Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

SOS! “Azərbaycan o halda müharibəyə başlayacaq…”

By Vüsal Rafiqoğlu
12.09.2025 3 Min Read

Ermənistan Qarabağın bizə aid olduğunu tanımasa, regionu fəsadlar gözləyir – Paşinyanın adamından xəbərdarlıq

Bu ilin 8 avqustunda Vaşinqtonda imzalanan üçtərəfli birgə bəyannamə, ardınca ATƏT-in Minsk Qrupunun ləğvi ilə Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınlaşıb. Qalır yeganə əngəl – qonşu ölkənin konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı məlum istinadın çıxarılması. Bu isə bilavasitə erməni cəmiyyətinin nə dərəcədə sülh istəməsindən asılı olacaq. Yəni “top” onların meydanında. Həm də çoxdan. Seçim özlərinin.

“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımasa, bu, yeni müharibəyə səbəb olacaq”. Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib (Teleqraf).

“Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır. İndi Ermənistan bunun belə olmadığını söyləsə, bu, müharibəyə gətirib çıxaracaq. Köçəryan və Serjin hərəsi 10 il prezident olub, Qarabağın “müstəqilliyini” tanıyardılar. Vitali Balasanyan deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Amma onlar da Qarabağı Azərbaycana təhvil verməyi üstün tutdular. Unutmusunuz? 200 ildir bizə deyirlər ki, türklər bizim düşmənimizdir. Biz artıq qonşularımızla qonşu olmalıyıq, qisas almaq üçün kənardan adam gətirməməliyik. Azərbaycan da müharibəyə getməyə maraqlı deyil. Hamımız sülh istəyirik”, – deputat bildirib.

Belə bir pozitiv ovqat Ermənistan cəmiyyətinə nə dərəcədə hakimdir? Melkonyan haqlıdırmı? Referendum bu gün keçirilsəydi, nəticə necə olardı? 

Bu arada baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanda və xaricdə Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var. “Bəli, sülh bərqərar oldu. Amma həm Ermənistanda, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa çalışan qüvvələr var”, – Paşinyan vurğulayıb. Müharibə tərəfdarlarının dairəsi bəllidir. Hakimiyyət onları zərərsizləşdirə biləcəkmi?

Professor Qabil Hüseynlinin 70 ili - yubilyara təbrik mesajı...

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, sülh xalqlar arasında gec bərqərar olur, nəinki dövlətlər arasında: “Bu gün razılaşma var, amma iki xalq hələ barışmayıb. Çünki ortada tökülən qanlar nifrəti aradan qaldırmayıb. Azərbaycan qalib tərəfdir və revanş hissi yoxdur. Ermənistan cəmiyyəti isə məğlubiyyətə görə özündə qisasçılıq istəklərini saxlayıb. Ona görə sülh sənədinin iki xalqı tezliklə barışdıracağını demək çətindir. Sadəcə, sivilizasiyanın inkişafı, regiondakı hadisələr, ticarət əlaqələri barışığı sürətləndirə bilər”.

Q.Hüseynli hesab edir ki, sülhə əngəl olan qüvvələr bəllidir: “Bu dairələr müxtəlif mərkəzlər olsa da, Rusiya bağlantıları var. Lavrov da sülh əleyhinə niyyəti gizlətmir. Sadəcə, Kremlin pozucu fəaliyyəti və bu yöndə cəhdləri hələlik bəyanatlara söykənir. Rusiya addım ata bilmir və hədə dolu ismarışlar ötürür. Ancaq məsələ odur ki, Rusiya bütün silahlarını istifadə edir – kilsə, müxalifət, daşnak qüvvələri, anti-Paşinyan mediası, ruspərəst təşkilatlar… Sadəcə, bata bilmirlər. Mən Ermənistan hakimiyyətinin sülh istədiyinə inanıram. Əgər buna mane olan qüvvələr varsa, onlar da iqtidar tərəfdarları deyil. Əksinə, sülh düşmənləri Rusiyadan qidalanır. Hətta Fransa və digər güclər də yox. Amma nəticə əldə olunmayacaq. Bölgəyə dayanıqlı sülhü gətirəcəyik və reallıqlar bunu diqtə edir”.

Ramiyə Məmmədova: “Bakıda Nuru Paşanın heykəlinin qoyulması məqsədə uyğun  olardı”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova sülh üçün heç vaxt olmadığı qədər fürsət görür. Onun fikrincə, bunu əldən vermək olmaz və nəticəsi böyük fəsadlar törədər: “Hansı qüvvələr ki, sülh istəmir və təbliğatını aparır, onlar Cənubi Qafqazda daim qan görmək istəyənlərdir. Bu mərkəzlər erməni xalqına da düşməndir. Çünki sülh olmasa, müharibə riski həmişə var. Bu da yeni qurbanlar deməkdir. Ermənistanda bəzi qruplar, siyasi düşərgələr elə bilirlər ki, revanş mümkündür və buna hazırlaşmaq lazımdır. İntəhası, onlar faciələri nəzərə almırlar. Azərbaycan Ordusu güclüdür, Ermənistanı isə Rusiya müdafiə etmir, onda revanş necə ola bilər? Ona görə erməni cəmiyyətinə növbəti siqnallar ötürülür ki, revanş emosiyalarını boğsunlar”.

Ekspert hesab edir ki, müxtəlif çağırışlar olacaq, di gəl, Bakı ilə İrəvan birgə hərəkət etməlidir. Onun sözlərinə görə, erməni müxalifəti radikal təfəkkürlü və terrorçu zehniyyətə malik qüvvələrdir.

R.Məmmədovaya görə, əgər erməni xalqı müxalifətə qoşulmursa, deməli, bu “ağıla” dəyər verilmir: “Biz gələn il seçkilərinin nəticələrini gözləməliyik. İstənilən halda, Paşinyanın qələbəsi mütləqdir. Çünki hakimiyyət dəyişikliyi regionda sülh prosesini poza bilər. Ən azından buna ciddi maneələr yaranacaq. Erməni cəmiyyəti seçim edə bilməsə də, revanşist müxalifətə inanmır. Paşinyana isə ciddi rəqib yoxdur. Ona görə də bu prosesi adlayıb sülh haqda daha əminliklə danışmaq mümkün olacaq. Erməni deputat ictimai rəyə demək istəyir ki, Qarabağın Azərbaycana aid olduğu təsdiqlənib, sülh mətni də göz qabağındadır, bunun əleyhinə çıxmaq isə yeni müharibə, yeni qurbanlar deməkdir. Erməni xalqı öz övladlarının tabutda meyitlərini görmək istəmir, o zaman sülhə səs verməlidirlər. 8 avqust sənədi də məhz Paşinyanın reytinqinə müsbət təsir edən fakt oldu”.

Yeri gəlmişkən, Ümumerməni Diplomatlar Şurasının təsisçisi Vaaqn Melikyan deyib ki, Paşinyan sülh sənədi ilə yenidən hakimiyyəti ələ almağa çalışacaq.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yalnız bu BÜRCLƏR payızda yenilməz olacaq

Next

Möhlət bitdi: soydaşlarımız Rusiyadan geriyə axın etsə…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv