Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə xarici ölkədə aksiya keçirib

By Vüsal Rafiqoğlu
30.08.2025 4 Min Read

Avqustun 30-da – Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları, sənədləri sərgilənib, onların həyat hekayələrini izah edən, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya təşkil edilib.

“Mənim üçün zaman dayanıb, fərqində olan varmı?”

Saatı nümayiş etdirilən itkin Zahid Qasımov barədə “Mənim üçün zaman dayanıb, fərqində olan varmı?” (“My time stopped! Who noticed?”), xatirə kimi ancaq şərfi qalmış itkin Qürbət Həsənov barədə “Dünyada heç bir şərf məni isidə bilməz” (“No scarf warms me”), köynəyi, əlyazması nümayiş etdirilən itkin Telman Yusifov barədə “Mənim hekayəm başa çatmayıb” (“My story has no end”) kimi şüarlar yazılıb.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova itkin qardaşı Abbas Behbudovun sənədlərini göstərərək əlində “Sənədlər buradadır, həyat isə itib” (“Documents are here, life is missing”) şüarını tutub. İtkin İlham Dadaşovun anası Elmira Dadaşova “Yoxa çıxmaq üçün deyil, yaşamaq üçün doğulmuşdu” (“Born to live, not to disappear”), itkin Şahin Əliyevin anası Mahuru Şahin “Nə arzular yarımçıq qaldı” (“Countless dreams — all unfinished”) şüarları ilə övladlarının fotolarını nümayiş etdirib. İtkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova həyat yoldaşından qalmış 2 nərd zərini sərgiləyərək “Ümid bu zər daşları qədər kiçilib” (“Hope is as tiny as these dice”) şüarı ilə illərdir xəbər gözlədiyini, tükəndiyini ifadə edib. “Reyhan, sevgilim… Ancaq sükutum sənə çatır” (“Reyhan, my love… only my silence reaches you?”) şüarı itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyevaya həsr edilib. İtkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova isə “Diplomlar, arzular… – əvəzində illərin səssizliyi” (“Diploma, dreams… but suddenly, the silence of ages”) şüarını nümayiş etdirib.

“Məmmədovlar – itmiş ailə: məzar da yoxdur, səda da gəlmir”

Qutuların birinə isə heç bir əşya qoyulmayıb. Bu qutu 1992-ci il Xocalı soyqırımında tamamilə məhv olmuş Məmmədovlar ailəsinin xatirəsinə həsr edilib: “Məmmədovlar – itmiş ailə: məzar da yoxdur, səda da gəlmir” (“The Mammadovs — a lost family. No graves, but only echoes”).

Aksiyada digər itkinlər – Natiq Məlikov, İxtiyar Məmmədov, Bafadar Mirzəyev, Feyruz Cəlilov, Şirindil Həsənquliyev, İsmayıl İsmayılov, Etibar Əhmədov, Əliyar Əliyev, Əbülfət Əliyev, Telman Mustafayev, Şahin Əliyev, Aydın Kərimov, Təyyar Ağayev və başqaları barədə də təsirli mesajlarla insanlığa xitab edilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə inam azalır

Aksiya böyük maraqla qarşılanıb, Cenevrə sakinləri müvafiq “QR” kod vasitəsilə itkinlər barədə ətraflı məlumatlarla tanış olub. Dinc aksiya zamanı insanlar azərbaycanlı itkin ailələrinə yaxınlaşaraq, onlara təsəlli verməyə çalışıb.

Qeyd edək ki, bu azərbaycanlı itkinlərin ailə üzvlərinin xarici ölkədə ilk aksiyasıdır. Bundan əvvəl – avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətinə ilk dəfə BMT səviyyəsində reaksiya verilib, azərbaycanlı itkinlərin ailə üzvləri BMT-də qəbul edilib, onlar Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyi ilə görüşüb. Görüşdə itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd edib, itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

3990 nəfər itkin

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşüb, onlardan 6 nəfəri 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşənlərdir. İtkinlər içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs var. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Cenevrədə aksiya zamanı azərbaycanlı itkin ailələri bu hüquqlarına hörmətlə yanaşılmasını istəyiblər.

İtkin ailələri Ermənistanı müharibə canilərini cəzalandırmağa çağırıb, bildiriblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən bir nəfər də hələ məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldilib.

İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, onların da heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qardaşları Rusiyada qətlə yetirilən redaktor Ağdamda kövrəldi: “Onların ruhunu başımın üstündə hiss edirəm…” VİDEO

Next

Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv