Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiya əl-ayağını Cənubi Qafqazdan yığışdırmalıdır

By Vüsal Rafiqoğlu
04.09.2025 3 Min Read

“Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar Cənubi Qafqazda davamlı sülhə gətirib çıxaracaq”.

Xəbər agentlikləri bildiriblər ki, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib. Prezident Azərbaycan və Ermənistan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına, Cənubi Qafqazda davamlı sabitliyin Türkiyə ilə Rusiyanın qarşılıqlı maraqlarına uyğun olacağına ümid etdiyini bildirib.

Sitatdan aydın görünür ki, Vladimir Putin ağıllı və sanbalını gözləyən dövlət başçısı olsaydı, bu sözlər ona deyilməzdi. Kimsə Putinə sual verə bilər ki, Azərbaycanla Ermənistana nə verib ala bilmirsən? Hər ikisi müstəqil dövlətdir, öz ərazisindən necə istəsə istifadə edə bilər. Zəngəzur dəhlizinin sənə nə dəxli, ərazi Ermənistanın, yol Azərbaycanın. Necə razılaşdıqlarının sənə hansı aidiyyəti var? Başqa ölkələrə ağalıq etmək ixtiyarını kim sənə verib? Ölkələrin əhalisini yüz illərlə qırıb-çatdığınız, ərazilərinə yiyələndiyiniz, yeraltı, yerüstü sərvətlərini çalıb-çapdığınız, tarixini və mədəniyyətini məhv etdiyiniz bəs etmirmi?

Artıq bütün ölkələr hər yerdə Rusiyanın barbar  işğalına “yox” deyir, hətta xalqlar əllərinə silah alıb ona qarşı çıxırlar. Qəribədir, Qarabağın işğaldan azad edilməsi bunlara dərs olmadı. Xoşməramlı adı ilə, ancaq bəd niyyətlə gəldikləri üçün Azərbaycandan xalqın nifrəti ilə  qovuldular, amma siçovul kimi yenə soxulmağa “deşik” axtarırlar.

Yuxarıdakı suallara cavab verməli olan Rusiya rəhbərliyi irticaçı əməllərindən yenə də əl çəkmək istəmir. Bunlar göstərir ki, “çıx” deməklə donuz darıdan çıxan deyil. Donuza “çıx” deyən də var, ancaq çıxmır ki, çıxmır. İrəvanda Putini nə qədər təhqir etdilərsə, portretlərini ayaqlayıb yandırdılarsa, Rusiyaya nə qədər “rədd ol” dedilərsə, etiraz aksiyaları keçirdilərsə padoş sifətlərinə kar etmədi.

Əlbəttə, Prezident Ərdoğanın sözlərindəki dərin mənanı anlasaydı, onda Rusiya prezidenti əl-ayağını yığışdırıb öz yuvasına çəkilər, aralıqlara fitnə-fəsad yaymazdı. Ancaq təhqirlərə belə əhəmiyyət verməyib başqasının torpağını zəbt etmək iştahı canlarından çıxmaq bilmir.

“Cənubi Qafqazda davamlı sabitliyin Türkiyə ilə Rusiyanın qarşılıqlı maraqlarına uyğun olacağı” ifadəsində Prezident Ərdoğan Rusiyaya öz yerini göstərir. Diplomatik dillə xəbərdarlıq edir ki, indi Rusiya bölgədə heç kimdir, Azərbaycanla Ermənistanın işinə qarışmasın, özləri öz problemlərini həll etməyin öhdəsindən lazımınca gəlirlər. Görək prezident Putin nə reaksiya verəcək?

Ancaq hegemonluq iyi hələ burnunda qaldığı üçün çətin ki, yıxılmaqda olan çürük imperiyanın rəhbəri düz yola gələ. Hazırda Rusiyanın çabalamasından, Azərbaycan əleyhinə informasiya kampaniyası təşkil etməsindən açıq hiss olunur ki, ona deyilənlərdən düzgün nəticə çıxarmayıb. Şayət, hərbi yola əl atarsa həm Azərbaycan, həm də Ermənistan Türkiyənin yanında səf tutacaqlar. Buna artıq heç bir şübhə yeri yoxdur. Hələ digərləri də var. Onda o  meydanda Rusiyanın biabırçı məğlubiyyəti qaçılmaz olacaq. Ancaq Rusiya Türkiyənin qarşısında at oynatmağa cürət etməz. O, türkün gücünü çox görüb. Yaxasını Ukraynanın əllərindən qopara bilməyən işğalçı Kreml başqalarına yalnız hart-hurt edə bilər, ondan o yana keçməyə ürək eləməz. Çünki onun büdrəməsini daxildə qapaz altında saxladığı başqırdlar, tatarlar, çeçenlər, udmurtlar, çuvaşlar, inquşlar, marilər, tuvınlar və s. xırda xalqlar da gözləyirlər. Təbii ki, yüz illərdir ki, onlar da azad yaşamaq, öz talelərini özləri müəyyən etmək istəyirlər. İndi onlar da əlverişli məqamın yaxınlaşdığını hiss edir və mübarizəyə başlamağa hazırlaşırlar. Çin və Yaponiya ilə “yatmış” ərazi mübahisələri də Rusiyanın başı üstündədir. Bir sözlə, dünyanın yarıdan çoxunun bu işğalçı ölkə ilə “çəkilməmiş yarma”sı var. Avropa ölkələri də öz yerində. Rusiya bütün bunları göz önünə gətirməlidir. Xatırladaq ki, Pekinlə danışıqlardan sonra məlum olub ki, Putin oradan kor-peşman qayıdıb. Yəni gözləntiləri gözlərində qalıb.  Yeganə “nəticə” vizasız rejim olub. Bu isə maliyyə böhranından çıxış yolu deyil, o qədər də əhəmiyyəti olmayan sadəcə formal bir addımdır.

Bu vəziyyət bir daha göstərdi ki, prezident Vladimir Putinin və komandasının dayaz siyasəti Rusiyanı daha çıxılmaz bataqlığa sürüyür. İqtisadi sanksiyalar onu heydən salır. Bank sektorunda iflic vəziyyət, beynəlxalq aləmdə təcrid və “strateji tərəfdaş” sayılan Çindən belə maliyyə dəstəyi ala bilməmək Kreml üçün biabırçı uğursuzluqdur. Belə görünür ki, Moskvanın artıq nə Qərbdə, nə Cənubda, nə də Şərqdə real dayağı qalıb. Yalnız öz başının hayında olan İran mollaları qalıb. Heç kəs Rusiyaya kömək etmək istəmir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bu həqiqət özünü çılpaqlığı ilə göstərib.

Prezident Ərdoğanın söylədiyi bir neçə cümlədə bu fikirlərin hamısı öz yerini tutur. Bunlar əslində işğal həvəskarı olan Rusiyaya acı xəbərdarlıqdır. Kremlin axmaq ideoloqları heç olmasa bunu başa düşsələr ağalarına vəziyyətdən çıxış yolu arayardılar. Yoxsa bir ayağı burada, o biri gorda olanın başqalarına tələ qurması əsl müxənnətlikdir. Yüz illərdir ki, kiçik və məzlum xalqlara və millətlərə cəlladlıq edən Rusiya nəhayət, zülm yolunun sonuna çatıb. İrəlidə isə işıqlı yol görünmür. Ömürboyu baş kəsməklə məşğul olan cəlladın çıxış yolu isə yalnız bir olur: Bədəlini ödəmək!

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin ABŞ və Çin səfərləri bir daha göstərdi ki, bu gün Azərbaycan dövlətinin geosiyasi qüdrəti sərhəd tanımır

Next

Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv