Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sentyabr gəldi, balıq bazarında canlanma: qiymətlər reportajdaFOTOVİDEO

By Vüsal Rafiqoğlu
02.09.2025 4 Min Read

Balıqsevərlər üçün sentyabr sadəcə payızın başlanğıcı deyil, həm də süfrələrə sağlamlıq və ləzzətin qayıdış müjdəsidir. Zülal, D vitamini, fosfor və kalsiumla zəngin olan balıq əti insan orqanizmi üçün əvəzolunmazdır. Təsadüfi deyil ki, alimlər mütəmadi balıq istehlakının iflic və ürək-damar xəstəliklərinin qarşısını aldığını bildirirlər. Amma yay aylarında — maydan avqusta qədər mütəxəssislər balıq yeməyi tövsiyə etmirlər. Bunun səbəbləri müxtəlifdir: kimisi balıqların kürü tökməsini əsas gətirir, kimisi də istidə balığın tez xarab olub zəhərlənmələrə yol açmasından danışır.

Nəzərə alsaq ki, hələ də havalar isti keçir, bəs bu alıcılıq qabiliyyətinə təsir edirmi? Balıqlar hansı şəraitdə satılər? Qiymətlər ötən mövsümdəki kimi yüksəkdirmi? Musavat.com əməkdaşı bu suallara cavab tapmaq üçün üz tutub Bakının ən iri satış nöqtələrindən biri olan “8-ci kilometr” bazarına.

“Alıcı sarıdan korluq yoxdur”

Bazarın gurultusu arasında balıq piştaxtalarının önündə dayanırıq. Soyuducuların içində sıra-sıra düzülmüş balıqların gözləri, pulları elə parıldayır, sanki alıcısını gözləyir. Bizimlə söhbətdə satıcı Məmməd dedi ki, hazırda müştəri qıtlığı yoxdur:

— “Alıcı sarıdan korluq çəkmirik. Hələ ki havalar isti keçir, amma yavaş-yavaş müştərilər də gəlirlər. Əslində, istinin balığa bir təsiri yoxdur. Əsas odur ki, balıq təzə olsun. İndi şərait əvvəlki kimi deyil. Baxın, burada vitrin soyuducularımız, buz aparatlarımız var. Hər şey sərin şəraitdə saxlanılır. İstəsəniz, yaxınlaşıb baxa bilərsiniz, hamısı təmiz və təzədir”.
O, qiymətləri də sadalayır. Əlində balığı göstərərək:

— “Xanı balığının kilosu 6 manatdır. Sazan balığı 7-8 manat arası dəyişir. Farel 11-12 manatdır. Sudak — çay balığıdır — 10-12 manatdır. Türkiyədən gətirilən Çubra 16-17 manat, Libret isə 20-22 manatadır. Bax bu da kütümdür, balacası 8-12 manatdır, böyüyü 15-17 manat. Kefal isə 7-10 manat arası dəyişir”.

Satıcının sözlərinə görə, qiymətlər ötən illə müqayisədə dəyişməyib. Bahalı balıqların səbəbi isə tədarükün az olmasıdır: “Türkiyə balıqları az gəlir, ona görə qiymət yüksəkdir”.

Antisanitariya dövrü geridə qalıb

Reportajımız zamanı diqqətimizi ən çox çəkən məqamlardan biri satış şəraitidir. Əvvəllər bu bazarın kənarında balıq satışı anti-sanitar vəziyyətdə aparılırdı.
Palçıqla balıq az qala iç-içə satılırdı. Satıcı da deyir ki, vəziyyət dəyişib:”Məhsullar səliqəli yerdə, soyuducularda, qablaşdırılmış formada saxlanılır. Hər gün məhsullar sağlamlıq kağızı ilə bərabər gətirilir, aidiyyəti qurumların qaiməsi və sertifikatı ilə təqdim olunur”.
Məmməddən süni yetişdirilən balıqlar barədə də soruşuruq. Onun cavabı birmənalıdır:

— “Müştərini aldatmaq olmaz. Sazan, farel, xanı balığı göllərdə yetişdirilir. Yalnız kütüm, kilkə kimi balıqlar süni yetişdirilmir”.

“İrandan gələn balıqlar da keyfiyyətlidir”

Bir qədər irəlidə, başqa piştaxtada isə Xanım adlı satıcı ilə həmsöhbət oluruq. Onun sözlərinə görə, müştərilər dəniz balığına daha çox üstünlük verirlər:

— “Bizim balıqlar əsasən Mingəçevirdən, Balakəndən, Pirallahıdan və İrandan gətirilir. Məsələn, kütüm var 10-15 manat arası. Çəki balığı 9-10 manatdır. Farel balacası isə 10-11 manatdır. İrandan gətirilən balıqlar haqqında bəziləri danışır ki, guya keyfiyyətsizdir. Yalan deyirlər! İrandan gətirilən balıqlar da yaxşıdır. Baxın, bu farel İrandan gəlir, amma keyfiyyətinə söz ola bilməz”.

Payızın balıq süfrəsi

Bazar gəzintimiz göstərdi ki, payızın başlanğıcı ilə balıq bazarında da canlanma müşahidə olunur. Soyuducular, qablaşdırma və sertifikat sistemi alıcıların inamını artırıb. Qiymətlər hələlik ötən ildən fərqlənmir, seçim isə olduqca genişdir: çay balıqlarından dəniz məhsullarına, yerli göllərdə yetişdirilən sazan və fareldən tutmuş Türkiyədən gətirilən çubraya qədər.
Sonda satıcı Məmmədin dediyi bir cümlə qulağımızda qalır:

— “Ən əsası odur ki, balıq təzə olsun. Fəsil dəyişsə də, təzə balığın dadı dəyişmir”.

Afaq Mirayiq,
Foto-video müəllifindir
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qardaşı şəhid olandan sonra sənətdən gedən Xana hazırda nə işlə məşğuldur?

Next

Cevdet Yılmaz: Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcəyik

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv