Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Müəllimlər də pul verib imtahana girəcək – Ekspertlər deyir ki…

By Vüsal Rafiqoğlu
13.09.2025 3 Min Read

Təklif olunan dəyişiklik layihəsi etirazla qarşılandı; mütəxəssis: “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır”

Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilən “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsi müəllimlər arasında yeni narazılıqlar yarada bilər. Layihəyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak bundan sonra ödənişli olacaq.

İlk dəfə imtahana girənlər və bir sıra kateqoriyalar istisna olmaqla, digər namizədlər MİQ imtahanına qatılmaq üçün müəyyən məbləğ ödəməli olacaqlar. Ödənişin həcmi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Rəsmi izahata görə, bu addım namizədlərin məsuliyyətini artırmaq, dövlət büdcəsinə düşən yükü azaltmaq və maliyyə xərclərinin bir hissəsini iştirakçıların özlərinin daşımasını təmin etmək məqsədi daşıyır.

Statistikaya nəzər saldıqda görünür ki, hər il MİQ imtahanına 60-70 min nəfər müraciət edir. Amma onların hamısı müəllimlik peşəsinə ciddi yanaşmır, bir qismi sadəcə formal iştirak üçün qeydiyyatdan keçir. Yeni mexanizm isə “əsassız müraciətlərin” qarşısını almaq üçün təklif olunur.

İnkişaf etmiş ölkələrdə müəllim imtahanlarının ödənişli olması normal praktikadır, amma həmin ölkələrdə müəllimlərin yüksək maaşı, geniş sosial təminatı və sabit karyera imkanları var. Azərbaycanda isə müəllimlərin maaşı hələ də geniş müzakirə olunan mövzulardandır. Əgər ödəniş mexanizmi tətbiq olunarsa, bu, yalnız müəllimlərin sosial təminatını gücləndirən əlavə tədbirlərlə birlikdə həyata keçirilməlidir.

Ödənişin tətbiqi imkansız ailələrdən çıxan, amma yaxşı müəllim olmaq potensialı olan gəncləri də yarışdan kənarda qoya bilər. Bu isə həm təhsil sisteminə, həm də kadr siyasətinə mənfi təsir göstərə bilər.

Məsələ parlamentdə müzakirə olunmaqda davam edir. İctimaiyyətin əsas sualı isə budur: müəllimlərin işə qəbul imtahanının ödənişli olması nə dərəcədə doğru yanaşmadır və bu, təhsilin keyfiyyətinə hansı təsirləri göstərəcək?

Elm həm də pul gətirməlidir, bizdə isə...\"-Elmin Nuri | AzEdu.az

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni Müsavat”a şərhində bildirib ki, təklif olunan dəyişiklik layihəsini etirazla qarşılayır: “Hər müraciətçidən 45-60 manat civarında ödəniş tələb oluna bilər. Doğrudur, bu, hələ rəsmi təsdiqini tapmayıb və ümid edirəm ki, baş tutmayacaq. Ödənişin tələb edilməsi müəllim və təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq. Axı bu ödəniş nəyə lazımdır? Doğrudur, ilk dəfə MİQ-də ilk dəfə iştirak edənlər və müəyyən sosial təbəqəyə məxsus olan şəxslər bundan azaddırlar. Lakin digərlərinin ödəniş etməsinin səbəbi nədədir? Müəllimin müsabiqədə iştirak etmək üçün pul ödəməsi ona ən böyük haqsızlıqdır. Ötən gün Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bunun səbəblərini sadalamağa çalışdı, amma düşünmürəm ki, müsabiqə müəllimlərin ödəyəcəyi pul hesabına başa gəlməlidir. MİQ dövlət qurumunun təşkil etdiyi müsabiqədir və bu, müəyyən bəlli büdcə ilə nizamlanmalıdır.

Dövlət İmtahan Mərkəzini misal çəkə bilərlər. Biz bilirik ki, DİM cari ilin məzunlarından pul almır, onlar yalnız ikinci dəfə özünü sınamaq istəyənlərdən ödəniş tələb edirlər. Nəzərə alaq ki, DİM publik hüquqi şəxsdir və özünü maliyyələşdirmə müstəqilliyi var. Lakin Elm və Təhsil Nazirliyi kimi rəsmi bir qurum buna niyə büdcə ayırmaq istəməsin ki? Bəlkə, də burada bizim bilmədiyimiz başqa detallar var. Səbəb kimi büdcənin təşkilinə sərf edilən vəsait göstərilir, bunlar olmalıdır da. Qəti şəkildə bu təklifi dəstəkləmirəm”.

İlqar Orucov: Qalib Azərbaycan dövləti elm adamlarının üzərinə böyük  vəzifələr qoyur - AZƏRTAC

 İlqar Oruc 

Ekspert İlqar Oruc deyib ki, müsabiqədə birinci dəfə iştirak edənlərə və müəyyən sosial qrupdan olan şəxslərə güzəşt edilməsinin tərəfdarıdır: “Fikirləşirəm ki, bu formatda güzəştlər tətbiq olunacaqsa, imtahanların ödənişli olası mümkündür. Bu, təsadüfü adamların MİQ imtahanı üçün qeydiyyatdan keçərək sonradan iştirak etməməsinin qarşısını alacaq. Çünki bu imtahanlar kifayət qədər maliyyə tələb edir. Bu baxımdan həmin dəyişikliklərə getmək olar. Yetər ki, bu imtahanlar müəyyən güzəştlərlə təşkil edilsin. Birinci dəfə iştirak edən şəxsə niyə güzəşt edilməsin ki? Təbii ki, edilməlidir və bu yanaşma doğrudur”.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

Elçin Əfəndi

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, müsabiqənin ödənişli olmasına rəvac verən amillər var: “İlk növbədə deyə bilərəm ki, müsabiqədə iştirak üçün 60 mindən çox namizəd müraciət edir. Lakin imtahanda 4-5 min nəfər iştirak edir. Nəticə etibarı ilə 10 min adamdan çox imtahana qatılmır. Halbuki onlar üçün auditoriya hazırlanır, vaxt ayrılır, nəzarətçi və kompüterlər ayrılır. Sualların hazırlanması üçün vəsait xərclənir. Bu qədər adam imtahanda iştirak etmirsə, dövlətin maliyyə itkisi yaranır. Bu nöqteyi nəzərdən imtahanın ödənişli keçirilməsinə qərar verilib. Təbii ki, bu hər kəsə şamil edilməyəcək.  İlk dəfə imtahan verənlərdən bu məbləğ tələb edilməyəcək. Digərləri isə imtahana məsuliyyətlə yanaşsınlar deyə ödəniş edəcəklər. Lakin bu tətbiq edilirsə, bununla paralel müəllimlərin əmək haqları da artmalı, həvəsləndirici tədbirlər görülməlidir”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda məktəbli dəhşətli qəza törətdi – Sinif yoldaşı öldü – FOTOLAR

Next

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 17 kq marixuana aşkarlanıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv