Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya Azərbaycana pisliyindən qalmır

By Vüsal Rafiqoğlu
10.09.2025 3 Min Read

Bu ölkə indi də vətəndaşlarımızı Ukrayna “casusu” çıxarmağa başlayıb; azərbaycanlıların silsilə həbslərində hədəf

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropolda Azərbaycan vətəndaşını saxlayıb. Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Stavropol diyarında Rusiya Federasiyasında qadağan olunmuş Ukrayna terror təşkilatına qoşulmuş, onun rəhbərlərinin göstərişi ilə təxribat və terror aktları törətmək üçün nəzərdə tutulmuş bir sıra obyektlərə, o cümlədən Yesentuki və Stavropol şəhərlərində hüquq-mühafizə orqanlarının inzibati binalarına və nəqliyyat vasitələrinə dair ətraflı kəşfiyyat aparan Azərbaycan vətəndaşı saxlanılıb”, – məlumatda qeyd olunub. Onun əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiyi iddia edilib.

Yada salaq ki, avqustun 21-də də Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunu Dağıstanın Azərbaycanla sərhədində yerləşən “Yaraq-Kazmalyar” avtomobil buraxılış məntəqəsində saxlayıb. O, “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək məqsədilə gəzdirməkdə” ittiham olunur. FTX-nin açıqlamasına görə, Rufullayev Yadulla sənədləri Ukraynada yaşayan və UTX agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Rufullayevin göstərişi ilə əldə etdiyini etiraf edib. Sənədlər və mobil telefon sonradan Ukraynaya göndərilmək üçün Kurqan vilayətində gizlədilib. Faktla bağlı Rusiyanın təhlükəsizliyinə qarşı düşmənə kömək maddəsi ilə cinayət işi açılıb. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Görünən budur ki, Azərbaycanı gah Ukraynaya hərbi yardım etməkdə ittiham edən, gah bu ölkədəki enerji obyektlərimizi bombalayan Rusiya, indi də azərbaycanlılardan “casus” düzəldir. Təbii ki, belə halların olması mümkündür. Lakin münasibətlərimizin gərgin dövründə Rusiya FTX-nın həbslərə başlaması təsadüfə oxşamır. Bu günlərdə də Rusiya teleqram kanallarından biri yalan məlumat yaymışdı. Guya Azərbaycanın MİQ-29 təyyarələri Ukraynanın istifadəsindədir.

Ümumiyyətlə, Rusiya artıq xeyli müddətdir ki, Azərbaycana qarşı qərəzli siyasət aparır, qonşuluq prinsiplərinə uyğun olmayan hərəkətlər edir. Moskvanın Azərbaycana yönəlik yanlış siyasəti, öz səhvlərindən nəticə çıxarmaması təbii ki, əlaqələrə mənfi təsir göstərir. Üstəgəl, Rusiya son günlər münasibətləri daha da gərginləşdirən və Bakının adekvat qərarlarına səbəb olacaq addımlar atır.

Azərbaycan Ukraynada müharibə başlayandan bu ölkəyə humanitar dəstək göstərir, insanların ən zəruri ehtiyaclarını qarşılamağa çalışır. Göndərilən humanitar yardımda da məhz bu detal nəzərə alınır. Bu gün Ukrayna üçün enerji təminatı da çox vacibdir. Azərbaycan ilk dəfə olaraq Ukraynaya təbii qazı tədarük etməyə başlayıb. Tədarük Trans-Balkan magistral qaz kəməri vasitəsilə həyata keçirilir. Qaz tədarükünə dair razılaşma Ukraynanın “Naftoqaz” milli neft-qaz şirkəti ilə Azərbaycanın enerji nəhəngi SOCAR-ın Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine” arasında imzalanıb. “Naftoqaz”ın idarə heyətinin sədri Sergey Koretskinin sözlərinə görə, bu addım uzunmüddətli əməkdaşlıq üçün yol açır və ölkənin enerji təhlükəsizliyi, tədarükün diversifikasiyası sistemində daha bir vacib elementdir.

Qabil Hüseynli səhhətindən danışdı: Yoldaşım müalicə edir

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Rusiya indi də azərbaycanlıları Ukrayna “casusu” çıxarmağa başlayıb. Onun sözlərinə görə, sonuncu həbslə bağlı FTX ad-soyad belə açıqlamayıb: “Rusiyanın həbs etdiyi şəxslər onun vətəndaşı olan azərbaycanlılar da deyil. Onlar Azərbaycan vətəndaşlarıdır. Bununla Bakıda saxlanılan 13 Rusiya vətəndaşı ilə bağlı cavab verdiklərini göstərməyə çalışırlar. Amma onlar onlayn narkotik satış, kiberhücum maddələri ilə ittiham olunurlar. “Sputnik” əməkdaşları isə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, eləcə də digər maddələrlə təqsirli bilinirlər. Yəni onlara verilən ittihamlar realdır. Rusiya isə bizim vətəndaşları agent çıxarır, Ukrayna kəşfiyyatı ilə əlaqələndirir. Görünür, Moskva dozanı artırmaqda maraqlıdır. Sonra rəsmi səviyyədə bəyan edilir ki, Azərbaycanla barışığa çalışırlar. Sən bizim vətəndaşları həbs elə, sonra 13 nəfərin buraxılmasını şərt kimi irəli sür – belə anlaşma ola bilməz. Bu azmış kimi, bizi Ukraynaya silah verməkdə ittiham edirlər, enerji mərkəzlərimizi vururlar. Bu addımlar Rusiyanın barışıq niyyətindən uzaq olduğunu göstərir. Zənnimcə, Rusiyanın həbs etdiyi vətəndaşlarımızla maraqlanmaq lazımdır”.

Professor hesab edir ki, Rusiya Azərbaycana hibrid savaş elan edib və bununla bağlı parlamentin müvafiq komissiyası da bəyanatla çıxış etmişdi: “Yəni bütün istiqamətlərdə hərəkətə keçiblər. Ardınca Lavrov əməkdaşlıqdan danışır, Overçuk iqtisadi əlaqələrdən bəhs edir. Əməldə isə vətəndaşlarımız həbs olunur, soydaşlarımız təzyiqlərə məruz qalır. Rusiya regionda strateji məğlubiyyətini həzm edə bilmədiyi üçün bu şantaj və təhdid siyasətinə əl atıb. Əslində Azərbaycan vətəndaşlarının belə ağır ittihamlarla saxlanılmasına görə Rusiyadan izahat istənilməlidir. Eyni zamanda Moskva bilməlidir ki, təzyiq üsulu çıxış yolu deyil. Azərbaycan doğru bildiyi yoldadır və onun çətiri altında hansısa yarımçıq sülh sazişi imzalamaq niyyətində olmayıb. Bu gün də addımlarımız yekun sülh sənədinə hesablanıb. Rusiya isə çox istərdi ki, bölgədə yarımçıq bir sülh sənədi olsun, özünün iştirakı ilə bölgədə həmişə narahatlıq doğuran proseslər cərəyan etsin. Çünki Rusiyanın Cənubi Qafqazda qalmasının başqa forması yoxdur. İndi dünya dəyişir və ənənəvi təzyiq metodları işləmir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarşıdakı həftələrdə çətin sınaqlarla qarşılaşacaq 4 BÜRC

Next

DİN əməliyyat keçirdi – 35 nəfər saxlanıldı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv