Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“MDB dağıla bilər” xəbərdarlığı

By Vüsal Rafiqoğlu
05.09.2025 4 Min Read

Azərbaycanın Gürcüstan və Ukraynadan sonra bu platformada fəaliyyətini dayandıra biləcəyi haqda iddialar nə dərəcədə ciddidir? 

Bəlli olduğu kimi, Hindistan Azərbaycanın ŞƏT-ə üzv olmasına veto qoyub. Beləliklə, Yeni Dehli öz ağlınca Pakistana daima dəstək verən Bakını cəzalandırıb. Hindistanın bu mövqeyi təkcə Azərbaycana düşmən münasibətlə bağlı deyil, bunu təşkilatın genişlənməsini istəyən Çinə qarşı addım da hesab etmək olar. 

Prezident İlham Əliyev baş nazir Şahbaz Şəriflə söhbətində də deyib ki, Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Rasim Musabəyov da babası kimidir – Keçmiş deputat elə məqamlara aydınlıq  gətirdi ki… | KONKRET

Rasim Musabəyov

Politoloq Rasim Musabəyov Minval.az-a açıqlamasında deyib ki, Rusiya “Azərbaycan və Ermənistanın ŞƏT-ə qəbul edilməməsinə çox sevinib”. “Əgər iki-üç il əvvəl Azərbaycan və Ermənistanın ŞƏT-ə daxil olması ilə  Kreml təşkilat daxilində mövqelərini möhkəmlənəcəyinə inanırdırsa, indi vəziyyət dəyişib. Moskvadan asılılığının azaltmaq istəyən və Rusiyanın təzyiqlərinə müqavimət göstərən dövlətlərin ŞƏT-də mövqelərinin möhkəmlənməsi Rusiyanın əleyhinə işləyər”.  Deputat qeyd edib ki, Rusiyadan Azərbaycan və Ermənistanla bağlı heç bir mənfi bəyanat verilməsə də, o əmindir ki, rəsmi Moskva Hindistanın ölkəmizin ŞƏT-ə üzv olmasına mane olan mənfi rolundan məmnundur: “Ancaq bu, heç bir halda Rusiyanın regionda mövqeyini gücləndirməyəcək. Qorxuram, MDB sammitinin keçirilməsinə dair növbəti cəhd o mənada uğursuz olacaq ki, orada yalnız KTMT və Aİİ üzvü olan dövlətlər olacaq”.

Cebhe.info-nun Rusiya mediasına istinadən yazdığına görə isə rəsmi Bakının MDB-nin işində iştirak etməməsi Azərbaycanın birlikdən çıxacağını göstərir. Hətta Rusiya kütləvi informasiya mənbələri Azərbaycanın MDB-ni tərk edə biləcəyinə dair Rusiya tərəfinə məlumat verildiyini yazır. Məlumatda qeyd edilir ki, Azərbaycan MDB-ni tərk edəcəyi təqdirdə, Rusiya ilə birgə üzv olduğu yeganə təşkilatdan çıxmış olacaq. 

Beləliklə, Azərbaycan Gürcüstan və Ukraynadan sonra MDB-də fəaliyyətini dayandıran üçüncü postsovet ölkəsi ola bilər. Qeyd edək ki, Azərbaycan son aylar MDB-nin iclaslarına nümayəndə heyəti göndərmir. MDB-nin baş katibi Sergey Lebedev iyul ayında verdiyi açıqlamada bildirmişdi ki, rəsmi Bakının Moskvaya nümayəndə göndərməməsi müvəqqətidir və bu vəziyyət tezliklə normallaşacaq. O, Azərbaycanın MDB-dən çıxacağına inanmadığını deyib.

Həmçinin Rusiya Prezidenti Vladimir Putinin Pekində Azərbaycanla bağlı yumşaq və barışıq tonlu açıqlaması MDB-də qalıb-qalmamaq qərarımıza təsir edə bilər. Putin bildirib: “Münasibətlərdə hər zaman cari vəziyyətdən doğan suallar və problemlər olur. Amma bu gün prezident Əliyevlə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq”.

Yeri gəlmişkən, gələn ay Düşənbədə MDB dövlət başçılarının sammiti gözlənilir. Azərbaycanın orada iştirak edəcəyi sual altındadır. 

Fotoğraf açıklaması yok.

Elxan Mirzəyev

Professor Elxan Mirzəyevə görə, MDB simvolik olaraq var və postsovet məkanı əvvəlki qədər Rusiyanın “arxa bağçası” deyil: “Bu birlik SSRİ-nin süqutundan sonra bir zərurət idi və daha çox Rusiyaya lazım idi. Ukrayna münaqişəsi bir çox standartları sındırıb, tabuları dağıdıb. Onlardan biri də MDB-nin perspektivi olmayan bir təşkilata çevrilməsidir. Çünki üzv ölkələr Türk Dövlətləri Təşkilatında, Şanxay Əməkdaşlıq Təşkilatında və başqa birliklərdə yeni fürsətlər axtarır. MDB iclasları isə hər dəfə Rusiyanın təşəbbüsü ilə baş tutur. Son illərdə MDB-nin istər prezident, istərsə digər rəsmilər səviyyəsində keçirilən yığıncaqlarında hər hansı mühüm qərar qəbul edildiyini xatırlamaq olmur”.

E.Mirzəyev bununla belə, Putinin son çıxışının davamı olaraq münasibətlərdə gərginliyə son qoyulmasını gözləyir və bu da Azərbaycanın MDB-də fəaliyyətini bir müddət də davam etdirməsinə gətirib çıxara bilər: “Əgər münasibətlər yenə düzəlməsə və Rusiya prezidentinin açıqlaması söz olaraq qalsa, Düşənbə sammitində iştirak etməyəcəyik. Hətta Bakı ilə Moskva arasında ona qədər yumşalma olsa belə, Prezidentin o sammitə gedəcəyini gözləmirəm. Rusiya vurulan təyyarəmizlə bağlı gərək real addım atsın ki, Azərbaycan MDB sammitində iştirak haqda fikirləşsin. Ümumilikdə isə siyasi meyitə çevrilmiş, perspektivi görünməyən birlikdir. Moskva gec-tez razılaşmalıdır ki, hərbə-zorba dili ilə siyasət, əməkdaşlıq olmur. Ən azından müttəfiqi Çindən dərs götürsün, heç bir ölkəyə hərbi təhdid yağdırmır. İndi isə görünür ki, Rusiya prezidenti daşın qayaya rast gəldiyini başa düşüb. Əgər Azərbaycanı itirmək istəmirlərsə, dialoq olmalıdır və Bakının təyyarə ilə bağlı tələbləri yerinə yetirilməlidir. Bu, Rusiyaya yalnız başucalığı gətirə bilər. Əks halda, Azərbaycan MDB-ni də tərk edə bilər, Rusiyanın olduğu yerlərdə də görünmək istəməz”.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri – B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Alma-Ata deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. 

MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ABŞ Ədliyyə Nazirliyi FED-in rəhbər üzvünə qarşı cinayət işi qaldırıb

Next

Bakıda evlərə girən qadın kimdir? – Görüntüləri YAYILDIVİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv