Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəngəzurdan maneəsiz keçid belə olacaq – Bakının şərti

By Vüsal Rafiqoğlu
13.09.2025 3 Min Read

Naxçıvana gedişin mexanizmi üzə çıxdı: nə yoxlanış, nə erməni gömrükçüsü…; ABŞ dəhlizə maliyyə ayırır, proses başlanır

Avqustun 8-də Ağ Evdə üç ölkənin lideri – prezidentlər İlham Əliyev, Donald Tramp və baş nazir Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə tarixi əhəmiyyət daşımaqla yanaşı, həm də konkret “yol xəritəsi” sayılır. Eyni zamanda, bu, Bakı və İrəvan arasında uzunmüddətli barışığın əldə olunması yolunda mühüm sənəddir. 

Bəyannamədə Zəngəzur dəhlizindən də bəhs edilir. Sənədin 3-cü bəndində bununla bağlı deyilir: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.

Nikol Paşinyan sentyabrın 10-da parlamentdə etdiyi çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkan bildirib ki, sərhəddə pasportların oxunması üçün xüsusi cihazlardan (məsafədən) istifadə edəcəklər, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlıya görə, Naxçıvana maneəsiz keçidin praktiki olaraq hansı prinsiplərə əsaslanacağı hələlik bəlli deyil: “Paşinyanın bu açıqlaması da ”dəhlizin verilməsi Ermənistanın suverenliyinin pozulmasıdır” ittihamlarına qarşı özünümüdafiə xarakteri daşıyır. Lakin Naxçıvana gedəcək azərbaycanlıların erməni sərhədçiləri, yaxud gömrükçüləri ilə təmas qurmaması Azərbaycanın əsas tələblərindən olub. İlham Əliyev də bildirmişdi ki, bizim yüklər və vətəndaşlar hər dəfə orada erməni sərhədçinin simasını görməli deyil, burada heç bir fiziki təmas olmalı deyil”.

Politoloqun fikrincə, təmasın olmaması baxımından Paşinyanın “oxuma cihazları” Bakının tələbinə uyğun gəlir. “Hərçənd Azərbaycan ”Naxçıvana maneəsiz keçid” dedikdə təkcə heç bir təmasın olmamasını nəzərdə tutur, yoxsa, ümumiyyətlə, hər hansı yoxlamanın olmamasını? Bunun detalları hələ açıqlanmayıb. İstisna deyil ki, Vaşinqton razılaşmasının reallaşmasına maneələrin yaranmaması və Ermənistanın daxili ictimai rəyində Paşinyana qarşı istifadə edilməməsi üçün Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər”, – deyə o bildirib.

Belədirmi? Ümumiyyətlə, hüquqi anlamda “maneəsiz keçid” nə deməkdir? Məsafədən yoxlanış da bura daxildirmi?  

Yeri gəlmişkən, ABŞ Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətindədir. Bu barədə İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşü zamanı ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehan deyib. “Mən Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətində olduğumuzu bildirməkdən çox məmnunam. Bu, Trampın Beynəlxalq Sülh və Rifah üçün Yol Xəritəsini və avqustun 8-də ticarət, infrastruktur, kritik mineral tədarük zəncirləri və transsərhəd təhlükəsizlik sahələrində investisiyaları dəstəkləməklə əldə edilmiş müvafiq razılaşmaları həyata keçirmək üçün maliyyənin ilk tranşıdır”.

Çingiz Qənizadə təltif edildi - FOTO - Globalinfo.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Naxçıvana maneəsiz keçidin reallaşması iki variantda ola bilər: “Birincisi, onlayn rentgen üsulundan istifadə edilə bilər. Bunu erməni spiker Simonyan da dolayısı ilə təsdiqləyib ki, yüklər skayner olunacaq. Yəni yoxlama aparılmır, erməni gömrükçü ilə təmas olmur, heç bir maneə yaradılmadan bizim yüklər Naxçıvana keçir. Sadəcə, skayner olunması yüklərin içindəki məhsulları nəzarətdən keçirə bilər. Yəni azərbaycanlı sürücü erməni gömrükçüsünün üzünü görmür, bir qəpik də rüsum ödəmir. Bu mənada maneəsiz keçidin reallaşacağını söyləmək mümkündür. Təbii ki, erməni tərəfi dəhliz statusundan imtina edir, amma maneəsiz gediş-gəliş özlüyündə bu anlamı daşıyır. Ona görə müasir texnikadan istifadənin olacağını istisna etmirəm”.

Hüquqşünas ikinci versiya kimi ABŞ şirkətinin iştirakını görür: “Bu günlərdə amerikalılar Bakıda oldu, İrəvanda da müzakirələr aparılacaq. Hazırda Zəngəzurun açılma mexanizmi, iş rejimi, qaydalar nəzərdən keçirilir. Fikrimcə, burada ABŞ şirkətinin iştirakı ilə hər hansısa nəzarət ola bilər. Yəni yenə də yüklər daşınarkən yoxlama olmur, sürücülərimizlə erməni sərhədçiləri rastlaşmır. Sadəcə, amerikalıların virtual yoxlaması, yaxud nəzarəti ola bilər. Bu da işin texniki tərəfidir. Biz heç bir halda deyə bilmərik ki, skayner olunması yoxlama sayılır. Sadəcə, Ermənistan ərazisindən yük keçir və hansısa mexanizm ola bilər. Burada əsas məsələ isə təhlükəsizliyə təminat verilməsidir. Məncə, bu işi də amerikalılar həyata keçirəcək. Hansı şirkət fəaliyyət göstərəcəksə, onun mühafizə xidməti dəhlizə yerləşəcək. Rusiya yola nəzarətin Federal Təhlükəsizlik Xidmətinin mühafizə bölməsində olması üçün dəridən-qabıqdan çıxırdı, amma alınmadı. Yolun ”Tramp marşrutu” adlanması səbəbindən bu işi də həmin ABŞ şirkəti öhdəsinə götürəcək”.

Hüquq müdafiəçisi hesab edir ki, bütün hallarda, Azərbaycana lazım olan eksklav bölgəmizə maneəsiz keçidin təmin olunmasıdır: “Ermənistan bu öhdəliyi götürüb və yerinə yetirməyə borcludur. Sadəcə, iki tələbimiz icra ediləcək – erməni gömrükçüsü bizi yoxlamayacaq və rüsum tələb olunmayacaq. Eynilə Ermənistanın da Rusiya ilə dəmiryol əlaqəsini təmin edəcəyik. Paşinyan da açıqlayıb ki, Azərbaycan yükləri yoxlanmayacaq. Deməli, bu məsələ razılaşdırılıb”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı və Ankaraya qarşı ŞOK plan – üç ölkə…

Next

Bürclərin 2025-ci ilin sonuna qədər ən şanslı günü

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv