Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İlk sevgilər, təsadüfi zənglər, uzun-uzadı söhbətlər – Ev telefonları tarix olur?

By Vüsal Rafiqoğlu
13.09.2025 4 Min Read

Son on ildə Azərbaycanda stasionar telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə edilir. Bəzi insanlar üçün stasionar telefon artıq sosial simvol və nostalji element kimi qəbul olunur.

“Elə bilirəm evdə telefon olmayanda ev tam olmur”. Bu cümləyə sosial şəbəkədə rast gəlmişdim. Doğrudan da, bir dövrün insanları üçün ev telefonu sadəcə rabitə vasitəsi deyil, evin bir üzvü idi. Hətta evin ən dəyərli əşyalarından idi. Əksəriyyətinin evində dəhlizdəki örtüklü balaca masanın üzərində dayanardı. Bəzən uzun-uzadı danışıqlarla, bəzən də bir zənglə sevindirərdi. Amma ev telefonları da zamanla dəyişdi, inkişaf yolu keçdi. Əvvəlcə fırlanan nömrə diski ilə evlərimizə təşrif buyurdu. Onun səsi hələ də o dövrün insanlarının qulaqlarındadır. Sonra düyməli modellər, bir az da inkişaf edib gələn zəngdə nömrəni göstərənlər, ardınca simsiz, otaqlar arasında daşınan telefonlar gündəmə gəldi. İndi isə “səssiz”dir… Demək olar ki, heç işlənməyən, amma yenə də evin bir küncündə yerini qoruyan…

“Ev telefonu ilə danışmaq üçün çox darıxmışam. Telefonun yanında bir də telefon kitabçamız vardı. Hər kəsin adı və qarşısında nömrəsi olurdu. İndi o telefonla danışmasam da, onu ləğv etməyə qıymıram. Yanında kitabçası ilə səssiz, sakit evimin bir küncündə dayanır”.

Bu fikirlər ev telefonundan imtina etməyə qıymayan Gülşənə məxsusdur. Ülkər də Gülşən kimi ev telefonundan istifadə etməsə də, onu ləğv etməyə qıymayan istifadəçilərdəndir: “İllərdir o telefonla heç kimlə danışmıram. Zəng də gəlmir, səsini belə unutmuşam. Hər ay boş-boşuna aylığını ödəyirəm, amma ləğv etməyə əlim gəlmir. Deyirəm, bəlkə nə vaxtsa lazım olar?!”

İlk sevgilər, təsadüfi zənglər, uzun-uzadı söhbətlər

Təkcə Gülşən və Ülkər deyil, bir çox insan üçün ev telefonu artıq istifadə olunmayan, amma imtina edilə bilinməyən bir əşya kimi evin küncündə, kimisinin də şkafında qalıb. Emosional bağ, keçmişin xatirələri, bir zamanlar onun vasitəsilə alınan vacib zənglər, danışılan söhbətlər bu cihazı evdən tam çıxarmağa imkan vermir. Hər nə qədər texnologiya dəyişsə də, bəzən insanlar bəzi əşyaları yalnız funksiyasına görə deyil, simvolik mənasına görə də saxlayırlar. Bir çoxumuz üçün ev telefonu dedikdə uşaqlığımız, ailəvi söhbətlər, ilk sevgilər, təsadüfi zənglər və ya gözlənilməz xəbərdarlıqlar yada düşür. Texnologiyanın sürətli inkişafı və mobil rabitənin genişlənməsi nəticəsində stasionar telefonlar həyatımızda get-gedə kölgədə qalan bir simvola çevrilib.

Ev telefonu çəkdirmək neçəyədir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyasının qərarına əsasən, hazırda ev telefonu çəkdirmək 30 manata başa gəlir. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir. Aylıq abunə haqqı isə əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

“213 min 731 nəfər stasionar telefonlardan imtina edib”

Maraqlıdır, hazırda Azərbaycanda stasionar telefonların sayı nə qədərdir və daha çox hansı bölgədə istifadə olunur? Bu suallarla Dövlət Statistika Komitəsinə müraciət etdik.

Komitədən “Kaspi” qəzetinə verilən məlumata görə, 2023-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 1 milyon 308 min 965, 2024-cü ildə isə 1 milyon 095 min 234 olub. Bir il ərzində 213 min 731 nəfər stasionar telefonlardan imtina edib. 1990-cı ildən 2014-cü ilə qədər isə bu say artan xətlə davam edib.

Ən çox ev telefonları hansı bölgədədir?

2024-cü ilin statistikasına əsasən, Bakı şəhərində 493 min 733, Naxçıvanda 64 min 634, Abşeron-Xızı iqtisadi rayonunda 42 min 621, Dağlıq Şirvan iqtisadi rayonunda 42 min 151, Gəncə-Daşkəsən iqtisadi rayonunda 82 min 003, Qarabağ iqtisadi rayonunda 26 min 122, Qazax-Tovuz iqtisadi rayonunda 28 min 523, Quba-Xaçmaz iqtisadi rayonunda 62 min 168, Lənkəran-Astara iqtisadi rayonu 50 min 104, Mərkəzi Aran iqtisadi rayonunda 44 min 245, Mil-Muğan iqtisadi rayonunda 32 min 151, Şəki-Zaqatala iqtisadi rayonunda 104 min 284, Şərqi Zəngəzur iqtisadi rayonu 1146, Şirvan-Salyan iqtisadi rayonunda isə 21 min 349 sabit şəbəkə telefonları var.

Hələlik Qarabağ bölgəsində məskunlaşma tam həyata keçirilmədiyindən, stasionar telefonların sayı statistikada az görünür. Qarabağdan əlavə, 2024-cü ildə sabit şəbəkə telefonlarının ən az olduğu rayonlar sırasında Şəmkir (651 ədəd) və Ağcabədi (646 ədəd) yer alır.

“Gənc nəsil stasionar telefonlardan istifadə etmir”

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, xüsusilə gənc nəsil və texnologiyadan aktiv istifadə edən şəhər sakinləri arasında stasionar telefonlara ehtiyac minimuma enib: “Son on ildə Azərbaycanda stasionar telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə olunur. Bu prosesin əsas səbəbi mobil rabitənin, internet üzərindən səsli və video zəng xidmətlərinin (VoIP, messencer tətbiqləri və s.) sürətli inkişafıdır”.

Texniki sabitlik, rabitə təminatı, vərdiş

Onun sözlərinə görə, stasionar telefonlardan ən çox yaşlı əhali, kənd və qəsəbə sakinləri, həmçinin bəzi dövlət qurumları və müəssisələr istifadə edir: “Bununla belə, bəzi sosial və yaş qruplarında stasionar telefon istifadəsi hələ də qalmaqdadır. Səbəblər arasında texniki sabitlik, mobil əlaqənin zəif olduğu ərazilərdə rabitənin təminatı, uzun illərin vərdişləri və müəyyən hallarda daha ucuz tarif imkanları var. Abunəlik sayında azalma tendensiyası, əsasən, mobil şəbəkələrin geniş əhatə dairəsi, internet paketlərinin əlçatan olması və yeni nəsil ünsiyyət vasitələrinin populyarlaşması ilə bağlıdır”.

Etibarlılıq və ənənə rəmzi

Mütəxəssis bildirir ki, stasionar telefon “etibarlılıq” və “ənənə” rəmzi olaraq qalır: “Telekom operatorları qısa müddətdə tam ləğv planı elan etməsələr də, xidmətin mərhələli şəkildə azalacağı gözlənilir. Bəzi insanlar üçün stasionar telefon artıq sosial simvol və nostalji element kimi qəbul olunur. Xüsusilə ailə tarixində, köhnə evlərdə və müəyyən peşəkar mühitlərdə stasionar telefon “etibarlılıq” və “ənənə” rəmzi olaraq qalır”. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“28 May”dan “Nizami”yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

Next

Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha böyük həcmdə təmin edəcək – TƏHLİL

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv