Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Sərhəddəki sakitliyin İLGİNC səbəbi – Bu payız…

By Vüsal Rafiqoğlu
08.09.2025 2 Min Read

Bir neçə gün öncə Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sərkisyan maraqlı bir etiraf edib. Deyib ki, ölkənin müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq. Ardınca bildirib ki, 2026-cı il üçün dövlət büdcəsində Müdafiə Nazirliyinə ayrılacaq məbləğin azaldılıb-azaldılmayacağı hələlik məlum deyil. “Əminəm ki, nazirlik gələn ildə də 2024 və 2025-ci illərdəki məntiqlə işləyəcək”, – rəsmi əlavə edib.

Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi isə 1,7 milyard dollar təşkil edir. Bu da ÜDM-nin 6 %-i deməkdir. Hansı ki, heç NATO ölkələrində də yoxdur. Alyans ölkələri təzə-təzə və Trampın təzyiqi altında hərbi xərcləri tədricən ÜDM-nin 5%-i həddinə qaldırmağa razı olublar…

Azərbaycana gəlincə, builki büdcədə müdafiə və milli təhlükəsizlik xərclərimiz 5 milyard dollar həcmindədir. Yəni Ermənistanın rekord həddəki hərbi xərclərindən təxminən üç dəfə çox. Bu da təbiidir. Ona görə ki, Azərbaycan coğrafiya, təbii və insani resurslar baxımından qonşu ölkədən həmişə və dəfələrlə böyük olub. İndi də elədir və bölgənin açar dövlətidir.

Ermənilərin, onların “göylə gedən” xuntaçı-rəhbərləri ağlı olsaydı, vaxtında bunu anlayar, torpaqlarıpmızdan xoşluqla çəkilərdilər. Mifik hərbi “qələbə”nin eyforiyası, havadarların şirnikləndirici vədləri imkan vermədi. Yekun məlumdur: Zəfərlə başa çatan 44 günlük Vətən savaşı, bir günlük antiterror əməliyyatı.

İndi təzədən eyni “bataqlığa girməyə” dəyərmi? Erməni cəmiyyəti bunu istəyirmi? İstəmirsə, onda Paşinyandan möhkəm yapışsın, onun sülh gündəliyinə dəstək versin, “müharibə partiyası”nın, Qarabağ klanının istər siyasi, istərsə də çevriliş yolu ilə iqtidara qayıdışını var gücü ilə əngəlləsin…

Xatırladaq ki, avqustun 8-də Ağ Evdə Bakı və İrəvan arasında sülh sənədinin paraflanmasından az sonra Nikol Paşinyan ölkənin böyük hərbi büdcəyə ehtiyacı olmadığını söyləyib. Bunu da Azərbaycanla müharibə ehtimalının faktiki sıfra enməsi ilə izah edib.

Əslində də belədir. Nə Azərbaycan, nə də Türkiyə Ermənistan hücuma hazırlaşmır. İki qardaş məmləkətin beynəlxalq hüquqa sayğılı dövlət kimi belə hədəfi heç vaxt olmayıb da. Bizim əsas problemimiz işğala, erməni separatizminə son qoymaq idi, ona da artıq nail olmuşuq. Yerdə qalan tək hədəf sülh müqaviləsinin imzalanması və iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasıdır…

Həmçinin aylardır sərhəddə hökm sürən sakitlik. Bu fonda Paşinyanın təyyarəsinin ilk dəfə Azərbaycan səmasından istifadə eləməsi məxsusi diqqət çəkir. Bu həftə isə qardaş Türkiyə ilə Ermənistan arasında ilk dəfə nümayəndələr heyəti arasında görüş gözlənilir. Həm də Ermənistan ərazisində.

Bütün bunlar tərəflər arasında etimad mühitinin çətin də olsa, formalaşmağa başladığının təzahürləridir. Bu isə əlbəttə ki, bölgədə sabitlik və əmin-amanlıq istəməyən, özəlliklə Rusiya hərbi bazasını Gümrüdə saxlamaq üçün əsas axtaran, həmçinin Türkdən “xoxan” düzəltməyə davam edən qüvvələri ciddi narahat edir və edəcək. Onların siyasi arealı bəlli: Ermənistanda Rusiyaya bağlı radikal-revanşist çevrələr, erməni kilsəsi və erməni lobbisi, yaxın zamanlaradək Gümrü bazasına əlavə silahlar daşımış Moskvanın özü.

Qarşıdakı payız aylarında zərbəni məhz onlardan, yaxud onların topasından gözləmək lazım gələcək. Xüsusən də Paşinyan hökuməti ciddi sınaqla üzləşə bilər. Çünki növbəti parlament seçkilərinə bir şey qalmayıb. Hazırkı hakim partiyanın ictimai dəstəyi isə əvvəlki illərlə müqayisədə aşağı düşsə də, son sorğulara görə, yenə müqayisədə ən yüksək olaraq qalır.

Üstəlik, Minsk Qrupu rəsmən ləğvi ilə sülh sənədinin imzalanması yönündə çox mühüm iki addımdan biri atılıb. Demək ki, Nikol və komandasına radikalların və onların xarici havadarlarının qəzəbi daha da artıb. Bu qəzəbin nə ilə nəticələnəcəyini payızda görəcəyik…

Z.SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gəliriniz artacaq, biznesiniz böyüyəcək… – “Qanlı Ay” tutulması nə vəd edir?

Next

Türkiyədə CHP cəbhəsində böyük qarışıqlıq – Polis ərazini nəzarətə götürdü

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv