti məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazların istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. Xarici medianın yazdığına görə, səsvermədə iştirak edən 163 deputatdan 115-i qanun layihəsinin lehinə səs verib.

Yeni qanuna əsasən, şagirdlər dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadə edə bilməyəcəklər. Lakin fiziki məhdudiyyətli və xüsusi təhsil ehtiyacı olan şagirdlər, eləcə də təcili hallarda istisna tətbiq olunacaq.

Deputatlar, valideynlər və müəllimlər “ağıllı” telefon istifadəsinin şagirdlərin akademik nailiyyətlərinə mənfi təsir etdiyini və dərsə ayıracaqları vaxtı azaltdığını bildirirlər.

Müxalifətdə olan “Xalqın Gücü” partiyasının millət vəkili Cho Jung-hun qanun layihəsini təqdim edərkən çıxışında belə deyib: “Şagirdlərin beyin inkişafı və emosional yetkinliyi üzərində ağıllı telefon asılılığının son dərəcə zərərli təsirləri ilə bağlı ciddi elmi və tibbi sübutlar mövcuddur”. 

Dünyada təhsili inkişaf etmiş ölkələrdə mobil telefonlardan istifadəyə yanaşma müxtəlifdir və vahid qayda mövcud deyil. Bəzi ölkələr bu məsələdə sərt qadağalar tətbiq edir, digərləri isə daha elastik yanaşır, hətta mobil telefonları tədris prosesinin bir hissəsinə çevirirlər. Məsələn, Fransada 2018-ci ildən etibarən orta məktəblərdə mobil telefonlardan istifadə qadağan olunub. Buradakı məqsəd həm şagirdlərin dərs zamanı diqqətinin yayındırılmasının, həm də kiberzorakılığın qarşısını almaqdır. Yunanıstan, İtaliya və Banqladeş kimi ölkələrdə də oxşar qadağalar tətbiq edilir.

Bəzi dövlətlər isə mobil telefonlardan istifadəyə qismən məhdudiyyət qoyur. İngiltərədə bir sıra məktəblərdə telefonlar yalnız dərs zamanı yığılır, fasilə vaxtı isə şagirdlərə qaytarılır. Hökumət son illərdə bu qadağaları daha sərt etmək istiqamətində müzakirələr aparır. ABŞ və Kanadada isə qaydalar ştatdan və məktəbdən asılı olaraq dəyişir. Ənənəvi olaraq dərs zamanı istifadəyə qadağa qoyulur, lakin valideynlərlə əlaqə və təcili hallarda telefondan istifadə imkanları qalır.

Bununla yanaşı, təhsildə qabaqcıl təcrübəyə malik olan Finlandiyada mobil telefonların tam qadağası yoxdur. Əksinə, müəllimlər lazım gəldikdə onları dərslərdə tədris vasitəsi kimi istifadə edirlər. Burada əsas şərt balansı qorumaq və şagirdlərin diqqətini yayındırmadan faydalı şəkildə istifadəyə şərait yaratmaqdır. Estoniya, İsveç və Norveç kimi ölkələrdə də telefonlar müəyyən məhdudiyyətlərlə dərs mühitinə daxil olur, amma daha çox planşetlər və məktəbin təqdim etdiyi xüsusi cihazlardan istifadə üstünlük təşkil edir.

Ümumi mənzərə göstərir ki, inkişaf etmiş ölkələrdə mobil telefonların tam qadağası nadir hallarda tətbiq olunur. Daha çox məhdudlaşdırılmış istifadə qaydaları seçilir. Məktəblər üçün əsas meyar telefonların tədris prosesinə mane olmaması, şagirdlərin təhlükəsiz internetdən istifadəsi və kiberzorakılığın qarşısının alınmasıdır.

Maraqlıdır ki, Azərbaycanda da orta məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı bir sıra qadağalar mövcuddur. Amma paradoks ondadır ki, müəllimlər məktəbdə mobil telefondan istifadəyə qadağa qoyduğu halda, ev tapşırıqları məhz mobil telefon vasitəsilə göndərilir. Tapşırıqların əksəriyyəti internet üzərindən həll olunur. Belə ziddiyyətli vəziyyətdə məktəblərin qadağaları istər-istəməz başqa məqamları da düşündürür. Xatırlayırsınızsa, ötən illərdə müəllimlərin biabırçı hərəkətləri şagirdlər tərəfindən videoya çəkilmişdi. Daha sonra bəzi hallarda şagirdlərin dərs zamanı, müəllimin gözü önündə nalayiq davranışları da böyük rezonansa səbəb olmuşdu. Məhz bundan sonra orta məktəblərdə baş verənləri ört-basdır etmək məqsədilə mobil telefon qadağaları daha da aktuallaşıb.

Fuad Hacıyev evimizi satdırdı, 50 min manatımızı aldı” - SƏNƏD Pravda.az

Fuad Hacıyev

Təhsil eksperti Fuad Hacıyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Məktəblərdə bu tip qadağalar bəzən anlaşılan olur. Amma müasir dünyada, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə internetsiz hər hansı bir dərs proqramını təsəvvür etmək absurddur. Niyə? Hazırda 1-ci sinfə gedən şagirdlərin kitab yükünü 10 valideyndən 8-i özü daşımaq məcburiyyətində qalır. Bu, ciddi problemdir. Deməli, qadağalar heç də hər zaman müsbət nəticə vermir. Yaxınlarda imtahan verən abituriyentlərin açıqlamalarını gördük. Bəziləri deyirdi ki, heç bir telefon istifadə etmədən 600-700 bal toplayıblar. Digərləri isə telefonlardan istifadə edərək yüksək nəticə əldə ediblər. Deməli, bu, hansısa kriteriya deyil. Belə qadağalar, sadəcə, dərs saatları ərzində planşetlərlə əvəzlənməlidir. Şagirdlər dərs proqramını yüklənə bilən planşetlər vasitəsilə öyrənməlidirlər. Bu zaman həm valideynlərin, həm də şagirdlərin işi xeyli asanlaşacaq”. Ekspert əlavə edib ki, uşaqların təhlükəsiz internetdən istifadəsi məsələsi də asanlıqla həll oluna bilər: “Bütün mobil qurğularda “uşaq rejimi” adlı sistem var. Bu, həm valideynlər, həm də məktəb rəhbərliyi tərəfindən tətbiq edilə bilər. Məktəblər tərəfindən şagirdlərə planşetlərin (iPad və s.) paylanması Elm və Təhsil Nazirliyi üçün böyük bir yük olmayacaq. Nəzərə alsaq ki, nazirlik bəzən çox sadə tenderlərə böyük məbləğlər xərcləyir, həmin vəsaiti uşaqların faydasına yönləndirmək daha məntiqli olardı. Bu proqramlarda yalnız dərs yükünə aid, məktəb mühitinə ziyan vurmayan tətbiqlərin yazılması kifayətdir. Bu, heç bir qeyri-adi bacarıq tələb etmir. Nazirlik istəsə, bunu çox rahat şəkildə həyata keçirə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paytaxtda binalar neçə bal zəlzələyə davamlıdır?

Next

Heydər Əliyev Mərkəzində Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim olunub FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv