Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Hacıyevin ABŞ səfəri – “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir?

By Vüsal Rafiqoğlu
12.09.2025 3 Min Read

Azərbaycanın daha bir qələbəsi yaxınlaşır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mastla görüşüb. Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini və onun Azərbaycan-ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev “Azadlığı müdafiə aktına 907-ci düzəliş”in ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.

Pakistan bizim yaxın dostumuzdur - Səməd Seyidov | Modern.az

Səməd Seyidov 

Deputat Səməd Seyidov bu mövzuda danışaraq bildirib ki, ABŞ-la parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə ümid edir: “Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrin genişlənməsi üçün müxtəlif tədbirlər payız sessiyasında keçiriləcək. Bu gün Azərbaycan-ABŞ münasibətləri özünün yeni mərhələsini yaşayır”.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp “907-ci düzəliş”i dayandırıb, amma onun ləğvinə Konqres qərar verməlidir. H.Hacıyevin konqresmenlərlə keçirdiyi görüşlər, Milli Məclislə Konqres arasında əlaqələrin genişlənməsi “907-ci düzəliş”in ləğvinə gətirib çıxara bilərmi?

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...” |  Modern.az

Hikmət Babaoğlu 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-ABŞ münasibətləri 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda keçirilən görüşdən sonra tamamilə yeni bir mərhələyə qədəm qoyub: “Bu, həm ikitərəfli münasibətlər kontekstində bir mərhələdir, həm də ABŞ-nin Cənubi Qafqazda oynayacağı yeni rol baxımından tamamilə fərqli bir mərhələdir. İkitərəfli münasibətlərdə ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ilə bağlı qərar qəbul edildi və Azərbaycan Prezidenti dərhal bu xartiyanın hazırlanması üçün komissiya yaratdı. Bu, özlüyündə həm iqtisadi baxımdan, həm siyasi baxımdan mühüm sənəd olacaq. Ona görə ki, strateji tərəfdaşlıq haqqında xartiya imzalamış ölkələr mühüm məqsədlər və hədəflər müəyyənləşdirərək bu addımı atırlar. Eyni zamanda Azərbaycanın sülh təşəbbüsü regionda Amerikanın iştirakçılığını da artırıb. Bu isə ABŞ üçün strateji əhəmiyyət kəsb edən hadisələrdən biridir. Belə olan halda, əlbəttə ki, strateji tərəfdaşlığa doğru gedən iki ölkənin münasibətləri arasında maneə yaradacaq heç bir sənəd olmamalıdır. “Azadlığı müdafiə aktına 907-ci düzəliş” 33 il öncə qəbul edilmiş sənəd idi və ABŞ-Azərbaycan münasibətlərinin köhnə reallığının nəticəsi idi. Biz bu gün münasibətlərə xələl gətirəcək neqativ keçmişi gələcək münasibətlərə daşıya bilmərik. Mənə belə gəlir ki, Amerikada da bunun fərqindədirlər. Ona görə də yeni reallıqlarda yeni ABŞ-Azərbaycan münasibətlərində “907-ci düzəliş”ə yer yoxdur. Mən düşünürəm ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşləri müsbət nəticə verə biləcək və zaman-zaman ABŞ-Azərbaycan münasibətlərində xoşa gəlməyən hallar yaradan keçmişin bu köhnə sənədi tarixin arxivinə göndəriləcək”.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli 

Siyasi ekspert Qulamhüseyn Əlibəyli isə bildirdi ki, “Azadlığa müdafiə aktına 907-ci düzəliş”in ləğv olunması Azərbaycan üçün bir nüfuz məsələsidir: “Çünki həmin “907-ci düzəliş”də Azərbaycanın guya Dağlıq Qarabağı işğal eləməsi, erməniləri guya bolakadada saxlaması, guya məhv eləməsi kimi ağır ittihamlar var. “907-ci düzəliş” qüvvədə qaldıqca bu ağır ittihamlar da qüvvədə qalmış olur. Düzdür, onun aktivliyi dayandırılıb, amma hər halda, bu hələ də qüvvədə olan bir sənəddir və bu sənəd Azərbaycana qarşı ittihamların yer aldığı sənəddir. Ona görə də onun de-yure bütövlükdə ləğv olunması lazımdır. Azərbaycan haqsız olaraq o sənədin ləğv olunması məsələsini gündəmə gətirir. Bu, bir az çətin prosedurdur. Amerika hüquq sisteminə az-çox bələd olan şəxs kimi deyə bilərəm ki, Konqresin qəbul etdiyi aktların sonradan ləğv olunması praktikasına, demək olar ki, rast gəlinmir. Prezidentin aktları ləğv oluna bilir. Amma Konqresin qəbul etdiyi aktı Konqresin özünün ləğv eləməsi praktikası, demək olar ki, yoxdur. Konqres sovet dövründə SSRİ-yə qarşı aktlar qəbul edib, SSRİ 35 ilə yaxındır mövcud deyil, amma həmin aktlar hələ də qalır. Azərbaycan bu gün “907-ci düzəliş”in məhz Konqres tərəfindən ləğv olunmasını qaldırırsa, düzgün edir. ABŞ Prezidenti bu aktın ləğv olunması haqqında Konqresə təqdimat verə bilər. Konqresmenlərin özləri ilə işləmək və “907-ci düzəliş”in ləğvinə nail olmaq ən yaxşı yoldur. Hikmət Hacıyevin görüşləri bu baxımdan çox vacib və əhəmiyyətli görüşlərdir”.

Q.Əlibəyli hesab edir ki, Konqres növbəti bir düzəliş qəbul etməklə “907-ci düzəliş”i ləğv edə bilər: “Yəni bu, hüquqi cəhətdən mümkün olan məsələdir. İndi ABŞ ilə Azərbaycanın münasibətlərinin normallaşması onu deməyə əsas verir ki, bu məsələ müsbət həllini tapa bilər. Eyni zamanda gələcəkdə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması da nəzərdə tutulur. Bu da “907-ci düzəliş”in ləğvinin zəruri olduğunu meydana gətirir. Bu aktın ləğv olunması Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxaracaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanın olduğu ittifaqa qoşulmaq Pakistanın nəyinə lazım?

Next

Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv