Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dənizaşırı ərazilər Makronun kolonial siyasətinə qarşı

By Vüsal Rafiqoğlu
11.09.2025 4 Min Read

Fransa növbəti siyasi böhranla üzləşib. “Hər şeyi bloklayın” çağırışı ilə sentyabrın 10-da müxtəlif bölgələrdə başlayan etirazlar bütün ölkəni bürüyüb.

Etirazların miqyası prezident Emmanuel Makronu sərt qərarların qəbuluna sövq edib – ölkə üzrə 80 min polis və jandarm bu etirazları yatırmağa yönəldilib. Hər bir bölgədə fərqli taktika və hədəflər olsa da, ortaq məqsəd hökumətin siyasətinə etiraz, xüsusilə, büdcə kəsintilərinə reaksiyadır.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, metropoliya ərazisində aksiyalara təxminən 200 min nəfər qatılıb, nəticədə 700-dək etirazçı saxlanılıb və 23-dən çox polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

“Hər şeyi bloklayın” hərəkatı və 2018-ci ildəki “sarı jiletlilər” üsyanı arasında paralellər aparılsa da, birinci bir qədər az strukturlaşdırılıb və yenicə – bu yay meydana gəlib. Buna baxmayaraq, onun populyarlığı artır. Əksəriyyət prezidentə qarşı xüsusi nifrət nümayiş etdirir.

İki böyük həmkarlar ittifaqı təşkilatı – CGT və SUD aksiyaları dəstəkləyib, daha geniş tətillər isə 18 sentyabr tarixinə planlaşdırılıb. Ipsos sorğusuna görə, fransızların 46 %-i hərəkatı dəstəkləyir.

Bu aksiyalar ölkə rəhbərliyinin yarıtmaz siyasətinin nəticəsidir və uzunmüddətli narahatlıq, dərin narazılıq dövrünün başlanğıcını anons edir.

Etirazlar məcrasını dəyişsə, islamofob və miqrantlara qarşı çevrilə bilər. İlkin əlamətlər də var. Məsələn, Paris və ətraf ərazilərdəki məscidlərin qarşısında doqquza yaxın donuz başı aşkarlanıb. Hadisə Fransada islamofob nifrətin və təxribatların təhlükəli mərhələyə keçdiyini göstərir. Baş verənlər Fransada islamofob nifrətin yeni və narahatedici bir mərhələyə keçməsi kimi qiymətləndirilir.

Hadisə ictimaiyyətdə və siyasi dairələrdə güclü reaksiya doğurub. “Əyilməz Fransa” (LFİ) hərəkatının rəhbəri Jan-Lük Melanşon hadisəni ölkədə sürətlə yüksələn islamofobiyanın növbəti nümunəsi kimi qiymətləndirib. Milli Birlik (RN) partiyasının nümayəndəsi Toma Menaje də bu hadisəni müsəlman vətəndaşlara qarşı dözülməz təxribat kimi təqdim edib.

Bu hadisə Fransa cəmiyyətində dini və milli birliyə qarşı yönəlmiş nifrət aktlarının nə qədər təhlükəli və incə planlaşdırıldığını bir daha göstərir.

“Əyilməz Fransa” hərəkatı hökumətin yeni başçısı Sebastyen Lekornu hökumətinə qarşı etimadsızlıq səsverməsi təqdim edəcəyini açıqlayıb. Hərəkatın rəhbəri Jan-Lük Melanşon isə bu təyinatı “Parlamentə hörmətsizlik” kimi qiymətləndirərək Emmanuel Makronun istefasını bir daha tələb edib.

Milli Birlik partiyasının lideri Marin Le Pen yeni təyinatı tənqid edərək bildirib ki, Prezident makronizmin son gülləsini atır. O, növbəti Baş nazirin Jordan Bardella olacağını proqnozlaşdırıb.

Dənizaşırı əyalətlər “koloniyalar naziri”nə qarşı

Etirazların səbəbləri sırasında Makron “əbədi kölgəsi” və sərt xətt tərəfdarı kimi tanınan Sebastyen Lekornunu yeni baş nazir təyin etməsi də var. Və bu narazılıq daha çox dənizaşırı ərazilərdə müşahidə olunub. Makronun “dəmir əli” müdafiə naziri vəzifəsində çalışmazdan əvvəl bu postu tutub. S.Lekornu həmin ərazilərdə xüsusi amansızlığı ilə seçilib, sərt qərarların qəbuluna çalışıb. Məhz bu səbəbdən indi həmin ərazilərdə etirazlar olub. Məsələn, Hind okeanında yerləşən Reyunyon adasında 800 nəfərə yaxın etirazçı avtomobil yollarını bağlayıb.

Etirazçılar arasında Reyunyon regional şurasının sədri Üqet Bello da olub. Aksiya nəticəsində biri azyaşlı olmaqla üç nəfər saxlanılıb. Növbəti mərhələdə Cənubi Amerikada yerləşən Fransız Qvianasında 20-yə yaxın şəxs Suzini dairəsində dinc etiraz keçirib, Karib hövzəsindəki Martinikdə isə 300-dən çox nümayişçi prefekturanın qarşısında korrupsiya, həkim çatışmazlığı və polis şiddəti hallarına diqqəti yönəldib. Son olaraq, Hind okeanında yerləşən Mayot adasında isə etirazlar yalnız simvolik xarakter daşıyıb, 11 nəfərdən ibarət müəllim qrupu məktəbin qarşısında toplaşaraq qısamüddətli aksiyadan sonra tədris fəaliyyətinə qayıdıb.

Sözügedən dənizaşırı ərazilərdə fəaliyyət göstərən siyasi partiyalar, xüsusilə müstəqillik tərəfdarı qüvvələr və onların rəhbərləri etiraz aksiyaları ilə bağlı hər hansı mövqe və ya rəy bildirməyib.

Yeni baş naziri “koloniyalar naziri” adlandıranlar bu təyinatın bölgədə siyasi gərginliyi daha da dərinləşdirəcəyini bəyan ediblər. Bildirilir ki, dənizaşırı ərazilərdə etirazların miqyasının məhdud qalmasının başlıca səbəblərindən biri həmin bölgələrdə siyasi mövqe zəminində həbs olunma risklərinin daha yüksək olmasıdır. Xüsusilə, Mayot, Qvadelup, Fransız Qvianası, Martinik və Yeni Kaledoniya kimi ərazilərin həbsxanalarında sıxlıq səviyyəsi əhali sayına nisbətdə daha yüksəkdir. Bu vəziyyət, Fransa hakimiyyətinin rəsmi ideoloji prinsipi olan “azadlıq, bərabərlik, qardaşlıq” devizinə baxmayaraq, siyasi təqib və həbsin hələ də real və aktual problem olduğunu açıq şəkildə nümayiş etdirir.

Azərbaycan beynəlxalq həmrəyliyin səfərbər edilməsinə çalışır

Göründüyü kimi, Fransanı bürüyən etirazlar ölkə hüdudlarından kənara çıxıb və dənizaşırı vilayətlərdə də özünü göstərib. Makron hökuməti hər vəchlə həmin əraziləri nəzarətdə saxlamağa cəhd göstərsə də, səyləri nəticəsiz qalır. Önəmli olan həm də odur ki, bu ərazilərin azadlıq hərəkatı, müstəqilliyi dünya birliyinin də diqqət mərkəzində olmalı idi, təəssüf ki, bu məsələ kənarda saxlanılır.

Azərbaycan istisna olmaqla heç bir dövlət bu məsələdə mövqe və ya həmrəylik göstərmir. Azərbaycan müxtəlif səviyyələrdə bu məsələni gündəmdə saxlayıb – həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə. Neokolonializmə qarşı mübarizəni prioritet elan edən Bakı Təşəbbüs Qrupu bu məqsədlə müxtəlif beynəlxalq tədbirlər həyata keçirib, məsələnin aktuallığının saxlanılmasına çalışıb.

Məsələn, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoyub.

“Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər.

Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır”, – deyə dövlət başçısı diqqətə çatdırıb.

Göründüyü kimi, fransadaxili siyasi böhran sürətlə keçmiş müstəmləkələrə, dənizaşırı ərazilərə yayılır. Makron hökumətinin də onların qarşısını almaq üçün atdığı repressiv addımlar nəticə vermir. Əksinə, narazılıqlar artmaqda davam edəcək. //Report//

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əmək müqaviləsinin elektron imzalanması: Risk, yoxsa üstünlük?

Next

Culfada ağır qəza- 4 nəfər həlak oldu, 2-si polisdir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv