Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Təyyarəmizdən sonra səfirliyimizə açılan atəş – Rusiya həddi aşdı

By Vüsal Rafiqoğlu
30.08.2025 4 Min Read

Kreml çəmbər daraldıqca Azərbaycanın uğurlu diplomatiyasına və Ukrayna ilə strateji əməkdaşlığına qəzəbini nümayiş etdirir; Moskvanın bu hücumları nəyə hesablanıb?

Rusiyanın Ukraynada Azərbaycanın enerji mərkəzlərinə hücumları azmış kimi diplomatik korpusumuz yaxınlığına da raket zərbəsi endirib. Məlum olduğu kimi, raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyindən cəmi 100 metr aralıya düşüb. Bu, Moskvanın Bakıya ünvanladığı açıq mesaj kimi qiymətləndirilir.

“28 avqust tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən birinin ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib”. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. “Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir”, – XİN rəsmisi vurğulayıb.

Yeri gəlmişkən, Türkiyə və Ukrayna prezidentləri telefon söhbətində Rusiyanın hücumlarında Azərbaycan səfirliyi və Türkiyəyə məxsus şirkətin hədəf alınmasını müzakirə ediblər.

Xatırladaq ki, son həftələrdə Rusiya Azərbaycanın Ukraynadakı iqtisadi varlıqlarını da hədəfə alıb. SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri bir neçə dəfə vurulub, 4 nəfər yaralanıb, milyonlarla manatlıq maddi zərər dəyib. Bundan əlavə, SOCAR-ın Kiyevdəki ofisinin yaxınlığına zərbə endirilib, qaz paylayıcı hab hədəf götürülüb və ötən ay Rusiya ordusunun zərbələri ilə dağıdılıb.

İndi isə eyni vaxtda həm Türkiyə ilə ortaq layihə olan Bayraktar zavoduna, həm də Azərbaycanın səfirliyinə yaxın əraziyə raket zərbəsi endirilməsi diqqət çəkir. Müasir müharibələrin “nöqtə atışları” şəraitində Rusiyanın bu addımı təsadüfi sayıla bilməz. Əksinə, Kreml Azərbaycanın uğurlu diplomatiyasına və Ukrayna ilə strateji əməkdaşlığına qarşı açıq qəzəbini nümayiş etdirir. Çəmbər daraldıqca Moskva öz xislətini ortaya qoyur, diplomatik və iqtisadi obyektlərə zərbələr vurmaqla siyasi mesaj verməyə çalışır.

Ötən ilin dekabrında isə Rusiya Qroznı səmasında mülki təyyarəmizə atəş açmışdı və bu gün qədər vurduğu zərəri ödəmir, üzrxahlıq etmir, cinayətkarları cəzalandırmır. Beləliklə, Ukrayna müharibəsi kontekstində Rusiya bir təyyarəmizi, bir səfirliyimizi vurub, habelə enerji obyektlərimizə zərbələr endirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti “Əl-Ərəbiyə” telekanalına müsahibəsində Rusiyada yaşayan azərbaycanlılara hücumları yolverilməz adlandırmış və bu hörmətsizliyə dözməyəcəyimizi bəyan etmişdi.

Bəs Rusiyanın Azərbaycanı hədəf alması nəyə hesablanıb? Moskva həddi aşan bu addımları ilə nə demək istəyir?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Rusiyanın Kiyevə son raket hücumu səfirliyimizlə yanaşı Avropa İttifaqı nümayəndəliyinin binasını, Britaniyanın xeyriyyə təşkilatının ofisini və bir çox mülki məntəqələri hədəf alıb. Onun fikrincə, Rusiya azğınlaşıb və aqressiyasını getdikcə gücləndirir. “Bununla hamıya demək istəyir ki, dayanmaq fikri yoxdur və onun şərtləri qəbul edilməlidir. Həmçinin son bir neçə gündə Ukrayna dronları rusların neft sənayesini bombardman edir, ciddi itkilərə məruz qoyur deyə Rusiya Kiyevə hücumla bunun heyfini çıxmaq istəyib. Lakin bu müharibənin şiddətlənməsi, qarşılıqlı ağır zərbələr onu göstərir ki, atəşkəs üçün ümidlər tükənir”.

Azərbaycanın enerji və diplomatik korpuslarına hücumlara gəlincə, Q.Hüseynli hesab edir ki, Moskva qəzəblidir, hirsini terrorla çıxmağa çalışır: “Rusiya Cənubi Qafqaz proseslərində mat vəziyyətdə qalıb. Onun gözü qarşısında sülh mətni Vaşinqtonda paraflandı, Zəngəzura nəzarət əlindən alındı. Eyni zamanda, Azərbaycan Ukraynaya qaz nəql edir, humanitar yardım göstərir, cənab prezident Zelenskiyə təbrik məktubunda da qeyd edib ki, bu dəstək davam edəcək. Təbii ki, bütün bunlar Rusiyanın xoşuna gəlmir və əsəbini gizlədə bilmir. Ona görə də getdikcə daha aqressiv reaksiya verir. Xoşbəxtlikdən raket səfirliyimizə düşməyib. Bu, böyük faciələrə səbəb olardı. Ancaq Rusiya özünə müttəfiq, tərəfdaş dediyi Azərbaycanın səfirliyi yaxınlığına raket atmaq qədər həyasızlığa yol verir. Bu, əndazənin aşılması, beynəlxalq konvensiyaların tapdalanmasıdır. Əfsuslar olsun ki, şimal və cənb qonşularımızdan yarımadıq. Hər ikisi səfirliyimizə hücumlar edib. Biz belə bir təhdidlə üz-üzəyik. Lakin Azərbaycan tək deyil. Onun səmimi müttəfiqləri, strateji tərəfdaşları, müstəqil və iradəli siyasəti var. Kreml bu hücumlarla Azərbaycana təzyiq göstərmək istəyir. Fəqət Rusiyanın bu təhdidləri bizi yolumuzdan döndərə bilməz”.

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərlinin fikrincə, Rusiya Azərbaycanla münasibətləri gərginləşdirir: “Təyyarəmiz vurulduqdan sonra Kreml bir addım atmayıb. Əgər vaxtında təzminat ödənsəydi, əlaqələr belə soyumazdı. İndi də Ukrayna ərazisində Azərbaycana qarşı həmlələr edir. Bu da həddi aşmaqdır. Bakı Moskvadan rəsmi izahat tələb etməlidir. Çünki Vyana konvensiyası var və diplomatik korpuslarla bağlı beynəlxalq qaydalar qəbul olunub. Heç bir halda mülki infrastruktur, diplomatik korpuslar hədəf alına bilməz. Rusiyanın Kiyevə raket zərbələri hərbi cinayətlərdir. Fakt budur ki, səfirliyimizin binasına zərər dəyib. Şükür ki, xəsarət alan olmayıb. Bəs olsaydı necə? Deməli, Rusiya üçün heç bir norma, hədd qalmayıb”.

Partiya funksionerinin fikrincə, əslində, bu hücumlar təəccüb doğurmur: “Rus işğalçı ordusu üç ildən çoxdur ki, öz dilindən, dinindən bir olan milləti qətlə yetirirsə, bizə qarşı humanist ola bilməzlər. Ən tragikomik odur ki, Putin bu günlərdə ukraynalıları qardaş xalq adlandırmışdı. Qardaş xalqın başına raketlərlə bombalar yağdırmırlar. Bu baxımdan, Rusiyanın Azərbaycanın səfirliyinə atəş açması, enerji obyektlərinə zərbələri onun xislətindən irəli gəlir. Biz son hadisələrlə bağlı etiraz məktubu göndərməliyik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ölkədə əhali artımı – nə Avropa, nə Afrika…

Next

Bu üç ayda doğulanlar payızda inanılmazı yaşayacaqlar

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv