Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənilərə “ağrı verən” dağ – Ağrıdağın “erməni kimliyi” ilə nə əlaqəsi?!

By Vüsal Rafiqoğlu
15.09.2025 3 Min Read

Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyanın son açıqlaması bir daha göstərdi ki, İrəvan siyasi elitası hələ də qeyri-realist, işğalçı düşüncədən əl çəkməyib. Oskanyan pasportlardan və dövlət simvollarından Ağrıdağın (Ararat) təsvirinin çıxarılması ehtimalını “təhlükəli güzəşt” adlandıraraq bunun guya “erməni kimliyi” ilə bağlı olduğunu iddia edib.

OSKANYAN.jpg (64 KB)

Əslində isə bu, Ermənistanın ənənəvi siyasətinin – başqa dövlətin ərazisinə göz dikməyin açıq nümunəsidir.

“Araratın dövlət sənədlərindən və simvollarından çıxarılması bizi ən dərin köklərimizdən ayırmaq deməkdir. Bunu Türkiyənin təzyiqi altında etmək təhlükəli güzəştdir”, – deyə Oskanyan vurğulayıb.

AGRİ.jpeg (57 KB)

Tarixi və coğrafi faktlar birmənalıdır: Ağrıdağ Ermənistanın yox, Türkiyənin ərazisində — İğdır vilayətində yerləşir. Buna baxmayaraq, Ermənistan hələ də başqa dövlətin dağını özünün “milli simvolu” kimi təqdim etməkdə israrlıdır. Dövlət gerbində, pasport möhürlərində və rəsmi sənədlərdə Ağrıdağın təsvirinin istifadəsi beynəlxalq hüquqa və diplomatik qaydalara ziddir. Bu, İrəvanın uydurma “tarixi hüquqlar” üzərində qurduğu siyasətin növbəti təzahürüdür.

Ankara bu məsələdə açıq və qəti mövqe sərgiləyir: Türkiyəyə aid coğrafi obyektlərin Ermənistan tərəfindən dövlət rəmzlərinə daxil edilməsi yolverilməzdir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cür iddialar regionda sülh və əməkdaşlıq üçün əsas maneədir. Əgər Ermənistan həqiqətən qonşuluq münasibətləri və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə başqa dövlətin torpaqlarına göz dikməkdən əl çəkməlidir.

SARHAD EN SON.jpg (117 KB)

Ermənistanın Ağrıdağ iddiası təkcə simvolik məsələ deyil. Bu, onun tarix boyu yürütməyə çalışdığı ekspansionist siyasətin ideoloji davamıdır. Əvvəlcə “Böyük Ermənistan” xülyası ilə qonşuların ərazilərinə iddia, sonra təhrif olunmuş tarix üzərində qurulmuş miflər və nəhayət, öz vətəndaşlarını da yanlış təsəvvürlərdə yaşatmaq. Bu, regionda real əməkdaşlığa yox, gərginliyə xidmət edir.

Belə iddialar bir daha sübut edir ki, Ermənistan siyasi dairələrində sülhə deyil, revanşist düşüncəyə üstünlük verilir. Halbuki, bugünkü geosiyasi reallıq Ermənistanı seçim qarşısında qoyur: ya əsassız xəyallardan əl çəkib normal qonşuluq münasibətlərinə yönəlmək, ya da özünü beynəlxalq arenada təcrid olunmuş vəziyyətdə saxlamaq.

TOFİQ.jpg (75 KB)

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, Ağrıdağın ərazisi Türkiyəyə aiddir və Ermənistana aidiyyəti olmayan coğrafi məkanlardır:

“Bir ölkə başqa ölkənin toponimlərini, simvollarını özü ilə əlaqələndirirsə, bu nə dərəcədə etikdir? Ermənistanın gerbindən də dağların şəkli götürülməlidir. Çünki bu, ərazi iddiasının olmasına işarədir, digər tərəfdən də oğurluq deməkdir. Əgər Ermənistan bu simvol və şəkillərdən imtina edərsə, səhvini düzəltmiş və Türkiyəyə qarşı sayğı göstərmiş olar. Bir ölkə başqa bir dövlətin ərazisində yerləşən dağın təsvirini öz rəsmi sənədində niyə istifadə etməlidir ki? Milli kimlik belə olur?

Ermənistan böyük xülyalardan, göylərdən yerə enib, qonşulara hörmətlə yanaşmalıdır, bu dağın onlara aidiyyəti yoxdur. Bu baxımdan Ermənistandakı revanşistlərin səs-küy salmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, Ermənistanın dövlət gerbində, sikkələrdə, hotel adlarında, mətbuat orqanlarının emblemlərində və hətta şərablarda Ağrıdağın fiqurlarını görmək mümkündür. Dövlət gerbində istifadəsinin məqsədini isə ümumiyyətlə başa düşmək mümkün deyil! Çünki başqa bir ölkənin ərazisində yerləşən dağı dövlət simvolunda istifadə etmək bu ölkənin ərazisindəki hüquqlara sahib olmağın simvolik ifadəsidir və bu, qəbuledilməzdir. Elm adamları Ağrıdağın ermənilərlə heç bir əlaqəsinin olmadığını, ermənilərin bu bölgəyə gəlməmişdən əvvəl belə “Ararat” adının istifadə edildiyini və Urartu mənbələrində bu adın çəkildiyini bildirirlər.

Şahanə Rəhimli
Musavat.com 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

Next

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ilə bağlı VACİB XƏBƏR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv