Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türklər Alıcandan o tərəfə keçir – illər sonra ilk dəfə…

By Vüsal Rafiqoğlu
09.09.2025 4 Min Read

Ermənistan, nəhayət, nicat yolunu tapmaqdadır; tarixi barışığa az qaldı…

Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır. APA Türkiyənin NTV televiziya kanalına istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gəlir.

Səfərin bu həftənin əvvəlində keçirilməsi planlaşdırılır. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfir Serdar Kılıçın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Alican sərhəd-keçid məntəqəsindən keçərək getməsi gözlənilir.

İlk dəfə keçiriləcək heyətlərarası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilmiş qərarların icraya qoyulması gündəmdə olacaq.

Keçmiş illərdə aparılmış beş ayrı görüşdə yük daşımaları və hava uçuşlarının başlanması, sərhədlərin açılması üçün texniki və infrastruktur işlərinin həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdi.

Diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən keçməsinə icazə verilməsi məsələsində də razılıq əldə edilmişdi, lakin bu qərar hələ həyata keçirilməyib.

Səfərin ABŞ-Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı müqavilənin imzalanmasının ardından baş tutması da mühüm əhəmiyyət kəsb edir.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da yaxın günlərdə İrəvanda xüsusi nümayəndələrin görüş keçirəcəyini açıqlayıb.

Xatırladaq ki, iki ölkə arasında normallaşma prosesi 2022-ci ilin əvvəlində başlanıb. O dövrdə əldə olunan əsas razılaşmalardan biri 1 iyul 2022-ci ildə Vyanada imzalanan sənəd olub. Razılaşmaya görə, tərəflər qısa müddətdə quru sərhədini üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmalı idilər.

Lakin razılaşmadan iki ildən çox vaxt keçməsinə baxmayaraq, sərhəd hələ də bağlı qalır. Yeni danışıqlarda bu məsələnin gündəmin əsas mövzularından biri olacağı gözlənilir.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Professor, iqtisadi və siyasi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, vaxtilə Azərbaycan torpaqlarını işğal edərək, bu torpaqlarda Türkiyəyə qarşı bir dövlətcik yaradan Rusiya haradan biləydi ki, on illər keçəcək və onun Cənubi Qafqaz siyasəti bugünkü kimi iflasa uğrayacaqdır: “Osmanlı İmperiyası dönəmində də Türkiyədə yaşayan erməniləri hakimiyyətlə düşmən edənlərdən, ermənilərlə türkləri qarşı-qarşıya qoyanlardan biri və bəlkə də birincisi elə Rusiya olub. Sağlam olmayan əməllərin ömrü uzun olmur deyirlər. El dilində belə əməllərin üstünün qırx gündən sonra açılmasına eyham vurulsa da, siyasətdə bu qırx gün bəzən on illər uzunu davam edə bilir. Və indi Cənubi Qafqazda obrazlı desək Rusiya imperiyasının qırx günü tamamlanır. Ruslar özlərinə yer tapa bilmirlər. Onların üzünə bu qədər təsirli silləni bəlkə də heç kim vurmamışdı ki, bunu Ermənistan etdi. İndi ruslar deyir ki, on illər boyu Rusiyanın yedəyində gedən, onun bütün resurslarından “ata malı” kimi yararlanan Ermənistan birdən-birə “çörək yediyi qaba tüpürdü”. Rusların ağlına belə gəlməzdi ki, bir gün Ermənistan hakimiyyətinin başında dayanan birisi durub deyəcək ki, Qarabağ Azərbaycandır! Bunu Rusiyada  başda Vladimir Putin olmaqla heç bir rus həzm edə bilmədi. Cənubi Qafqazı caynaqda saxlamağın ən böyük aləti – Qarabağ məsələsi qapandı. Kremlin sözçü sürüsü Paşinyanın bu bəyanatından sonrakı dönəmdə zəncir çeynəməklə məşğuldur. Ancaq gecdir. O qatar artıq yola çıxıb və sürət yığmaqda davam edir. Ona Rusiyanın indiki bərbad hərbi, iqtisadi və siyasi durumunda çatmaq mümkün deyil. Ancaq ən azından indi Ermənistana hədə-qorxu gəlmək mümkündür ki, bunu da Rusiya rəsmiləri və sözçüləri durmadan edirlər. Bu çaxçax baş apardıqca Cənubi Qafqazda sülh və əmin-amanlıq qatarı yol tutub gedir. Ruslar artıq başa düşürlər ki, bölgədə siyasi dəngələr əsaslı şəkildə dəyişməkdədir və sonda onların bu regionu tamamilə tərk edib, rədd olub getməkdən başqa yolları qalmayacaqdır”.

İqtisadçı alim onu da bildirdi ki, Cənubi Qafqaz regionuna ABŞ və onun regionda ən yaxın tərəfdaşı, Azərbaycanla qardaş olan Türkiyə gəlir: “Əslində Türkiyəmiz zatən buradadır. On illər uzunu rusların bu regionda qorxduqları indi başlarına gəlir. Rus imperiyası Ermənistanı zamanında Türkiyəyə və Qərbə qarşı bir alət kimi yaratmışdı. İndi Ermənistan Cənubi Qafqaza Türkiyənin və Qərbin gəlməsi üçün qucaq açır. Ruslardan fərqli olaraq Cənubu Qafqazda yeni oyunçuların bir marağı var – o da sağlam əməkdaşlıq müstəvisi qurub, orada hər bir dövlətin faydalanmasına şərait yaratmaq və bütövlükdə regionda sülhü təmin etməkdir.  Bəs Rusiya 200 ildir bu regionda nə edirdi? Böyük rus insan hüquqlarının müdafiəçisi Valeriya Novodvorovskayanın Rusiya dövlətinə verdiyi tərifi bu yerdə xatırlamaq yerinə düşər. O deyirdi: “Rusiya müharibəsiz yaşaya bilməyən bir imperiyadır. Əgər düşməni yoxdursa, onu yaradır. Xarici təhlükələri yoxdursa, onları daxildə axtarmağa başlayır. Bu lənət əsrlərdir davam edir”. Bu lənətin acılarını Rusiya ilə bu və ya digər formada əlaqədə olmuş bütün xalqlar çəkib və çəkməkdə davam edirlər.  Ermənistan hakimiyyətinin Türkiyə ilə əlaqələri bərpa etmək qərarı və bu yolda atdığı cəsarətli addımlar Ermənistan tarixində onun bir dövlət kimi yaşaya bilməsi yolunda edilən ən doğru seçimdir. Nikol Paşinyan bu gerçəyi hakimiyyətə gəldiyi ilk gündən dərk edirdi. Sadəcə, o, bunu həmin an edə bilməzdi. Ona zaman lazım idi. Paşinyan yaxşı anlayır ki, Ermənistanın kiminsə əlində alət deyil, gerçək bir dövlət olması yalnız Türkiyə və Azərbaycanla barışdan və sağlam əlaqələrin qurulmasından keçə bilər. İndi bu istiqamətdə atılam addımlar Ermənistanın bir dövlət kimi mövcud olmasına, Cənubi Qafqazda isə bütövlükdə sülhə aparır. Bunun alternativi yoxdur. Son bir neçə ildə Rusiya Cənubi Qafqazda gedən və sülhə aparan pozitiv proseslərə nə qədər əngəl törətməyə çalışsa da bunu bacarmadı. Çünki artıq xalqlar ayılıb və baş verən bütün hadisələri obyektiv qiymətləndirə bilirlər. İndi heç kimi aldatmaq mümkün deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir – Gözlər Milli Məclisdə!

Next

Avropa Paşinyan üçün “xilas əməliyyatı”na başladı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv