Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Qarabağ”ın pul kisəsi

By Vüsal Rafiqoğlu
05.09.2025 4 Min Read

Bizim mentalitetdə başqasının pulunu hesablamağın ayıb olduğu bəllidir, amma çoxları bu klubu özgə saymır, qazancını necə xərcləndiyini, niyə transferlərə xəsislik etdiyini bilmək istəyir, amma…

Ötən həftəsonu İngiltərə Premyer-Liqasında “Liverpul”-“Arsenal” derbisinə (1:0) baxanda “Qarabağ”ın bu klubla gələn ilin yanvarında (8-ci, sonuncu turda) qarşılaşacağını göz önünə gətirmək qarışıq təəssüratlar yaratdı.

İngiltərənin futbol çempionatı çox sürətlidir, hərdən peşəkar şərhçi belə qapı meydançasında rəqib meydanına ildırım sürəti ilə yetişən futbolçuların adını söyləməyə imkan tapa bilmir. Açığı, məhz çox sürətli futboluna görə İngiltərə Premyer-Liqasına baxa bilmirəm, tamaşaçı olaraq bu cür sürətli futboldan yoruluram. Amma indi dünya futbolunda taktika və texnika ikinci plana keçirilib. Klubun uğur modeli sürətli hücum və ya əks-hücum üzərində qurulur.

Screenshot_5.png (954 KB)

“Qarabağ”ın Çempionlar Liqasının təqvimini müzakirə edəndə dostlardan biri dedi ki, sonuncu turda “Liverpul”la qarşılaşmamız yaxşıdır. İzahı da belə oldu ki, “Liverpul” sonuncu turadək növbəti mərhələni təmin etmiş olacaq, “Qarabağ”la oyuna bəlkə də əvəzedici heyətlə çıxacaq. Başqa biri də onun erkən sevincini “qursağında qoydu”, dedi ki, amma “Çelsi” çətin üçüncü turadək növbəti mərhələni təmin etsin. Yəni əvvəl “Çelsi” ilə Bakıdakı qarşılaşmanı (noyabr ayındadır) düşünmək lazımdır.

Screenshot_1.png (354 KB)

“Liverpul”un oyununa qayıdıram, heyətində tanıdıqlarımı indi xatırlayıb sayım: Qomes, Van Deyk, Konate, Virtz, Soboszlai, Isak, Salah… “Liverpul” İngiltərə Premyer-Liqası tarixində ən bahalı transferini də bu sezon edib. Avroliqada iki dəfə qarşımıza çıxan, qapımıza qol(lar) vurmuş “Bayer”dən Florian Virtzi 132 milyona avroya transfer edib “Liverpul”. Almanla 2030-cu ilə qədər müqavilə imzalanıb. Onun maaşı həftəlik 230 min avrodur, bonusları nəzərə alsaq, maaş 285 min avroya qədər arta bilər. Şərhə gərək yox, rəqəmlər hər şeyi deyir.

“Qarabağ” 2017-ci ildə ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazananda rəqiblərimizdən biri “Çelsi” idi. İki oyunun cəmində 10 top buraxdıq, o vaxt ingilis klubunun qapısını qoruyan Kurtuanı isə bir dəfə də məyus edə bilmədik. “Çelsi”nin o vaxtkı heyətində kimlər vardı? Rüdiger, Alonso, Fabreqas, Azar, Rodrigez, Villian…

Screenshot_2.png (898 KB)

“Çelsi”nin indiki heyəti isə bu yay çox mənasız klublararası dünya çempionatında qalib gəldi. Gənc oyunçulardan ibarət klubdur, ən yaşlısının gərək ki, 27 yaşı var. 2025-ci ilin yay transferinə “Çelsi”nin 328,1 milyon avro xərclədiyi deyilir.

Yeri gəlmişkən, FİFA-nın yay transferləri üzrə hesabatı da maraqlıdır. İyunun 1-dən sentyabrın 2-dək kişi futbolunda 12 minə yaxın transfer rəsmiləşib və klublar 9,76 milyard dollar xərc çəkiblər. Bu məbləğ 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çoxdur. Yəni futbolçu alqı-satqısı əməllicə biznesdir.

Screenshot_4.png (1.04 MB)

Söz özü “hərlənib-fırlanıb” son günlər ən çox müzakirə edilən mövzuya – “Qarabağ”ın hücumçu transferinə gələsi idi. İdman saytlarına ötəri göz gəzdirdim, bu mövzuda “iki cəbhə” daha fəaldır. Bir cəbhədə “Qarabağ”ı və Qurban Qurbanovu müdafiə edənlər yer alıb. İkincilər də bəlli – klubu və transfer siyasətini sərt tənqid edənlərdir. Klubu müdafiə edənlər daha çox Qurban Qurbanovun təcrübəsinə, oyun taktikasına inanmağa üstünlük verirlər. Onların fikrincə, klub son günədək (sentyabrın 2-də transfer pəncərinin son günü idi) ön xəttə oyunçu transfer etmək üçün ciddi səy göstərib, amma bu keçidlər baş tutmayıb. Əks tərəfin arqumentləri də budur ki, klub ÇL mərhələsinə düşsə də, transferə pul xərcləməyə əvvəlki kimi xəsislik edib. Hətta 200-250 min avroya görə hansısa oyunçunu transfer etməkdən vaz keçiblər.

Bizim mentalitetdə başqasının pulunu hesablamağın ayıb olduğu bəllidir, amma çoxları “Qarabağ”ı özgə də saymır, ona görə klubun qazancını necə xərclədiyini bilmək istəyir. Əgər klub məsələn, Açıq Səhmdar Cəmiyyət olsaydı, İdarə Heyəti və s. formalaşsaydı, azarkeşlər, tərəfdarları klub büdcəsinə üzvlük haqqı versəydilər, şəffaflıq tələb etmək də, transfer siyasətinə qarışmaq haqlı görünərdi.

Demirəm ki, klubu təftiş etməmək lazımdır, təəssüf ki, bəzi həmkarlarımız bu cür müzakirələrdə “Qarabağ”ı və Qurban Qurbanovu az qala “toxunulmaz” elan ediblər. Onlar mediadakı tənqidlərə qıcıqlı reaksiya verirlər. İddia edirlər ki, kimlərsə “Qarabağ” və Qurban Qurbanovun Azərbaycan futbolu adına uğurlarını görməzdən gəlirlər, hətta bu nankorluqdur və sairə. Etməyin, dostlar. Qurban Qurbanovun xidmətlərini kimsə dana bilməz, çünki bu mümkünsüzdür. Amma tənqidlərin qarşısını belə üsullarla almağa da gərək yox. Qurban Qurbanovun da, klubun da o cür müdafiəyə ehtiyacı varmı?

“Qarabağ” UEFA-ya iştirak ərizəsini göndərdikdən sonra bu müzakirələr daha da qızışıb. Heyətə baxdım, daha nə olmalı idi ki… Necə deyərlər, “Varını verən, utanmaz…” Bu heyətlə də oynamaq olar, oynayacaqlar, ən azı qış transfer icazəsinədək.

Screenshot_6.png (782 KB)

Nəriman potensialı olan gənc futbolçudur. Bu klubda Mahir haqda da, Şeydayev haqda da tənqid yazmışam. Nəriman zənnimcə, hələ onların səviyyəsinə belə çatmayıb, amma onu “qoruyurlar”. Gənc yaşımızda bizim yazı-pozularımızı o qədər geri qaytardılar, o qədər “zaqon”da (ehtiyat materiallar papkasına) qaldı, töhmət də aldıq, tənqid də olunduq, hətta məhkəməlik də olduq. Nə oldu, küsüb getdikmi, tənqidlərdən məhv olduqmu? İndi də “aman, Nərimandan yazmayın, onu qoruyun”, “yerli futbolçudur və s.” hay-küyü mənasızdır. Macar klubu ilə pley-offdan sonra müxbir qız ondan soruşdu ki, səni çox tənqid edirlər, onlara nə deyərsən? İfadə tam yadımda deyil, mənası “vecimə də almıram” idi. Yəni onun da müdafiəsinə ehtiyac görmürəm, Nərimanı buraxın öz halına, daha doğrusu Qurban Qurbanovun sərəncamına. Yaxşı oyunçu olacaqsa, olacaq. Görək, ÇL nə edəcək… Məndən soruşsalar, “inanıram ki, yaxşı oynamağa çalışacaq” deyərəm.

“Qarabağ” bu heyətlə ÇL oynayacaq. Rəqiblər çox güclüdür. İndi yalnız iki ingilis klubu haqda ötəri nələrisə yada saldıq. Başqa əjdahalar da var. Amma tənqid etsək də, klubu pul xərcləməməkdə suçlasaq da, oyun günü onlara inanaq. Başqa “Qarabağ”ımız varmı?

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hindistanın Pəncab əyalətində daşqınlar 43 nəfərin həyatına son qoyub

Next

Azərbaycanın “yaşıl enerji” gələcəyinə açılan qapı – Çinlə strateji dialoq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv