Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putini durdurmağın iki yolu – Biri…

By Vüsal Rafiqoğlu
13.09.2025 2 Min Read

Ukrayna və Rusiya arasında hər gün yalnız dron, PUA, raket mübadiləsi edilmir, həm də əsəb müharibəsi, “kim-kimi tükətdi” savaşı gedir. Belə görünür ki, payızın yaxınlaşması ilə bu savaş nəinki səngiyəcək, əksinə, özünün kulminasiya nöqtəsinə çatacaq. Bunu da qeyd etməyə dəyər ki, əsəb müharibəsini udan o birini də qazanacaq…

Dron-raket mübadiləsi demiş, “Forbes” jurnalı yazıb ki, Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna zərbə endirmə kampaniyası Rusiyanı təkcə əsas maliyyə mənbəyindən məhrum etmir, həmçinin 1917-ci il Fevral inqilabı dövründə rus cəmiyyətində sabitliyin pozulduğu kimi, Rusiyanın arxa cəbhəsində də ictimai-siyasi sabitliyi pozur (Axar.az).

Məqalədə bildirilir ki, Rusiyanın belə həssas nöqtələrinə hələ 2023-cü ilin sonunda zərbə endirməyə cəhdlər olunub: “Lakin o zaman Bayden administrasiyası dünya neft qiymətlərinin artacağından ehtiyatlanaraq, Kiyevin bu strategiyasına veto qoymuşdu. 2025-ci ilin yayından isə Ukrayna Rusiyanın neft emalı zavodları və neft kəmərlərinə qarşı yenidən zərbələr endirməkdədir. Ancaq Vaşinqton belə zərbələrə artıq qarşı çıxmadığı üçün hücumlar əhəmiyyətli nəticələr verdi. Müxtəlif mənbələrin məlumatına görə, Rusiya neft emalı potensialının 17%-dən 20%-dək hissəsini itirib”.

Jurnal daha sonra yazır ki, Kiyevin hücumları Rusiyanın daxili bazarında yanacağın ciddi formada qıtlığına və qiymət artımına səbəb olub. “Rusiyalılar müharibənin fəsadlarını daha dərindən hiss etməyə başladıqca Kremlə sosial təzyiqlər də güclənir”, – şərhdə vurğulanır…

Həqiqətən də belədir. Yanacaq ixrac edən Rusiya artıq ixraca qadağa qoyub. Sonrası yəqin ki, daha ağır gələcək. Müşahidəçilərə görə, bir azdan nəinki benzin, bir sıra ərzaq məhsulları üçün SSRİ-nin son illərindəki kimi talon sistemi tətbiq oluna bilər.

Bütün hallarda artıq nəinki postsovet ölkələrini, həm də NATO üzvü olan Şərqi Avropa dövlətlərini açıq şəkildə hədələyən (Polşaya dron hücumunu yada salın) və qlobal təhlükəsizlik üçün ən böyük təhdidə çevrilmiş Putin rejimini durdurmağın iki yolu görünür: ya prezident Tramp Putinlə “yaxşı oğlan” illüziyasına son qoyub ABŞ-ın sərt üzünü göstərəcək, yəni Avropa İttifaqı ilə birgə Ukraynaya qabağa getmək, Rusiyaya yerini göstərmək üçün misli görünməmiş hərbi dəstəyi verəcək, eyni zamanda, Moskvaya qarşı daha öldürücü sanksiyalar tətbiq edəcək, ya da Rusiyanı daxildən narazı kütlə çalxalamağa başlayacaq və bu fonda müharibədə “yem” edilən yerli xalqlar ayağa qalxaraq öz haqlarını tələb edəcəklər, imperiya tikişlər üzrə söküləcək.

Əlbəttə, daha məqbulu ikinci variant olardı. Çünki o halda Rusiya illər sonra dünya üçün təzədən təhlükə qaynağı olmayacaq. Mümkünmü? Zaman göstərəcək. Belə bir ifadə var: “heç vaxt “heç vaxt” demə”…

Gerçək belədir ki, mülki iqtisadiyyatı hərbi iqtisadiyyata çevirən və ölkədə faktiki Gestapo idarəçiliyi quran rəsmi Kreml öz vətəndaşlarının rifahı zərrəcə maraqlandırmır. Yalnız silah, PUA-lar, uzaqmənzilli raketlər.

Putinə həm də bu səbəbə atəşkəs sərfəli deyil. Nədən ki, o halda hərbi iqtisadiyyatı yenidən mülki iqtisadiyyat relsi üzərinə qoymaq lazım gələcək ki, bu da asan məsələ deyil. Üstəlik, əlavə böyük işsizlər ordusu yaranacaq. Ona görə də rejim Ukraynanın tam kapitulyasiyasını tələb edir ki, daxildə bunu əlində bayraq edib ac-yalavac və qəzəbli toplumu sakitləşdirə bilsin.

Bəs Rusiya hansı varianta tuş gələcək? Tezliklə biləcəyik. Zaman çox deyil…

Analitik xidmət,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əli Əsədov nazirlərə tapşırıqlar verdi – FOTOLAR

Next

Xocalıya yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv