Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Siyasi reanimasiya

By Vüsal Rafiqoğlu
09.09.2025 3 Min Read

Zaman keçdikcə və müxtəlif hadisələr yaşandıqca daha çox anlayırsan ki, informasiya bolluğu və sosial şəbəkə “azğınlığı” tüğyan edən bir dövrdə siyasi maarifçiliyə zərurət heç zaman olmadığı qədər böyükdür. Ölkənin uğurları və artan beynəlxalq nüfuzu, habelə qütbləşmə ilə bağlı dünyada müşahidə olunan müxtəlif tendensiyalar fonunda daxili sabitlik və həmrəylik mühiti daim kimlərinsə hədəfində olacaqdır.

Hər bir vətəndaş şəxsi siyasi simpatiyalarının məzmunundan asılı olmayaraq bilməlidir ki, ölkənin daxili məsələlərinə xaricdən müdaxilə etmə cəhdləri ilk növbədə siyasi partiyalar vasitəsilə aparılır. Məhz qeyd olunan obyektiv həqiqət səbəbindən xarici qüvvələr, eləcə də siyasi alver ilə məşğul olmaq istəyənlər siyasi partiyalardan hər zaman alət kimi istifadə ediblər. “Demokratik” və populist şüarlar arxasında gizlənərək partiyalar vasitəsilə cəmiyyətin siyasi şüurunda sifarişli stereotiplər formalaşdırılır və qərəzli manipulyasiyalar aparılır. Etiraf etməliyik ki, bu cür tendensiyaların əlamətlərini Azərbaycanda da müşahidə etmək mümkün idi. Bu mənada, təqribən son 5-6 il ərzində siyasi partiyalar sahəsində aparılan davamlı islahatlara şahidlik etməyimiz heç də təsadüfi deyil. Bəzi siyasətbazların qeyr-adekvat davranışları ondan xəbər verir ki, sözügedən istiqamətdə aparılan islahatlar məhz siyasəti alver və manipulyasiya üçün istifadə etmək istəyənləri daha çox narahat edir. Əslində, bunu anlamaq çox rahatdır, axı sağlam mühitdə “mikrob” nə yaşaya, nədəki, ona verilən “vəzifə”ni icra edə bilməz.

Odur ki, bəzi siyasətbazlar ucuz qalmaqalı sadəcə “böyük” siyasətə buraxılış vərəqəsi kimi dəyərləndirirlər. Necə ki, səsi və istedadı olmayanlar ”böyük” səhnəyə yolu qalmaqal vasitəsilə açırlar və qalmaqal vasitəsilə öz “populyarlığını” qorumuş olurlar, eləcə də son 30 il ərzində cəmiyyətə heç bir faydası dəyməyən bəzi demaqoqlar yalnız qalmaqal vasitəsilə siyasətdə öz mövcudluğunu qorumağa müvəffəq olurlar.

Heç bir halda emosiyalara qapanmaq olmaz və heç zaman unutmaq olmaz  ki, alverçi mahiyyətli siyasətçi üçün süni qalmaqal yalnız manipulyasiya alətidir. Əməllərinə şahidlik etmiş tarixin tozundan və iştirak etdikləri müxtəlif olayların qoxusundan qurtarmaq üçün bu cür siyasətçilər hər dəfə növbəti qalmaqallara yol açırlar. Odur ki, qalmaqal onlar üçün siyasi reanimasiya deməkdir. Xırda qalmaqal onların adlarını aktuallaşdırır və təkrar olaraq “böyük” siyasətə yol açır.

Standart siyasi qalmaqalın reseptinə diqqət yetirək: vəzifəli şəxsin adının çəkilməsi, demokratik münasibətlər ilə bağlı demaqoji fikirlərin səsləndirilməsi, insanları düşündürən konkret bir sosial problemin dilə gətirilməsi, müqayisələrin aparılması, emosional nitq və kəskin ritorika. Vəssalam, budur ucuz demaqoqun siyasi baqajı. Siyasi maarifləndirmə ona görə lazımdır ki, bu cür həqiqətləri ifşa etsin və vətəndaşları siyasi manipulyasiyaların torlarından qorusun.

Cəmiyyətə heç bir faydası dəyməyən və öz siyasi təfəkküründə keçmişdə ilişib qalmış bəzi siyasətçilərin müxalifətçilik fəaliyyəti bu düstur üzərində qurulub: qalmaqal bərabərdir siyasi mövcudluq. Siyasi şivənliklə məşğul olanların ard-arda verilən məsuliyyətsiz bəyanatlarının əsas hədəfi məhz qalmaqal xarakterli situasiyaların yaradılmasıdır. Burada “siyasi əxlaq” məfhumunun heç bir dəyəri yoxdur, cəmiyyətin onlara olan münasibətinin məzmunu belə onları maraqlandırmır. Elə buna görə də son zamanlar siyasətdə məsuliyyətsiz davranışa daha çox rastlaşırıq.

Öz populist demaqogiyalarında hər zaman “xalqa” müraciət edən ucuz siyasi şoumenlər əslində hər vəchlə milli həmrəyliyə qarşı çıxış edirlər. Bir daha vurğulayaq ki, onların siyasi fəaliyyəti rifaha yox, cəmiyyətdə şübhə və inamsızlıq toxumunun səpilməsinə xidmət edir. Bu cür siyasətçilərin şəxsi rifahları ilə bağlı bəzi təfərrüatları biləndən sonra onların siyasətdə qalmasının əsl səbəblərini bilmiş olursan və demaqogiyalarına daha çox nifrət etmiş olursan.

Yaşanan bəzi hadisələrə diqqət yetirən zaman görə bilirik ki, emosional qalmaqal naminə onlar hətta öz tərəfdaşlarını qurban verməyə belə hazırdırlar. Yaşadıqları “siyasi tükənmişlik” sindromu isə onların daha aqressiv olmasına və növbəti qalmaqallara əl atmalarına səbəb olur. Müxtəlif təşəbbüslər vasitəsilə təşviq olunan siyasi dialoq mühiti sayəsində siyasi reanimasiyadan çıxmış bəzi partiyalar cəmiyyət və dövlətçiliyimizin gələcəyi naminə sözügedən prosesdə fəal iştirak etməli və bu prosesə öz töhfələrini verməlidirlər. Vətənpərvər qüvvələrin yolu budur.

Asif Adil,
politoloq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Avropa Paşinyan üçün “xilas əməliyyatı”na başladı

Next

Qalada Əncir festivalı: Həm dadlı, həm də maraqlı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv