Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qarabağda mühüm qəbul – Əliyev BƏƏ liderini Şuşada qarşıladı

By Vüsal Rafiqoğlu
17.09.2025 3 Min Read

Ərəb dünyası ilə əlaqələrimiz dərinləşir, vacib sənədlər mübadilə edildi 

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Dövlət başçısını Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Qarşılanma mərasimindən sonra BƏƏ Prezidentinə işğaldan azad olunmuş ərazilərdə müasir tələblərə uyğun inşa edilən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə geniş məlumat təqdim edilib. Bu hava limanlarının regionun nəqliyyat-logistika imkanlarını artırdığı, həmçinin Qarabağın bərpa və inkişaf prosesində mühüm rol oynadığı xüsusi vurğulanıb.

Daha sonra dövlət başçıları Füzuli şəhərinin küçələrini gəzərək, bərpa və quruculuq işləri ilə tanış olublar. Prezident İlham Əliyev qonağa Füzulidə həyata keçirilən infrastruktur layihələri, salınan yeni yaşayış məhəllələri və şəhərin gələcək inkişaf konsepsiyası barədə məlumat verib.

Şuşaya yollanan zaman dövlət başçıları tarixi Daşaltı kəndində dayanaraq, azad olunmuş bu məkanın fonunda xatirə şəkli çəkdiriblər.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma  mərasimi olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şuşada isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdən sonra Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayedin təkbətək görüşü baş tutub. Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlıq və sairə müzakirə olunub. Sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident  Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət  Hacıyev | TURAN

Daha sonra Şuşanın tarixi Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil olunub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edərək bu tədbirin Azərbaycan-BƏƏ dostluğunun rəmzi olduğunu qeyd edib:

“Qarabağ atlarının nümayişi mədəni irs və qardaşlığın simvolu olaraq bu müqəddəs torpaqda xalqları birləşdirdi”, – deyə o bildirib.

Şuşa səfəri çərçivəsində dövlət başçıları Azərbaycanın görkəmli şəxsiyyətləri – Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalı zamanı güllələnmiş heykəllərinə də baxıblar. Qonağa məlumat verilib ki, ermənilər işğal zamanı bu heykəlləri Ermənistana apararaq əritmək istəmiş, lakin Ümummilli lider Heydər Əliyevin qətiyyətli müdaxiləsi nəticəsində onlar ölkəyə qaytarılmışdır. Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan bu tarixi abidələr Şuşa işğaldan azad edildikdən sonra yenidən öz əvvəlki yerlərinə qaytarılıb.

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed həmçinin Milli Xalça Muzeyinin Şuşa filialını da ziyarət ediblər. Onlara məlumat verilib ki, XIX əsrin ikinci yarısında tikilmiş və şəhərin Yuxarı məhəlləsində yerləşən bina işğal dövründə yararsız hala salınmış, lakin Heydər Əliyev Fondunun dəstəyi ilə 2021-ci ildən etibarən bərpa olunaraq muzey kimi fəaliyyətə başlamışdır.

Səfərin ən önəmli məqamlarından biri Yeni Şuşa məscidinə baxış olub. Dövlət başçıları burada aparılan tikinti işləri ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən təqdim olunan məlumata görə, 2021-ci ildə təməli qoyulan bu məscid həm dini-mənəvi dəyərlərin qorunması, həm də müasir memarlıq nümunəsi kimi seçiləcək.

Məscidin memarlıq simvolizmi də xüsusi diqqət çəkir: onun forması 8 rəqəmini əks etdirəcək – bu isə 8 Noyabr Zəfər Gününün rəmzi kimi nəzərdə tutulub. İki minarənin 11 formasında inşa olunması isə Qarabağın ilin on birinci ayında – noyabrda işğaldan azad edilməsinə işarə edir. Məscidin xarici səthinin Şuşanın qədim məscidlərinin minarələrində istifadə olunan həndəsi naxışlarla bəzədilməsi planlaşdırılıb ki, bu da şəhərin tarixi kimliyini gələcəyə daşıyacaq.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycanla BƏƏ arasında münasibətlərin inkişafı müşahidə olunur: “İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub. 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmir. Dövlətlərarası münasibətlərin daha da dərinləşməsinin ticarət dövriyyəsində də artımlarla müşahidə olunacağı gözlənilir.

Bununla yanaşı, BƏƏ Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyuluşu həyata keçirən dövlətlərdəndir. Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir”.

Vüqar Bayramov — Vikipediya

Vüqar Bayramov

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasının da xüsusi mənası var: “Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanları ilə bağlı müəyyən şəxslər qərəzli fikirlər irəli sürürdü. Son səfər də  təsdiq edir ki, Qarabağa dünyanın fərqli ölkələrindən birbaşa uçuşlar var, hətta yüksək səviyyəli rəsmilər də xaricdən Azərbaycana gələrkən birbaşa Qarabağ bölgəsinə enə bilirlər. Bütün bunlar bir daha sübut edir ki, Qarabağda inşa edilən hava limanları təhlükəsizlik, nəqliyyat, turizmin inkişafı, həm də beynəlxalq səfərlərin təşkili baxımından çox vacibdir. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və azad olunmuş torpaqlarımızda artıq rəsmi şəxslərin qəbulu da həyata keçirilir.

BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq.  Bu səhifə həm də Qarabağda açılır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tarixi qələbə “Qarabağ”a MİLYONLAR QAZANDIRDI

Next

Payızın əvvəli üçün bu BÜRCLƏRƏ SÜRPRİZ: Pul ağaclardan yarpaq kimi töküləcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv